﴿أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا﴾

 

TƏRCÜMƏ:

 

«Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə “bu, Allah tərəfindəndir” deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə “bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)” deyərlər. De: “Bunların hamısı Allah tərəfindəndir” (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?»

 

TƏFSİR:

 

Bu AYƏ möminləri cihada təşviq edir, onları müharibə meydanında ölümdən qorxmamağa çağırır. Eləcə də münafiqlərin bəd fal vurmaqlarına cavab verir. Belə ki onlar məsələni düzgün şəkildə anlayıb səbəblərini araşdırmaq əvəzinə, Allahı acı hadisələrin və məğlubiyyətlərin səbəbi hesab edirdilər.

 

Bunu da qeyd edək ki, rəhbərlərin bədnam edilməsi münafiqlərin həmişəki üslubudur. Məsuliyyəti öz üzərindən götürməklə günahlara bəraət qazandırmaq, eləcə də günahları başqasının boynuna atmaq olmaz.

 

Bilmək lazımdır ki, qələbə və məğlubiyyət, ölüm və həyat, acı və şirin hadisələr və s. bunların hamısı Allahın hikmətli təqdirinin təzahürünə əsasən dövr edir.

 

Ölümün qəti və labüd olmasına diqqət yetirməklə bilməlisiniz ki, harada olsanız ölüm sizi haqlayacaq. Buna görə də müharibədən qaçmağa heç bir əsas yoxdur.

Nurul-Quran-–    NİSA» SURƏSİ

 


more post like this