Xeyr. Demək olar ki, bütün dinlərdə, axırüz-zamanda zühur edərək dünyaya nicat verəcək bir islahediciyə etiqad mövcuddur.

Quranda bir çox ayələrdə bu mətləbə işarə olunmuşdur. Ənbiya surəsinin 105-ci ayəsində oxuyuruq:

“Tövrat kitabından sonra Zəburda yazdıq ki, ləyaqətli bəndə-lərim yer üzünün hakimi olacaqlar”.

Bu əqidə hətta Tövratda, İncildə, hindu və zərdüştlük kitab-larında, o cümlədən çinlilərin, qədim misirlilərin və qərb əhalisinin arasında da mövcuddur.

Rəvayət olunduğu kimi, həzrət İsanın (ə) tərəfdarlarından bir qrupu o həzrətin hüzurunda ikən, ondan dünyanın axırının necə olacağı barədə soruşdular. Həzrət İsa (ə) onların cavabında buyurdu:

“Məndən sonra Allah tərəfindən Əhməd (ə) adlı bir peyğəmbər gələcək ki, onun övladlarından biri insanlara Allahın höccəti olacaq. O, yer üzü zülm və sitəmlə dolduqdan sonra qiyam edəcək və dünyanı haqq-ədalətlə dolduracaq. Mən o Həzrətin zühurundan sonra göydən yerə enəcəyəm və mənim zühurum qiyamətin başlanmasının əlaməti olacaq”.

 

Bütün İslam məzhəbləri həzrət Mehdinin (ə) zühuruna etiqadı vacib sayırmı?

Bütün məzhəblərdə belə bir etiqad var ki, dünyanın axırlarında həzrət Mehdinin (ə) zühuru qeybi məsələlərdəndir və bu məsələyə etiqad etmək lazımdır.

a) Şiə alimlərindən – Şeyx Səduq deyir: “Həzrətin (ə) halından xəbərsiz ona iman gətirmək düzgün deyil. Yalnız Həzrətin (ə) qeyb dövründə şənindən xəbərdar olmaqla belə bir etiqaddan fayda-lanmaq olar.” (“Kəmalud-din”, c.1, s. 19.)

b) Sünni alimlərindən – Nasirəddin Əlbani yazır: “Həqiqətən, həzrət Mehdinin (ə) zühuruna əqidə sabit bir əqidədir və peyğəmbərdən etibarlı vasitələrlə nəql olunmuşdur. Ona görə də bu həqiqətə iman vacibdir. Quranda qeybə iman pəhrizkarların xüsusiyyəti kimi tanıtdırılır. Mehdinin (ə) zühuruna inam da qeybi işlərdəndir…”

Əbdül Möhsün ibn Həmdül-İbad yazır: “Məhdəviyyətin təsdiqi və ona iman İslam Peyğəmbərinin (s) risalətinə imandandır. Çünki peyğəmbərin təsdiq etdiyi mövzulara iman da peyğəmbərə iman sayılır. Bu əslində qeybə imandır və Allah-tәala möminləri qeybə inandıqlarına görə mədh etmişdir…” (“Əl-cəmaətul-İslamiyyə”, Hicaz çapı.)

http://sualcavab.ge

 

 


more post like this