Peyğəmbər (s) Quranın toplanmasını vəsiyyət etmişdi ki, yəhudilərin Tövratı kimi tələf olmasın3. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsiyyətinə əməl edib, bu mühüm məsələni həyata keçirtdi. Onu üzə çıxartdı, lakin müəyyən səbəblərdən qəbul olunmadı. Quran İslam dininin ilkin qaynağı, İslam cəmiyyətinin formalaşmasının təməl daşı idiş Bu səbəbdən dövrün xəlifələrinin digər vəhy katiblərindən yararlanaraq Quranı taxta, sümük parçalarından, hafizlərin zehnindən toplayıb yazıya almaları, Yəmamə döyüşündə yetmiş, digər versiyaya görə isə dörd yüz Quran hafizinin şəhadətindən yaranan boşluğu doldurmaları zəruri idi.1

Beləcə birinci xəlifə, Zeyd ibn Sabiti Quranı toplamağa dəvət etdi. Zeyd deyir: “Əbu Bəkr məni çağırtdırdı. Ömərlə (o da orada idi) məsləhətləşdikdən sonra dedi: “Qiraətçi və hafizlərin böyük əksəriyyəti Yəmamə hadisəsində öldürüldülər. Digər hadisələrdə başqaları da öldürülə bilərlər və Quranın ümdə hissəsi unudulardı. Sonra Quranın toplanmasından söhbət açdı”. Mən dedim: “Peyğəmbərin (s) görmədiyi bir işi necə görmək istəyirsiniz?” Dedilər: “Bu iş zəruridir. Gerçəkləşməlidir”. O qədər danışdılar, təkid etdilər ki, mən onu qəbul etdim. Əbu Bəkr mənə dedi: “Görürəm ağıllı gəncsən. Biz sənin haqqında əsla pis düşünməmişik. Sən Allah elçisinin (s) vəhy katibi idin. Bu işin üstünə düş və onu layiqincə həyata keçir”. Zeyd deyir: “Zorla mənim boynuma qoyulan bu yük dağdan ağır idi. Lakin çarəsizlikdən onu qəbul etdim və Quranı daş, taxta parçaları üzərindən topladım”.2

 

ZEYDİN QURANI TOPLAMAQ ÜSLUBU

 

Zeyd Quranı toplamaqla məşğul oldu və Quran dağınıqlıqdan çıxdı, bir yerə yığıldı. O, bu işi bir qrup səhabənin həmkarlığı ilə gördü. O, ilk olaraq elan etdi: “Kimdə Quranın (dağılmış) bir hissəsi varsa, gətirsin”. Yəqubi yazır: “O, 25 nəfərdən ibarət bir heyət təşkil etdi”.3 O, özü bu heyətə başçılıq edirdi. Bu heyət hər gün məsciddə toplanırdı. Quran ayəsi və ya surəsi ixtiyarında olanlar onlara müraciət edirdilər. Gətirdiklərinin Quran olmasına dair iki şahid göstərməyən heç kimin sözü qəbul olunmurdu. Birinci tələb olunan şahid əlyazma nüsxəsi, yəni vəhy olduğunu göstərən yazılı mətn olması idi. İkinci şahid isə hafizlərin şəhadəti idi. Yəni başqaları da təsdiq etməli idilər ki, onu Peyğəmbərin (s) dilindən eşitmişlər. Burada iki məqamı nəzərdən qaçırmaq olmaz.

1. Xüzeymə ibn Sabit Ənsaridən4 “Bəraət” surəsinin son iki ayəsini şahidsiz qəbul etdilər. Çünki Peyğəmbər (ə) onun şahidliyini iki şəxsin şahidliyi kimi qəbul etmişdir.5
2. Ömər ibn Xəttab “الشیخ والشیخة اذا دُنیا فارجموها البئة” ifadəsinin Quran ayəsi olduğunu güman edirdi. Lakin qəbul olunmadı. Ondan şahid istənildi, o, isə şahid göstərə bilmədi. Kimə üz tutdusa, inkar etdi və Peyğəmbərdən (s) belə bir şey eşitmədiyini söylədi. Ömər ömrünün sonunadək sözü üzərində təkid edir və deyirdi: “Əgər insanlar “Ömər Qurana bir şey artırdı”, – deməsəydi, həqiqətən, bu ayəni Qurana əlavə edərdim”.
Zeyd bu şəkildə Quran ayələrini, surələrini bir yerə topladı, onları dağınıqlıqdan, təhrif təhlükəsindən xilas etdi. Hər bir surə tam bitdikdə onu “rəbə” (“رَبعة”) adlanan dəri sandıqçaya qoyurdu. Beləcə surələrin toplanma işi bir-bir sona yetdi. Lakin hələ surələr arasında heç bir ardıcıllıq, tərtib yaratmadı.6

Quran surələrinin yazıldığı bu səhifələr sona yetdikdən sonra Əbu Bəkrə tapşırıldı. Bu məcmuə Əbu Bəkrdən sonra Ömərə ötürüldü. O öldükdən sonra isə qızı Həfsənin yanında saxlanıldı. Müshəflər eyniləşdirildikdə Osman onu alıb digər nüsxələrlə müqayisə etdi, sonra Həfsəyə qaytardı. Həfsə dünyasını dəyişdikdə Müaviyə tərəfindən Mədinəyə vali təyin olunmuş Mərvan onu Həfsənin vərəsələrindən alıb məhv etdi.7
3 “Təfsiri-Qumi”, səh. 748.

1 “Fəth əl-bari”, c. 7, səh.447.

2 “Səhihi-Buxari”, c. 6, səh. 225; “Məsahifi-Səcistani”, səh. 6; İbn Əsir, “Əl-Kamil fi ət-tarix”, c. 2, səh. 247; c. 3, səh. 56; “Əl-Bürhan”, c. 1, səh. 233.

3 “Təfsiri-Yəqubi”, c. 2, səh. 113.

4 Xüzeymə ibn Sabitə “Zu əş-şəhadəteyn” (iki şəhadət sahibi) ləqəbi verilmişdi. Çünki o, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmiş və İmam Əlinin (ə) yaxınlarından, vurğunlarından olmuşdur. O, “Siffeyn” və “Cəməl” döyüşlərində iştirak etmiş və Siffeyn döyüşündə “Əmmarı təcavüzkar dəstə qətlə yetirəcək” hədisini nəql etmişdi. O, Peyğəmbərin (s) köçəridən at aldığını görmədiyi halda, yalnız iddia tərəfinin Peyğəmbər (s) olduğuna və haqdan başqa bir şey demədiyinə görə şahidlik etmişdi. Buna görə də həzrət (s) onun şəhadətini iki şəhadət əvəzində qəbul edirdi (“Usd əl-ğabə”, c. 2, səh. 225).

5 “Məsahifi-Səcistani”, səh. 6-9; “Səhihi-Buxari”, c. 6, səh. 225.

1 İbn Kəsir əl-Qurəşi əd-Dəməşqi, “Təfsiri-İbn Kəsir, c. 1, səh. 261; “Əl-Bürhan”, c. 3 səh. 35; “Əl-İtqan”, c. 1, səh. 58; “Fəth əl-bari”, c. 9, səh. 16; Zərqani, “Mənahil əl-ürfan”, c. 1, səh. 254; Əhməd Əmin Misri, “Fəcr əl-İslam”, səh. 195.

2 İbn Həcər Qəstəlani, “İrşad əs-Sari fi şərh əl-Buxari”, c. 7, səh. 449; “Ət-Təmhid”, c. 1, səh. 300.

 

islammektebi.org


more post like this