Ramin Bayramov
Son zamanlar İmam Mehdi həzrətlərinin zuhuru ilə və bəzi şəxslərin İmam Mehdi ilə bağlı dedikləri təhrif olunmağa başlayıb.
İslam-Azəri.az
ZÜHURDAN YAZAN TƏHRIFÇILƏR KIMLƏRDIR? Türkiyə,ABŞ, İsrail, Azərbaycan və digər ölkələrin mətbuatında bu cür yazılara rast gəlindi.
Yazımın əsas hissəsinə başlamamışdan əvvəl İmam Mehdi barədə Quran ayələri və hədisləri nəzərinizə çatdırmaq istəyirəm.

Quran ayələri (Allah kəlamlarıdır ancaq kafirlər qəbul etmir)
Qur`ani Kərim ilahi məarifin saf zülal çeşməsi, hikmətlərin ən qalarlısı, bəşərin ehtiyac duyduğu ən düzgün elmdir. O, elə bir kitabdır ki, başdan-ayağa doğruçuluqdur, keçmişdəkilərin xəbərlərini və gələcəkdə baş verəcək hadisələri bəyan etmiş, heç bir həqiqəti deməkdən əsirgəməmişdir. Əlbəttə, aydındır ki, aləm həqiqətlərinin hamısı bu qədər böyük həcmlə belə, ilahi ayələrin dərinliklərində qoyulmuşdur və onun dərin mə`nalarını dərk edənlər yalnız Qur`an əhli və həqiqi müfəsirlər, yə`ni Peyğəmbəri Əkrəm və onun pak Əhli-beytidir.
Sonuncu ilahi vəsinin inqilab və qiyamı dünya həqiqətlərinin ən böyüyüdür ki, çoxlu Qur`an ayələrində ona işarə edilmiş və o ayələrin təfsirində çoxlu rəvayətlər nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edirik:

«Ənbiya» surəsinin 105-ci ayəsində deyilir.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

«Həqiqətən Biz Zəburda Zikirdən (Tövratdan) sonra yazdıq ki, yer üzünə Mənim ləyaqətli bəndələrim varis olacaqlar.»

İmam Baqir (ə) buyurur: «Yer üzünə varis olan layiqli bəndələr dedikdə, məqsəd imam Məhdi və onun köməkçiləridir.»[21]

Həmçinin «Qəsəs» surəsinin beşinci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

«Biz iradə etmişik ki, yer üzünün müstəz`əflərinə minnət qoyaraq onları (camaatın) rəhbərləri və yer üzünün varisləri qərar verək.»

İmam Əli (ə) buyurur:

«(Müstəz`əflər dedikdə) məqsəd Peyğəmbər xanədanıdır. Allah təala əzab-əziyyətlərindən sonra bu xanədanın Məhdisini seçəcək (onun əli ilə) onları izzət, əzəmət və iqtidarın son nöqtəsinə çatdıracaq və düşmənlərini isə çox ağır şəkildə zəlil edəcəkdir.»[22]

«Hud» surəsinin 86-cı ayəsində deyilir:


بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

«Bəqiyyətullah (Allahın yer üzündə saxladığı höccət) sizin üçün yaxşıdır» əgər mö`min olsanız.»

İmam Baqir (ə) buyurur:

O (İmam Məhdi) zühur edən zaman Kə`bənin divarına söykənəcəkdir. Onun dilindən çıxan ilk söz bu ayədir. Sonra buyuracaqdır:

اَنا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ وَ خَليفَتِهِ وَ حُجَّتِهِ عَلَيْكُمْ

Yə`ni: «Mən Allahın yer üzündəki bəqiyyətullahı, Onun canişini və Onun sizə olan höccətiyəm.» Hər kəs istəsə, ona salam verərək belə deyər: «Əssəlamu ələykə, ya Bəqiyyətəllah fi ərzih.»[23]

اَلسَّلامُ عَلَيْكَ يا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ

«Hədid» surəsinin 17-ci ayəsində belə buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

«Bilin ki, Allah təala yer üzünü, öldükdən sonra dirçəldəcəkdir. (Biz Öz) ayələrimizi sizin üçün bəyan edirik ki, bəlkə əqlinizi işə salasınız.»

Hədislər (ancaq möminlər və saf müsəlmanlar inanar)
Peyğəmbəri Əkrəm buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.»(Biharul-ənvar 52-ci cild səh 309).
İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.» (Biharul-ənvar 52-ci cild səh 123).
İmam Cavad (ə) buyurur: «Bizim Qaimimiz o kəsdir ki, camaat qeybət dövründə onun intizarını çəkməli, qiyam etdiyi zaman isə onun fərmanlarına itaət etməlidirlər.» (Qeybəti nömani 36-cı bab 1-ci hədis səh 70).
İmam Hadi (ə) buyurur: «Məndən sonrakı imam oğlum Həsən, ondan sonra isə onun oğlu Qaimdir. O həmin kəsdir ki, yer üzü haqsızlıq və zülm ilə dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır.»(Qeybəti nömani 37-cı bab 10-cu hədis səh 79).

Sünni qardaşlarımızın hədis kitablarında

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Əgər dünyanın (ömründən) bir gündən artıq qalmamış olsa, hökmən Allah təala o günü o qədər uzadacaqdır ki, mənim xanədanımdan və mənimlə eyni adda olan bir kişini qiyam etdirsin. ( Sünnəni Əbu Davud ikinci cild hədis 4282 səh 106).

Başqa bir yerdə isə buyurur: «Mənim xanədanımdan adda mənimlə eyni və xilqətdə mənə oxşar olan bir şəxs qiyam edəcəkdir. O (dünyanı) zülm və sitəmlə dolduğu kimi haqq ədalətlə dolduracaqdır.» (Mö`cəmi Kəbir onuncu cild hədis 1229 səh 83).

Alimlərin adından təhriflər yayılır-məqsədləri Məhdəviyyətə zərbə vurmaqdır

Bunu yazmaqda məqsədimiz isə son zamanlar gah İran İnqilabı rəhbərinin adından, gah da sözcüsünün adından Mehdi (ə.f) la bağlı xəbərlərə münasibət bildirməmişdir. Bəzi saytlar və qəzetlər Ayətullah Xameneinin guya “İmam Zaman zühur edir. Hazır olun” xəbərləri təhrif edilmiş xəbərlərdir desək az olar. Bu xəbərlərin hədəfində isə əslində İmam Mehdi(ə.f)-a olan inamı yox eləmək və ya insanları çaşqınlıq içinə salmaqdır. Yuxarıda sadaladığımız dəlillərdən belə nəticə çıxarmaq olar ki, hər bir müsəlmanda yəni sağlam müsəlmanda İmam Mehdiyə inam var və bunun da güclü dəlillərinı sadaladıq. Lakin guya İslam alimi Ayətullah Xameneinin “zuhurdur müsəlmanlar birləşin”-sözləri həqiqətdə bu cür deyilməyib. Bu cümlələr adətən dua ilə deyilən sözlərdir ki, “İmam zühur edəcək, hər kəs özünü zühura hazırlasın” və s.Yəni yüz faiz əminliklə zühur barədə indiyə kimi heç bir alim söz deməyib, və bu sözlər alimlərin adından yayılan yalanlardır.

Bəs yalanı uyduranlar kimlərdir?
Mən bu yazarlar və mətbu orqanlarını Bakıda son zamanlar çoxalan “Çin masajı” ilə müqayisə etmək istəyirəm. Bir neçə il əvvəl “Tayvan masajı” adı ilə biznes quranlar indi “Çin masajına” üz tutublar. “Masaj” adı ilə nə oyun çıxarırlar bunu çoxları çox yaxşı bilir. Bəs niyə bunları məhs masaj ilə müqayisə etdim.Müqayisə etməyimin səbəbi isə istər türk istər azəri dilində fəaliyyət göstərən “Sibelcan belə getdi, Röya belə gəldi”xəbərli bu saytların birdən birə İmam Mehdi barəsində mövzu açması onların rəhbərlərinin istədikləri vaxt o yazarları “Çin qızları” istərsədə “Tayvan qızları” kimi istifadə etməsinə görədir. Azərbaycan dilində yazılan yazılardan birində İmam Zaman ağanın naibləri ilə bağlı ideologiya hədəfə götürülərək bəzi çaşqınlıq yaradan yazılara rast gəldim. Bu yazının sahibinin birinci yazısının hansı qəzetdə yayımlanması ilə onun “KİM”-liyi mənə məlum oldu. Bu şəxsin bəlkədə intizarı özünün şişməsidir. Lakin biz bu cür yazarları Çin masajı salonda çinli qızlar kimi görürük. Yəni böyük İslam düşmənləri kiçik qonorarlarla bu yazarlardan istifadə edərək İslam əleyhinə yazılar yazdırırlar. Digər tərəfdən ola bilsin bu yazılar heç onlar tərəfindən yazılmayıb. İranda inqilab qurulmamışdan əvvəl qəzetlərin yazıları əvvəlcədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində yazılıb göndərilirdi. İndi niyə də bu yazıların əsas baş yazarını MKİ hesab etməyək? Şəxsən mənim şübhəm yoxdur ki, bu yazılar “o..” taydan gəlib.
Zühur məsələsi isə belədir ki, zühur mütləq olacaq və İslam dini Mehdi (ə.f) bayrağı altında qalib olacaq. İstəyirsiz inanın istəyirsiz inanmayın. Yazıq bu masajçı yazarların halına ki, ucuz qiymətə axirətlərini satıblar. Məhəmməd Peyğəmbər (s) isə belə buyurub: “Bədbəxt o kəslərdir ki, axirətlərini dünyalarına satıblar. Daha bədbəxt isə o kəslərdir ki, axirətlərini başqasının dünyasına satıblar”. Sözümü buradaca bitirərək bu bədbəxtlərin üzümüzə gələn Ramazan ayında hidayətini Allahdan istəyirəm!

P.S.Müctehidlərin İmamın naibi olması hədis kitablarında mövcuddur.

http://www.islamtimes.org


more post like this