Müəllif: Ane_Majnon_Al_Husein 26-09-2013, 15:24

012345 (səslər: 0)
Zul-qədə ayının əməlləri

Hazırda qəməri təqvimlə Zul-qədə ayıdır. Zul-qədə dörd haram aylardan biridir. Digər haram aylar zul-hiccə, məhərrəm və rəcəb sayılır. Quranda haram aylar haqqında buyurulur:

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır.” (Tövbə:36)

Allah-taala haram ayların hörmətini saxlamağı vacib edib. Həzrət İbrahim (ə) və Həzrət İsmailin (ə) dövründə bu aylarda müharibə haram edilib və İslamın zühur etdiyi vaxta qədər də ərəblərin arasında bu qayda adət-ənənə şəkilində yaşayıb. Qurani-Kərim də bu adəti yenidən təsdiqləyib.

Bu aylar ona görə haram sayılır ki, məcbur olub müharibə edən tərəflərə sülh barədə düşünmək fürsəti verilsin. Yəni bu aylarda müharibələrin dayandırılması ümumiyyətlə müharibənin sona çatmasına imkan yaratsın. Habelə, insanların həcc əməllərinin yerinə yetirməsi, ibadətlə rahat məşğul olması, ticarətə və iqtisadiyyata vurulan ziyanın aradan qaldırılması kimi amillər də bu aylarda savaşın qadağan edilməsinin səbəblərindəndir. Təbii ki, əgər qarşı tərəf haram ayların ehtiramını saxlamaqdan imtina edərsə, onda bu qadağa aradan götürülər.

Həzrət Peyğəmbərin (s.a.a.s.) tövsiyəsi ilə zul-qədə ayında iki əməli yerinə yetirmək yaxşı olardı:

1. Hər bazar ertəsi günü (gün ərzində istənilən vaxt) qüsl və sonra dəstəmaz alınır. Qüsl “zul-qədə ayının bazar ertəsinin qüslu” niyyəti ilə alınır. Dəstəmazı təharət niyyəti ilə də almaq olar. Daha sonra 2 dəfə 2 rikətli namaz qılınır. Namazlar da “zul-qədə ayının bazar ertəsi namazı” niyyəti ilə qılınır. Hər iki namazın hər rikətində “Fatihə” surəsindən sonra 3 dəfə “İxlas”, 1 dəfə “Fələq” və 1 dəfə “Nas” surələri oxunur. İkinci namaz bitdikdən sonra 70 dəfə istiğfar (məsələn, “Əstəğfirullah” deyərək Allahdan bağışlanmaq istəmək olar). Daha sonra isə bu zikr oxunur:

لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ الْعَلىِّ الْعَظیمِ

[La həvla və la qüvvətə illa billahil-əliyyil-əzim]

“Əzəmətli və Uca Allahdan başqa güc və qüdrət yoxdur”

Daha sonra isə bu dua oxunur:

یا عَزیزُ یا غَفّارُ، اِغْفِرْ لى ذُنُوبى، وَ ذُنُوبَ جَمیعِ الْمُؤْمِنینَ وَ الْمُؤْمِناتِ، فَاِنَّهُ لا یَغْفِرُ الذُّنُوبَ اِلاَّ اَنْتَ.

[Ya Azizu ya Ğəffar! İğfirli zunubi və zunubi cəmi-il mu-mininə vəl mu-minat. Fəinnəhu lə yəğfiruz-zunubə illə ənt]

“Ey Əziz, ey Bağışlayan! Mənim və bütün mömin kişi və qadınların günahlarını bağışla. Həqiqətən Səndən başqa günahları əfv edən yoxdur”.
2. Ayın hər cümə axşamı, cümə və şənbə günlərini oruc tutmaq. Qəzası olanlar qəza, qəzası olmayanlar isə “Zul-qədə ayının orucu” niyyəti ilə oruc tuta bilərlər. Bu əməlin müqabilində insana 100 ilin ibadət savabı yazılar.

ceferiler.com


more post like this