Cavab: Quranda bu barədə belə buyurulur:

«Nə zülm edin, nə də zülmə baş əyin»[4070].

«Bağışlamağınız müttəqiliyə daha yaxındır»[4071].

«Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz?»[4072].

Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun».

İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən isə «bağışla» deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın. Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.

Həzrət Əli (ə) buyurur: «Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla»[4073].

Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.

[4070]  «Bəqərə» surəsi, ayə 279.

[4071]  «Bəqərə» surəsi, ayə 237.

[4072]  «Nur» surəsi, ayə 22.

[4073]  «Nəhcül-bəlağə».

 

NUR-AZ.COM


more post like this