Ayətullahül-üzma Şeyx Baqir Bilgəhli

Ayətullahül-üzma Şeyx Baqir Bilgəhli

Uzun illər Nəcəf hövzəsinin görkəmli müctəhidlərindən elm-mərifət öyrənmiş Ayətullahül-üzma Şeyx Baqir, Bakının dindar kəndlərindən olan Bilgəhdə anadan olmuşdur. O, on doqquzuncu əsrin sonları iyirminci əsrin əvvələrində yaşamışdır. Şeyx hövzədə dahi ustadlarından bəhrələnərək ictihad dərəcəsinə yüksəlmiş və “Tövzihul-məsail” risaləsi yazmışdır. Onun risaləsin nüsxəsi Nardaran möminlərinin evindədir. Şeyx Baqirin Bilgəhi tərk etməsinin səbəbi Bilgəh kəndindəki İmam Kazımın […]

Rate this post
about this book
  • overview

    Uzun illər Nəcəf hövzəsinin görkəmli müctəhidlərindən elm-mərifət öyrənmiş Ayətullahül-üzma Şeyx Baqir, Bakının dindar kəndlərindən olan Bilgəhdə anadan olmuşdur. O, on doqquzuncu əsrin sonları iyirminci əsrin əvvələrində yaşamışdır. Şeyx hövzədə dahi ustadlarından bəhrələnərək ictihad dərəcəsinə yüksəlmiş və "Tövzihul-məsail" risaləsi yazmışdır. Onun risaləsin nüsxəsi Nardaran möminlərinin evindədir. Şeyx Baqirin Bilgəhi tərk etməsinin səbəbi Bilgəh kəndindəki İmam Kazımın (ə) qızı Leyla xanım ziyarətgahının xadimi Abbas əmi deyir : "Atam Şeyx Baqirlə sıx əlaqədə olmuş və həmişə onun moizələrini dinləyirdi. Atam deyir ki, Şeyx Baqir iyirminci əsrin əvvələrində təhsilini başa vurub, Bilgəh kəndinə qayıtdı və dini təbliğatla məşğul oldu. Şeyxdən əvvəl kənddə savadsız bir şəxs dini təbliğat edirdi. Baqirin gəlişi ilə Bilgəh əhalisi Şeyxin elmindən bəhrələnməyə başlayır və kəndin ruhanisinə diqqət azalır. Bu hadisə ruhanidə həsadət yaradır. O, qohumu Hacı Zeynəlabidin Tağıyevə şikayət edir və Hacı Zeynəlabidin polisi onun qapısına göndərir ki, Ağanı Hacının yanına çağırsın. Polis gəlir qapını döyür, bu vaxt Şeyx həyətində işləyirdi. Şeyx həyətdə səslənir: "Ay uşaq, get, qapını aç, nazir xəbər göndərib". Uşaq qapını açır, polis deyir: "Ağa sən artıq mənim niyə gəldiyimi dedin". Ağa deyir: Sən get, mən üç-dörd günə gələrəm". Ağa dediyi vaxt gedir. Polis deyir ki, get evini sat, səni başqa şəhərə yola salıram. Şeyx bu işdən çox narahat olur və yenidən Nəcəf hövzəsinə qayıdır. Ağa Nəcəfdəki tələbə yoldaşının yanına gedir. Şeyx Nəcəfə çatmazdan qabaq dostu yuxuda görür ki, Azərbaycandan nurlu bir günəş gəlir. Şeyx Baqir ömrünün sonuna qədər Nəcəfdə yaşayır. O, kəndi tərk edəndə belə bir cümlə işlədir: "Siz alim qədri bilmədiniz". Şeyx Baqirin mövlası ilə sıx rabitəsi Abbas əmi deyir ki, Ağa hər cümə özünün şəxsi otağına qapanır və həyat yoldaşına yanına heç kimi buraxmamağı tapşırırdı. Həyat yoldaşı deyir ki, bir gün bir nəfər qapını döyüb, ağanı istədi. Dedim: Ağa tapşırıb ki, yanıma heç kimi buraxma. O mənə dedi ki, Ağa mənə vacib lazımdı. (Həyat yoldaşı deyir ki,) Gəldim Ağanın otağının qabağına. Qapının ağzında bir neçə ayaqqabı tayı vardı. Özü-özümə dedim: Bunlar nə vaxt Ağanın yanına gəliblər, mən görməmişəm. Qapını açmaq istəyəndə, Ağa qapını açıb, dedi: Sənə deməmişəm yanıma adam buraxma. Mən qayıdıb, Ağanın sözün həmin şəxsə çatdırdım. Sonra Ağanın otağı tərəfə gəldim. Amma ayaqqabıları orda görmədim.[1] [1] - Ramil Əzimov/ Leyla xanım ziyarətgahının xadimi Abbas əmi ilə müsahibədən, 19/09/2011. ceferiler.com

  • details
  • reviews