Cavab: Zirar məscidi Ğəsilul-məlaikə adı ilə məşhur olan şəhidin – Hənzələnin atası Əbu Amirin əmri ilə Quba kədində, müsəlmanların məscidi müqabilində tikilmişdi. Əbu Amir hiss etmişdi ki, dinin hökumət etdiyi bir ölkəni yıxmaq üçün ən yaxşı yol dinin adından istifadə edib dindən başqa bütün pis işləri yerinə yetirməkdir.
Bu məscid Peyğəmbərin əmri ilə dağıdıldı, sütunları yandırıldı və bir müddət zibillik oldu. Zirar məscidinin dağıdılması nifaq (münafiqlərin) hizbinin dağılmasına səbəb oldu, o hizbin kökü kəsildi və onların yeganə havadarı olan Əbdüllah ibni Übəyy Təbuk müharibəsində öldürüldü.
NUR-AZ.COM


more post like this