607. Ziyankarlar

1849. Allahın Peyğəmbəri (s):«Ziyankar öz axirətini abad etməkdən qafil olan kəsdir.»[1]

1850. Allahın Peyğəmbəri (s):«Ömrünü dünyanı qazanmağa sərf edən kəs, bu ticarətdə ziyan etmiş və uğuru əldən vermişdir.»[2]

 

608. Dünya və axirətdə ziyana uğrayanlar

Quran:

«İnsanların arasında elələri var ki, Allaha tərəddüdlə ibadət edirlər. Əgər ona bir xeyir yetişərsə qəlbi ondan rahatlıq tapar, əgər qarşıya bir imtahan çıxarsa ondan üz döndərər (və dəyişər). Dünya və axirətdə ziyana uğrayarlar və bu həmin açıq-aşkar ziyandır.»[3] 

Hədis:

1851. İmam Əli (ə) «Kimin bədbəxtliyi daha çoxdur?» sualına cavabından: «Dünyanı dünyaya xatir tərk edən və buna görə dünyanı da əldən verən, axirətinə də ziyan vuran kişi. Bir də özünü göstərmək üçün ibadət edən, çalışan və oruc tutan kişi. Dünyanın xətrinə dünya ləzzətlərindən məhrum olub və özünə əziyyət vermiş bu şəxs, əgər bunları Allaha xatir etsəydi, Allahın mükafatına layiq olardı.»[4]

 

609. Ən çox ziyana uğrayanlar

Quran

«De: Sizə (əməllərində) ən çox ziyana uğrayan insanlardan xəbər verimmi? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı sə‘yləri hədərə gedənlərdir.» [5]

Hədis

1852.İmam Əli (ə):«Ticarətdə ən çox ziyana uğrayan və sə‘ylərində hamıdan uğursuz kimsə odur ki, öz bədənini (dünya) malı axtarmaq üçün taqətdən sala və taleyin müqəddəratı onun üzünə gülməyə, o da peşmançılıq və həsrətlə dünyadan köçərək onun yükü ilə axirətə üz tuta»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Tənbihul-Xəvatir, c.2 səh.118

[2] Tənbihul-Xəvatir, c.2, səh.119

[3] Həcc, ayə 11

[4] Tənbihul-Xəvatir, c.2, səh.95

[5] Kəhf, ayə 103, 104.

[6] Nəhcül-Bəlağə,  hikmət 430


more post like this