848. Zamanı tanımaq

2719. İmam Əli (ə):«İnsanın agahlığı üçün öz zəmanəsini tanıması kifayət edər.» [1]

2720. İmam Əli (ə):«Zəmanəsini hamıdan yaxşı tanıyan insan, onun hadisələrindən təəccüblənməyəndir.»[2]

2721. İmam Sadiq (ə):«Öz zəmanəsini tanıyan şəxs şübhələrə məruz qalmaz.»[3]

 

849. Zəmanəyə etimad edən şəxs

2722. İmam Əli (ə):«Zəmanəsinə e‘timad edən yerə yıxılar.»[4]

2723. İmam Əli (ə):«Kim zəmanəyə əmin olub (ona e‘timad edərsə) zəmanə ona xəyanət edər. Kim zəmanəni böyük bilərsə, zəmanə onu xar edər.»[5]

2724. İmam Əli (ə):«Kim zəmanəni əmanətdar bilsə, zəmanə ona xəyanət edər. Kim ona əzəmət versə, zəmanə onu zəlil və xar edər. Kim zəmanəyə qəzəblənərsə, o da ona qəzəblənər, kim ona pənah gətirərsə, zəmanə onu təslim edər. Hər ox atan hədəfə dəyməz və hökumətin dəyişməsi ilə zəmanə dəyişməz.»[6]

2725. İmam Əli (ə):«Zəmanə öz sahibinə xəyanət edər və onu məzəmmət edəndən razılıq istəməz.»[7]

2726. İmam Əli (ə):«Kim başını zəmanəylə qarışdırsa, zəmanə onu özünə məşğul edər.»[8]

 

850. Zəmanə ilə döyüşən şəxs

2727. İmam Əli (ə):«Zəmanənin eybini tutan şəxsin eyb tutmağı uzun çəkər.»[9]

2728. İmam Əli (ə):«Kim zəmanə ilə döyüşsə, zəmanə onu xar edib yerə

 

sərər. Kim zəmanəyə təslim olsa, amanda olmaz.»[10]

2729. İmam Əli (ə):«Kim zəmanə ilə döyüşsə həlak olar. Kim zəmanəni məzəmmət etsə, özü qəzəbə gələr.»[11]

 

851. Zəmanənin eybi

2730. Rəyan ibn Səlt:«Həzrət Rza (ə) Əbdülmütəllibin bu beytlərini bizim üçün oxudu:

Tutar zəmanə eybin bütün insanlar

Məgər bizdən başqa onun eybimi var?

Vücudumuzda nöqsan olduğu halda

Daim gileyliyik səndən ey ruzigar.

Zəmanə nitqə gəlib danışsa əgər

Həcv ilə bizləri məzəmmət edər

Ki, qurd yeməsə də qurdun ətini

İnsanlar bir-birinin ətini didər.

Məkrlə bürünərik təqva libasına

Yanımıza gələn qərib, vay halına.»[12]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Biharul-Ənvar, c.78,səh. 80, hədis 66

[2] Ğurərul-Hikəm,hədis 3252

[3] Tuhəful-Uqul,səh. 356

[4] Uyune Əxbare Rza (ə), c.2,səh. 54, hədis204

[5] Ğurərul-Hikəm, hədis 8028

[6] Biharul-Ənvar, c.77, səh.213, hədis1

[7] Ğurərul-Hikəm,hədis 2093

[8] Ğurərul-Hikəm,hədis 7890

[9] İyune Əxbare Rza (ə), c.2,səh. 53, hədis 204

[10] Ğurərul-Hikəm,hədis 9054

[11] Tuhəful-Uqul,səh. 85

[12] İyune Əxbare Rza (ə), c.2, səh. 177, hədis5


more post like this