“Zəlzələ”
İmam Sadiq (ə) buyurdu: “İza zulzilətil ərzu” surəsini oxumaqdan yorulmayın, çünki bir kəs nafilə (müsətəhəb) namazlarında bu surəni oxusa, Allah onu heç vaxt zəlzələ, ildırım vurması və bunun kimi dünya bəlaları ilə həlak etməz. Necəki o dünyadan köçdü və Behiştə getmək əmrini alsa, o zaman Allah-taala onun fərmanını verib buyurar: Ey mənim bəndəm Behiştimi sənə Mubah etdim, indi heç bir maneə olmadan onun hər hansı yerində istəyirsən özünə mənzil seç.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bir kəs bu surəni (Zilzal) oxusa, elə bil ki, Bəqərə surəsini oxumuşdur, və ona həmin surəni oxumağın əcrini verərlər, (yəni Quranın dördə birini oxumağın).
Nəbiyyi-Əkrəm (s.ə.v.v) əshabələrindən bir kişiyə xiğab edərək buyurdu: Evlənmisən? Dedi: Yox, çünki evlənmək üçün əlimdə bir şeyim yoxdur. Həzrət buyurdu: “Qul huvəllahu əhəd” surəsini bilirsənmi? Dedi: Bəli, Həzrət yenə buyurdu: Bu surə Quranın dörddə biridir. Həzrət sonra buyurdu:
“Qul ya əyyuhəl kafirun” surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət buyurdu: Bu surədə Quranın dörddə biridir. Sonra buyurdu:
“İza zulzilət” surəsini bilirsənmi?
O kişi dedi: Bəli.
Həzrət yenə buyurdu: Bu surə də Quranın dörddə biridir. Həzrət sözünün davamında buyurdu: Evlən, evlən, evlən. (Bu surələri həyat yoldaşın üçün məhriyyə ünvanında qərar ver.)
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this