﴿إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا﴾

 

TƏRCÜMƏ:

 

«Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən və görəndir.»

 

Peyğəmbər (s) bu istəyin əksinə olaraq, Kəbə evini murdar bütlərdən təmizlədikdən sonra onun qapısını bağlayıb açarını Osman İbn Təlhəyə qaytardı, bu zaman Həzrət (s) həmin AYƏni oxuyurdu.

 

TƏFSİR:

 

İSLAMDA ƏMANƏT VƏ ƏDAVƏT

 

Ümumi və hərtərəfli bir hökmün bəyanedicisi olan bu AYƏdə buyurulur: Allah sizə fərman verir ki, əmanətləri sahiblərinə qaytarasınız. AYƏnin ikinci hissəsində digər bir mühüm göstərişə işarə edilir: o da hökm verən zaman ədalətə riAYƏt etməkdir. AYƏdə buyurulur: Allah həm də sizə fərman verir ki, camaat arasında mühakimə yürütdüyünüz zaman ədalət əsasında hökm verəsiniz. Sonra bu iki mühüm fərmanı təkidləndirmək üçün buyurulur: Allah sizə necə də yaxşı öyüd-nəsihət verir və mövizə edir! Yenə də təkidlə buyurulur: Hər bir halda Allah sizin əməllərinizə nəzarət edir: həm sözlərinizi eşidir, həm də işlərinizi görür.

 

Aydındır ki, əmanət daha geniş mənaya malik olub hər növ maddi və mənəvi sərmAYƏlərə şamildir. Bu AYƏnin aşkar buyurduğuna əsasən hər bir müsəlman əmanət sahibinin kimliyindən asılı olmayaraq heç bir əmanətə xəyanət etməməlidir – əmanət sahibi istər müsəlman olsun, istərsə də qeyri-müsəlman. Bu da həqiqətdə İslamda «insan hüquqları bəyannaməsi»dir.

 

Cəmiyyətdəki alimlər belə əmanətdar sayılır, onların vəzifələri həqiqətləri açıb demək, haqqı əsla gizlətməməkdir. İnsanın övladı da ilahi əmanətlərdir ki, valideyn onların təlim-tərbiyəsində laqeydliyə, səhlənkarlığa yol verməməlidir. Bundan da artıq insanın öz vücudu, eləcə də Allahın onun batinində qoyduğu bütün qüvvələr əmanətdir ki, insan onun qorunmasına, düzgün istiqamətdə istifadə olunmasına çalışmalıdır.

 

İmam Sadiq (ə) bir hədisdə əmanətin necə mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədar öz dostlarından birinə buyurdu: «Əgər Əlinin (ə) qatili mənim yanımda bir şeyi əmanət qoysa, yaxud məndən ona nəsihət verməyimi istəsə, yaxud da mənimlə bir şey barəsində məşvərət eləsə mən də bu işlər üçün hazırlığımı bildirsəm, şübhəsiz, əmanətin haqqına riAYƏt edəcəyəm.»

 

Çoxlu rəvAYƏtlərdə qeyd olunur ki, əmanət dedikdə məqsəd ümmətin həqiqi rəhbərlərinin tanıtdırılmasıdır ki, bu da Əhli-Beytdən (ə) ibarətdir.[ «Təfsiri Burhan», 1-ci cild, 2-ci çapda da bu məzmunda 15 rəvAYƏt nəql olunmuşdur. «Təfsiri Safi»nin 1-ci cildinin 24-cü səhifəsində isə 4 rəvAYƏt qeyd edilmişdir.]

Nurul-Quran-–    NİSA» SURƏSİ

 

 


more post like this