Cavab: “Zərr aləmi“ kimi tanıdığımız termin insan yaradılışının müəyyən bir mərhələsi ilə əlaqədardır. Belə ki, bu mərhələdə Allah-taala Adəm (ə) sülbündən olan bütün insanları kiçik zərrəciklər şəklinə salmış, onlara ruh daxil edərək öz Allahlığı, peyğəmbərlərin (ə) nübuvvəti və imamların imaməti barəsində onlardan əhd almışdır. Bu əhd-peymanın hansı aləmdə baş verdiyi, hansı mərhələdə alındığı ilk baxışdan Quran ayələrindən anlaşılmır. Bu haqda nəql olunan əhli-sünnə və şiə rəvayətləri də çox olmalarına baxmayaraq qəti bir nəticə vermir. Elə buna görə də təfsirçi, mütəkəllim və digər islam alimləri arasında “Zərr aləmi“ haqqında fərqli fikirlər mövcuddur. Bu məsələyə toxunan ayə və rəvayətlərə əsasən deyə bilərik ki, Allah hər bir insana öz Allahlığı ilə bağlı intiutiv və vasitəsiz bilik bəxş etmişdir. Lakin insan bu dünyaya gəldikdən sonra bu vasitəsiz biliyi, fitri duyğunu qəflət əvəz edir. Qeyd olunanlardan da göründüyü kimi, burada intiutiv və vasitəsiz elmdən söhbət gedir. Sizin qeyd etdiyiniz ayə isə vasitəli elmlə bağlıdır. Nur-az.com.


more post like this