﴿ يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الأَرْضُ وَلاَ يَكْتُمُونَ اللّهَ حَدِيثًا ﴾

 

TƏRCÜMƏ:

 

«Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.»

 

TƏFSİR:

 

Şahidlər gətirilməzdən əvvəl günahkarlar və kafirlər öz günahlarını və fəsad əməllərini inkar edər, özləri üçün bir çıxış yolu axtarar və «Allaha and olsun, biz bu işlərin əhli deyildik» deyərlər («Ənam», 23). Lakin şahidlər həqiqətləri deyən zaman haqqı gizlətməyə heç bir yer qalmaz «kaş torpaqla bir olaydıq!» deyərlər.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Peyğəmbərin hakimiyyətlə əlaqədar verdiyi göstərişlərə itaətsizlik Allaha qarşı kafirliklə bərabərdir.

 

  1. Qiyamət künü həsrət və arzular günüdür.[ Qur’anda günahkarların həsrətli arzuları «kaş torpaq olaydım», «kaş torpaqda məhv olaydım», «kaş filankəsi özümə dost seçməyəydim», «kaş dünyada əql və təfəkkür sahibi olaydım», «kaş elə ölümlə məhv olub gedəydim» – deyə bəyan edilir.]

 

  1. Qiyamət günü heç bir söz və mətləb məxfi qalmayacaqdır.

 

Nurul-Quran-–    NİSA» SURƏSİ


more post like this