﴿ مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾

 

TƏRCÜMƏ:

 

«(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifAYƏtdir.»

 

TƏFSİR:

 

İlahi dünyagörüşdə hər bir şey Allahın məxluqudur [«Zümər», 63.] və Allah hər bir şeyi gözəl yaratmışdır.[ «Səcdə», 7.]

 

Allaha aid olan şeylər yaradılışdır və həmişə gözəlliklə yanaşıdır. Bizim üçün xoşagəlməz sayılan hadisələr və çətinliklər ilk növbədə Allahın məxluqu olan kamalları əldən verməyin, ikincisi isə ilahi xeyirlərdən məhrum olmağın, habelə fərdin, yaxud cəmiyyətin pis əməllərinin nəticəsidir.

 

Hər bir halda insana nəsib olan kamallar Allah tərəfindən, nöqsanlı hallar və çatışmayan cəhətlər isə öz tərəfindəndir.

Nurul-Quran-–    NİSA» SURƏSİ

 

 


more post like this