756. Zəlillik

2377. İmam Əli (ə) :«Aza qane olun və özünüzü zəlil etməyin.»[1]

2378. İmam Əli (ə) : «Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç vaxt.»[2]

2379. İmam Əli (ə) : «Bir saat zillət, bir ömür izzətə dəyməz.»[3]

2380. İmam Əli (ə) (öz münacatından): «İlahi! Elə et ki, hər şeydən əvvəl məndən aldığın əziz bir şey və mənə əmanət verdiyin nemətlərindən geri götürdüyün birinci əmanət mənim canım olsun.»[4]

2381. İmam Hüseyn (ə): «İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.» O Həzrət (ə) öz şəhadət günü bu beytləri oxumuşdur:

«Ölüm yaxşıdır rüsvay olmaqdan

Rüsvayçılıq layiqlidir (Cəhənnəmdə)oddan

And olsun Allaha, nə od, nə rüsvayçılığı

Heç vaxt qoymaram, yol tapsın qapımdan.»[5]

 

757. Özünü xar etmək möminə yaraşmaz

2382. Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.»[6]

2382. İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.»[7]

2384. İmam Sadiq (ə): «Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər:«Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.»[8]

 

758. İnsanı zəlil edən amillər

2385. Allahın Peyğəmbəri (s): «İnsanlar dinar və dirhəmi Allah yolunda xərcləməyə simiclik edib eynə»[9] ticarətilə məşğul olsalar, öz mal-qarasının dalınca qaçıb Allah yolunda cihadı tərk etsələr, öz (xalis) dinlərinə qayıtmayınca Allah-taala onları zəlilliyə düçar edər və zillət boyunduruğunu onların boynundan çıxarmaz.»[10]

2386. Allahın Peyğəmbəri(s): «Ən zəlil insan, başqalarını xar edəndir.»[11]

2387. İmam Əli (ə): «Xalq zəlilliyin qorxusundan zəlilliyə tərəf tələsər.»[12]

2388. İmam Əli (ə): «Öz çətinliyinin üzərindən pərdəni götürən (yəni, hər yerdə öz problemindən danışan) şəxs özünü zəlilliyə düçar etmişdir.»[13]

2389. İmam Baqir (ə): «Tamah kimi zəlillik və alçaqlıq yoxdur.» [14]

2390. İmam Sadiq (ə): «Həyatı sevən kəs, xar olar.»[15]

2391. «Biharul-ənvar» belə nəql olunur ki «Bir nəfər öz qonşusundan o Həzrətə (ə) şikayət etdi.  Həzrət (ə)buyurdu: «Səbr et.» Ərz etdi: «Camaat məni zəlillikdə ittiham edir.» Həzrət buyurdu:«Zəlil- zülm edən kəsdir.»[16]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Ğurərul-Hikəm, hədis 362

[2] Nəhcül-Bəlağə, hikmət 396

[3] Ğurərul-Hikəm, hədis 5580

[4] Nəhcül-Bəlağə, xütbə215

[5] Biharul-Ənvar, c.44, səh.192, hədis4

[6] Tufəful-Uqul, səh.58

[7] əl-Kafi, c.5, səh.63, hədis3

[8] Mişkətul-Ənvar, səh.245

[9] Eynə ticarət budur ki, insan bir malı müəyyən bir qiymətə nəqd surətdə alar və sonra həmin malı əvvəlkindən baha qiymətə nisyə surətdə həmin adama satar, ya əksinə.

[10]  Kənzul-Ummal, hədis 10504

[11] Biharul-Ənvar, c.75, səh.142, hədis2

[12] Ğurərul-Hikəm, hədis 2172

[13] Tuhəful-Uqul, səh.201

[14] Tuhəful-Uqul, səh.286

[15] əl-Xisal, səh.120, hədis110

[16] Biharul-Ənvar, c.78, hədis 205, hədis46


more post like this