1186. Zьlmkarlıqdan зəkinmək.
Quran:
«Allah-taala zalım xalqı hidayət etməz»
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.»
Hədis:
3873. Allahın Peyğəmbəri (s): «Zьlm etməkdən зəkinin ki, qəlblərinizi viran edər.»
3874. Allahın Peyğəmbəri (s): «Qiyamət gьnь bəndə цz yaxşı əməllərinə gцrə sad halda məhşər ayağına зəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zьlm etmişdir.» Bu zaman həmin bəndənin savabından gцtьrьlər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zьlm etdiyi insanlar bir-bir gəlib цz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab və xeyir əməl də qalmaz. Bundan sonra kim gəlib цz haqqını tələb etsə, onun gьnahlarından gцtьrьlьb həmin bəndənin gьnahlarına artırılar. Beləliklə, bəndə cəhənnəm oduna daxil olanadək insanların haqqı ondan gцtьrьlər.»
3875. Allahın Peyğəmbəri (s): «Zьlm etməkdən зəkinin ki, zьlm qiyamət gьnьnьn zьlmətləridir.»
3876. İmam Əli (ə): «Zьlmkarlıq ən зirkin alзaqlıqdır.»
3877. İmam Əli(ə): «Zьlmkarlıq addımları bьdrədər, nemətlərdən məhrum edər və ьmmətləri məhvə sьrьkləyər.»
3878. İmam Əli (ə)(zьlmə nifrətini aзıqladığı xьtbədə): «And olsun Allaha, gecədən sьbhədək dəvətikanı kolunun ьstьndə qalmağım və əlim-ayağım qandallı, zəncirlı halda sьrьklənməyim, qiyamət gьnь Allah bəndələrindən birinə zьlm, ya dьnyanın alзaq malından ən xırda bir şeyi qəsb etmək gьnahına bulaşmış halda Allahın və Onun Rəsulunun (s) qarşısına зıxmaqdan mənimзьn daha xoşdur. Necə ola bilər ki, ipi-sapı sьrətlə зьrьməyə doğru gedən və uzun zamanlar torpaq altında qalan bir cismə xatir kimsəyə zьlm edim?»
3879. İmam Əli(ə) (həmin xьtbədə): «Allaha and olsun, əgər yeddi iqlimi, onun planetlərinin altında olan hər şeylə birlikdə, qarışqanın ağzından arpa dənəsinin qabığını gцtьrməklə Allaha itaətsizlik etməyim şərtilə mənə versələr, heз vaxt bunu etmərəm.»
3880. İmam Əli (ə): «Zьlmdən ehtiyatlı ol ki, zьlm edən hər bir şəxsin taleyi xoşagəlməz oldu.»
3881. İmam Əli(ə): «Allahın nemətinin məhv olması, onun qəzəbinin və intiqamının tez gəlməsi ьзьn zьlmdən təsirli heз nə yoxdur. Зьnki, Allah-taala məzlumun duasını eşidir və daim zalımın pusqusundadır.»
3882. İmam Əli(ə): «Kim zьlm etsə цmrь (beli) sınar.»
3883. İmam Əli(ə): «Kim zьlmьn miniyinə qalxsa, miniyi onu başıьstə yerə зırpar.»
3884. İmam Əli(ə): «Kim zьlm etsə, zьlmь onu məhvə sьrьkləyər.»
3885. İmam Sadiq(ə): «Allahın Rəsulu (s) qarışqanın ağzı və ayağı ilə daşıdığı hər bir şeyi yeməyi qadağan etmişdir.»

1187. Zьlmьn nцvləri.
3886. İmam Əli (ə): «Bilin ki, zьlm ьз nцvdьr: heз vaxt bağışlanmayan zьlm, sorğu-suala зəkilən zьlm, bağışlanan və sorğu-sualı olmayan zьlm. Heз vaxt bağışlanmayan zьlm, Allaha şərik qoşmaqdır… Bağışlanan zьlm, bəndənin bəzi kiзik gьnahlar etməklə цzьnə rəva bildiyi zьlmdьr. Nəhayət, sorğu-suala зəkilən zьlm, bəndələrin Bir-birinə etdikləri zьlmdьr.»

1188. Zьlmьn ən зirkin nцvь.
3887. Allahın Peyğəmbəri (s): «Allahdan başqa kцməyi olmayan insana zьlm edən şəxsə Allahın qəzəbi зox ağır olar.»
3888. İmam Əli(ə): «Zəifə zьlm etmək, zьlmьn ən зirkin nцvьdьr.»
3889. İmam Əli (ə) («Hansı gьnahın cəzası gьnahkara daha tez зatar?» sualının cavabında): «Allahdan başqa kцməyi olmayan insana zьlm edənə, nemətlərin haqqını yerinə yetirməkdə səhlənkar olana, yoxsula zьlm və təcavьz əlini uzadana.»
3890. İmam Əli (ə): «Ən зirkin zьlmlərdən biri alicənab insanlara zьlm etməkdir.»
3891. İmam Baqir (ə): «Əli ibn Hьseynin (ə) цlьm anı зatanda məni sinəsinə sıxıb buyurdu: Oğlum! Atam dьnyadan kцзərkən mənə tцvsiyyə etdiyini və onun atası da цlьm anında ona verdiyi tцvsiyyəni indi mən sənə tцvsiyyə edirəm: Oğlum! Allahdan başqa kцməyi olmayan insana, məbada zьlm edəsən!»

1189. Zalıma mцhlət vermək.
3892. Allahın Peyğəmbəri (s): «Allah-taala zalıma o, «Allah məni цz ixtiyarıma buraxmışdır.» deyənə qədər mцhlət verər. Sonra, ona şiddətli cəza verər. Allah-taala zalımları məhv edəndən sonra Цzьnə həmd sцyləyib buyurmuşdur: Zьlm edən insanların kцkь kəsildi. Həmd olsun aləmlərin Rəbbi olan Allaha.»
3893. İmam Baqir (ə): «Allah-taala iki sцz arasında Firona 40 il mцhlət verdi. Sonra ona axirət və dьnya əzabını dadızdırdı. Allah-taala Musa (ə) və Haruna (ə) «Siz iki nəfərin duası mьstəcab oldu» kəlməsini buyurduğu andan onun qəbul olunmasını Musaya məlum etdiyi vaxtadək 40 il зəkdi.»

1190. Zalımın peşmanзılığı.
Quran:
«O gьn ki, zalım цz əllərinin arxasını dişləyər və deyər: Ey kaş, mən də peyğəmbərlə yoldaşlıq edəydim.»
Hədis:
3894. Allahın Peyğəmbəri (s): «Zьlm etmək peşmanзılığın mənşəyidir.»
3895. İmam Əli(ə): «Zalım ьзьn ədalət gьnь, məzluma zьlm olunan gьndən daha ağırdır.»
3896. İmam Baqir (ə): «Məzlumun zalımın dinindən gцtьrdьyь, zalımın məzlumun dьnyasından aldığından daha зoxdur.»

1190. Zalıma kцmək etməkdən зəkinmək.
Quran:
«Zьlm edənlərə meyl salmayın ki, cəhənnəm odu sizə yetişər və Allah qarşısında sizə dostlar tapılmaz, nəticədə sizə kцmək olunmaz.»
Hədis:
3897. Allahın Peyğəmbəri (s): «Qiyamət gьnь carзı car зəkər: «Haradadır, zalımlar və onların kцməkзiləri? Zalımların mьrəkkəbinə liqə (sap) qoyanlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar ьзьn qələmi mьrəkkəbə batıranlar. Onların hamısını zalımlarla birlikdə qəbirlərdən qaldırın.»
3898. İmam Sadiq(ə) «Zalım, onun kцməkзisi və onun zьlmьnə razı olan şəxslərin hər ьзь zьlmdə şərikdir.»
3899. İmam Sadiq (ə): «Əgər bəni Ьməyyə onlara yazı yazdırmağa, ordularında vuruşmağa və yığıncaqlarına qatılmağa adam tapmasaydılar, heз vaxt bizi haqqımızdan məhrum edə bilməzdilər.»
3900. İmam Sadiq (ə)(«Zьlm edənlərə meyl salmayın» ayəsi barədə): «Kim padşahın yanına gedib onun əlini cibinə salaraq, ona bir şey verənə qədər sağ qalmasını arzulayarsa, zalıma meyl etmişdir.»

1192. Məzluma kцmək etməyə həvəsləndirmək.
Quran:
«Kim xeyir işdə vasitəзi olarsa, onun bu işdə bir payı var. Kim pis işdə vasitəзi olarsa, həmin işdən ona heз bir fayda yoxdur və Allah hər şeyə qadirdir.»
Hədis:
3901. Allahın Peyğəmbəri (s): «Kim məzlumun haqqını zalımdan alarsa, cənnətdə mənə dost və yoldaş olar.»
3902. İmam Əli (ə): (Həsən (ə) və Hьseynə (ə) xitabən): «Haqqı deyin və savab ьзьn iş gцrьn, zalıma dьşmən və məzluma dost olun.»
3903. İmam Kazim (ə) (Əli ibn Yəqtinə xitab edərək): «Allah-taalanın zalımların dostlarının yanında dostları var və onların vasitəsilə цz dostlarını qoruyur. Sən, ey Əli, onlardan birisən.»

1193. Məzlumun duasından зəkinmək.
3904. Allahın Peyğəmbəri (s): «Məzlumun duasından qorxun. Зьnki, Allah-taala onun haqqını alacaq və Allah-taala heз bir haqq sahibini цz haqqından məhrum etməz.»
3905. Allahın Peyğəmbəri (s): «Hərзənd kafir olsa belə, məzlumun duasından qorxun. Зьnki, məzlumun duasına heз bir şey mane olmaz.»
3906. İmam Əli (ə): «Oxların ən təsirlisi, məzlumun duasıdır.»
Mizanul – hikmətin xülasəsi kitabı – I I cild

 

 

 


more post like this