855. Zahidliyin dəyər-qiyməti

2742. Allahın Peyğəmbəri (s):«Allah-taalaya qəlbi dunyadan çıxartmaq kimi digər heç bir ibadətlə ibadət olunmayıb.»[1]

2743. İmam Əli (ə):«Zahidlik təqvalıların xasiyyəti və daim tövbə edənlərin xislətidir.»[2]

2744. İmam Əli (ə):«Dinə ən çox kömək edən xislətlərdən biri, dünyaya meyl göstərməməkdir.»[3]

2745. İmam Baqir (ə):«Allah-taalanın Musaya (ə) pıçıltı ilə söylədiklərindən biri də «Zinətlənənlər, dünyada ehtiyac duyulmayan şeylərə meyl göstərməmək qədər heç bir digər şeylə Mənim üçün bəzənmədilər.» olmuşdur.»[4]

2746. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı bir otağa yığılmışdır və onun açarı dünyaya meyl göstərməməkdir.»[5]

 

856. Zahidliyin həqiqəti

Quran

«… ki, əlinizdən çıxan şeyə görə qəmlənməyəsiniz və sizə verilən şeyə görə sevinməyəsiniz. Allah heç bir fəxr edən xüdpəsəndi sevməz.»[6]

Hədis

2747. Allahın Peyğəmbəri (s):«Dunyaya meyl göstərməmək, elə arzuları qısaltmaq, hər nemətə şükr etmək və Allahın haramlarından çəkinməkdir.»[7]

2748. Allahın Peyğəmbəri (s):«Zahidlik halalı özünə haram etmək deyil, əksinə, zahidlik insanın Allahın yanında olan şeylərə öz əlində olan şeylərdən daha çox əmin olmasıdır.»[8]

2749. İmam Əli (ə):«Zahidlik iki cümlədən ibarətdir. Allah-taala buyurmuşdur:«Əldən verdiyiniz şeyə görə…» Buna əsasən, əldən verdiyi şeyə görə qüssələnməyən və əldə etdiyi şeyə görə sevinməyən şəxs, zahidliyin hər iki yönümünü (kamil zahidliyi) əldə etmişdir.»[9]

2750. İmam Sadiq (ə) :«Zahidlik axirət qapısının açarı və atəşdən bəraət almaqdır. Zahidlik budur ki, səni Allahdan qafil edib çəkindirən nə varsa, hamısını qəm-qüssə yemədən tərk edəsən və onu tərk etməyin nəticəsində qürura, xüdpəsəndliyə düçar olmayasan. Ondan işlərinin həll olunmasını gözləməyəsən, bu işə görə təriflənməyini arzulamayasan və bunun əvəzində bir şey ummayasan. Əksinə, onu əldən verməyi özün üçün rahatlığın səbəbi və onun mövcud olmasını bəla, möhnət biləsən. Həmişə bəladan qaçan ol və rahatlıqdan yapış.»[10]

 

857. Zahidin sifətləri

2751. İmam Əli (ə):«Dunyaya zahid olan şəxs odur ki, haram onun səbrinə qalib gəlməsin və halal onu şükr etməkdən çəkindirməsin.»[11]

2752. İmam Əli (ə):«Zahidlər və dünyaya arxa çevirənlər zahirən gülərüz olsalar da, qəlbləri ağlardır. Üzdə şad olsalar da, çox qüssəlidirlər. Onlara verilən ruziyə şad olsalar da, özlərinə çox qəzəblidirlər.»[12]

2753. İmam Sadiq (ə) («Dünyadan qaçan kimdir?» sualının cavabında): «Hesab-kitabın qorxusundan dünyanın halalını və cəzanın qorxusundan onun haramını tərk edən şəxsdir.»[13]

2754. İmam Rza(ə) (Zahidin xüsusiyyətləri barədə sualın cavabında):  «Özünün az qüvvəsi ilə kifaytələnən, ölüm gününə hazır olan və diri (sağ) qalmaqdan (qəlbi) təngə gələn şəxsdir. (Qəlbində axirət və Allahla görüşmək şövqü olan şəxs).[14]

 

858. Zahidliyin amilləri

2755. İmam Əli (ə):«Zahidliyə ən layiqli şəxs dünyanın eybini və nöqsanını biləndir.»[15]

2756. İmam Əli (ə):«Axirətin qiymətini bilməyən kəs dünyaya necə arxa çevirə bilər?»[16]

2757. İmam Baqir (ə):«Ölümü çox xatırla. Çünki ölümü çox xatırlayan elə bir insan yoxdur ki, dünyaya e‘tinasız olmasın.»[17]

2758. İmam Kazim (ə)-bir qəbrin başı üzərində dayanıb buyurdu: «Bir şeyin ki, axırı budur, elə əvvəldən ona qəlb bağlamamaq yaxşıdır. Bir şeyin ki, əvvəli budur, onun aqibətindən qorxmaq yaxşıdır.»[18]

2759. İmam Əskəri (ə) «Əgər dünya əhli öz ağlından istifadə etsəydi, dünya viran qalardı.»[19]

 

859. Zahidliyin səmərələri

2760. Allahın Peyğəmbəri (s):«Dünyaya meylsiz olmaq bədənə və qəlbə rahatlıq bəxş edər. Ona meyl göstərmək isə bədəni və qəlbi əziyyətə salar.»[20]

2761. İmam Əli (ə):«Kim qəlbini dünyadan üzsə, onun xarlığına dözümsüzlük göstərməsə, onda şan-şöhrətə çatmaq üçün rəqabətə girişməsə, Allah-taala heç bir məxluqun hidayəti olmadan onu Özü hidayət edər. Kimsədən tə‘lim almadan Özü ona elmini öyrədər, hikməti onun qəlbində həkk edər və dilinə gətirər.»[21]

2662. İmam Əli (ə):«Dünyaya zahid və rəğbətsiz ol ki, Allahın rəhməti sənin üzərinə ensin.»[22]

2763. İmam Əli (ə):«Qəlbi dünyadan üzmək ən böyük rahatlıqdır.»[23]

2764. İmam Səccad (ə):«Kim qəlbini dünyadan üzsə, dünyanın musibətləri ona asan gələr və onlardan narahat olmaz.»[24]

2765. İmam Sadiq (ə):«Qəlbləriniz dünyaya rəğbətsiz olmayınca, qəlblərinizə imanın şirinliyini dadmaq haramdır.»[25]

 

860. Ən zahid insan

2766. Allahın Peyğəmbəri (s):«Ən zahid insan haramlardan uzaqlaşandır.»[26]

2767. İmam Əli (ə):«Dünyəvi işlərlə axirət iştəyənlər kimi olma… Onlar dünyada zahid insanlar kimi danışar, əməldə isə dünyasevənlər kimi olarlar.»[27]

2768. İmam Əli (ə):«Ən üstün zahidlik, zahidliyi gizli saxlamaqdır.»[28]

2769. İmam Əli (ə):«Zahid, insanlardan qaçan zaman onun ardınca get, zahid, insanlar axtaran zaman sən ondan qaç.»[29]

2770. İmam Səccad (ə):«Allah-taala buyurur:«Ey Adəm övladı! Sənə verdiyim şeyə razı və qane ol ki, insanların ən zahidi olasan.»[30]

2771. İmam Kazim (ə):«Həqiqətən, sizlərin bəlalara ən səbrliniz dünyaya ən zahid olanınızdır.»[31]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Biharul-Ənvar, c.70,səh. 322

[2] Ğurərul-Hikəm,hədis 1713

[3] əl-Kafi, c.2, səh.128, hədis 3

[4] Biharul-Ənvar, c.3,səh. 349, hədis 37

[5] Biharul-Ənvar, c.73,səh. 49, hədis 20

[6] Hədid, ayə 23

[7] Tuhəful-Uqul,səh. 58

[8] Biharul-Ənvar, c.77,səh. 172, hədis 8

[9] Biharul-Ənvar, c.70,səh. 317, hədis 23

[10] Biharul-Ənvar, c.70,səh. 315, hədis 20

[11] Biharul-Ənvar, c.78,səh. 37, hədis 3

[12] Nəhcül-Bəlağə, xütbə 113

[13] Uyune Əzbare Rza (ə), c.2,səh.52, hədis 199

[14] Biharul-Ənvar, c.78,səh. 349, hədis 6

[15] Ğurərul-Hikəm,hədis 3209

[16] Ğurərul-Hikəm,hədis 6987

[17] Biharul-Ənvar, c.73,səh. 64, hədis 31

[18] Biharul-Ənvar, c.78, səh.320, hədis 9

[19] Biharul-Ənvar, c.78,səh. 377, hədis 3

[20] Kənzul-Ummal, hədis 6060

[21] Biharul-Ənvar, c.78,səh. 63, hədis 155

[22] Ğurərul-Hikəm,hədis 2275

[23] Ğurərul-Hikəm,hədis 1316

[24] Təhəful-Uqul,səh. 281

[25] Biharul-Ənvar, c.73,səh. 49, hədis 20

[26] Əmali-Səduq,səh. 27, hədis 4

[27] Biharul-Ənvar, c.78,səh. 68, hədis 16

[28] Nəhcül-Bəlağə, hikmət 28

[29] Ğurərul-Hikəm,hədis 4078

[30] Biharul-Ənvar, c.78  səh.139, hədis 22

[31] Biharul-Ənvar, c.78  səh.308, hədis 1


more post like this