Səfər Müsafir

Zil-Hiccə keçib, mahi- Muhərrəmdir, İlahi!

Min dörd yüz il əvvəldəki, matəmdir, İlahi!

Qismət bu əzadə bizə min qəmdir, İlahi!

Qan ağlayırırq, ağlamalı dəmdir, İlahi!

Axmış qanı nahəq yerə Vallahi Hüseynin,

Qeyrətlə məhəbbətdi fəqət rahi Hüseynin!

 

Qanə boyanıb zülm ilə nurani cəmali,

Eşqində olub əhd ilə ilqarə vəfali,

Axırda əsir oldu bütün əhli- əyali,

“Neyçün eləyib bunları?” versən bu suali:

Vəsl idi muradı şühəda şahı Hüseynin!

 

Cananə verib canı, alıb kamı həmin gün,

Nuş eylədi şövq ilə səfa camı həmin gün,

Qanıyla difa eylədi İslamı həmin gün,

Quranı, həm imanı, həm əhkamı həmin gün,

Saldı bizə həqqin işığın mahi Hüseynin!

 

O dəştdə aşiqlərin ən xası susuzdu,

Qan oldu Fəratın suyu, Səqqası susuzdu,

Həm Əsğəri təşnə, həmi Əbbası susuzdu,

Qeyrətlilərin sərvəri, Mövlası susuzdu,

Qeyrətliləri ağladacaq ahi Hüseynin!

 

Ey Şahi-Şəhidan, döyüşün qalibi sənsən,

“Öz Rəbbinə dön ” ayətinin talibi sənsən!

Söz aləmi dəryadı, Müsafir, dibi sənsən!

Birdən düşünərsən ki, bu söz sahibi sənsən,

Lütf eylədi oldun belə məddahi Hüseynin!

canderyasi.com


more post like this