890. Zinət

Quran:

«Ey Adəm övladları! Hər bir məsciddə öz zinətlərinizi geyinin, yeyin, için, lakin israf etməyin. O (Allah), israf edənləri sevməz.»[1]

«Ey Peyğəmbər! De ki, Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?» [2]

Hədis:

2865. Allahın Peyğəmbəri (s):«Allah mömin bəndəsinin (din) qardaşının yanına gedəndə özünü, onu ziyarət etmək üçün hazırlayıb  bəzəməsini sevər.»[3]

2866. İmam Əli (ə):«Sizlərdən hər biriniz onu ən yaxşı sifətdə görmək istədiyi yad bir insan üçün özünü bəzədiyi kimi, öz müsəlman qardaşının yanına gedəndə də özünü elə bəzəməlidir.»[4]

2867. İmam Əli (ə):«Batini gözəllik zahiri gözəllikdən yaxşıdır.»[5]

2868. İmam Əli (ə):«İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır.»[6]

 

891. Ən gözəl bəzək

2869. Allahın Peyğəmbəri (s):«Kişinin ən gözəl zinəti imanla müşaiyət olunan sakitlikdir.»[7]

2870. İmam Əli (ə):«Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların arasında səni gözəl göstərən və acı dillərini səndən çəkindirəndir.»[8]

2871. İmam Əli (ə):«Heç bir bəzənən Allaha ibadət kimi bir zinətlə bəzənməyib.»[9]

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Ə‘raf, ayə 131

[2] Ə‘raf, ayə 132

[3] Biharul-Ənvar, c.79,səh. 307 , hədis 23

[4] Biharul-Ənvar, c.79,səh. 298 , hədis 3

[5] Ğurərul-Hikəm,hədis 5503

[6] Ğurərul-Hikəm,hədis 5504

[7] Biharul-Ənvar, c.71,səh. 337 , hədis 2

[8] Ğurərul-Hikəm,hədis 3470

[9] Ğurərul-Hikəm,hədis 9489


more post like this