852. Zinanın qadağan olması

Quran

«Zinaya yaxınlaşmayın ki, o fahişəlik və pis yoldur.» [1]

Hədis

2731. Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.»[2]

2732. İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.»[3]

2733. İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.»[4]

2734. İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar.»[5]

 

853. Zinanın nəticələri

2735. Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.»[6]

2736. İmam Əli (ə):«Zina yoxsulluq gətirər.»[7]

2737. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər çoxalar.»[8]

2738. İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.»[9]

 

 

854. Bədənin hər üzvünün zinadan bəhrəsi var

2739. Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina edir.»[10]

2740. Məsih (ə):«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.»[11]

2741. Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.»[12]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] İsra, ayə 32

[2] Biharul-Ənvar, c.76,səh. 366, hədis 30

[3] Nəhcül-Bəlağə, hikmət 305

[4] Biharul-Ənvar, c.79,səh. 26, hədis 28

[5] Biharul-Ənvar, c.79,səh. 24, hədis 19

[6] Biharul-Ənvar, c.79,səh. 22, hədis 15

[7] Biharul-Ənvar, c.79,səh.23, hədis18

[8] əl-Kafi, c.2,səh. 374, hədis 2

[9] Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318

[10] Tənbihul-Xəvatir, c.1, səh. 28

[11] Tənbihul-Xəvatir, c. 1,səh. 62

[12] Kənzul-Ummal,hədis 13026


more post like this