Sual: 79. Ərin öz həyat yoldaşı üçün iş qazancından aldığı qadın zinət əşyaları və qızıla xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər orta həddə və onun şəninə uyğun olarsa, xümsü yoxdur.

Sual: 80. Bir xanım öz maaşından həmişə istifadə etdiyi zinət əşyaları və qızıl alır. Onun ərinin bu sahədə sərf etməyə pulu yoxdur. Qadın bu növ əşyaların xümsünü verməlidirmi?

Bütün müctəhidlərin rəyi: Əgər orta həddə şəninə uyğun olarsa, xümsü yoxdur.

Sual: 81. Bir qədər qızıl hədiyyə alan və hal-hazırda ondan istifadə edən qadın, bu əşyaların xümsünü verməlidirmi?

Cavab: İmam (r), Xamenei və Nuri: Xeyr, hədiyyəyə xüms düşmür.

Fazil, Təbrizi, Sistani, Behcət, Safi, Məkarim və Vəhid: Əgər qeyd olunmuş zinət alətləri ehtiyacına və şəninə uyğun olarsa, xümsü yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this