Məsələ 1653: Zəkat müstəhəqləri aşağıda qeyd edilən şərtlərə malik olmalıdırlar:
Birincisi, Allaha, İslam peyğəmbərinə (s) və on iki imama iman gətirmək. Müsəlman şiələrindən olan fəqir uşaq və ruhi xəstələrə zəkat vermək olar. Lakin, zəkat uşaq və divanəyə təmlik (yiyələnmə, sahib olma), yaxud onlar üçün xərcləmək qəsdi olmasından asılı olmayaraq, onların hamilərinə verilməlidir. Əgər onlara əli çatmırsa, özü və yaxud da e’timadlı bir şəxsin vasitəsi ilə zəkatı onların ehtiyacı üçün istifadə edə bilər.
Məsələ 1654: İkincisi, zəkat vermək günaha səbəb olmamalıdır. Belə olan halda, onu günah işlərdə istifadə edən şəxsə zəkat vermək olmaz. Vacib ehtiyata əsasən, spirtli içki içənə də zəkat verilməsin.
Məsələ 1655: Zəkatda ədalət və böyük günahlara qurşanmamaq şərt deyil.
Məsələ 1656: Üçüncüsü, xərcləri özünə vacib olan kəslərə -övlada, arvada, ata-anaya zəkat vermək olmaz. Əgər onlar borclu olsalar və borclarını ödəyə bilməsələr, onlara borclarını ödəyə biləcəkləri qədər zəkat vermək olar.
Məsələ 1657: Əgər bir nəfər nəfəqəsi özünə vacib olan şəxslərin xərclərini ödəyə bilmirsə, məsələn, arvad-uşağının xərcini verməyə imkanı yoxdursa və yaxud imkanlı olduğu halda vermirsə, başqaları onlara zəkat verə bilər.
Məsələ 1658: Hər vaxt övladın elmi-dini kitablara ehtiyacı olsa, ata onları almaq üçün ona zəkat verə bilər.
Məsələ 1659: Hər vaxt ər arvadının xərclərini ödəməsə, qadın şəriət hakimi və yaxud başqalarının vasitəsi ilə haqqını ala bilər. Belə bir qadın zəkatdan istifadə edə bilməz.
Məsələ 1660: Ərin zəkatı alıb arvadı və uşaqları üçün xərcləyəcəyindən asılı olmayaraq, qadın fəqir ərinə zəkat verə bilər.
Məsələ 1661: Dördüncüsü, zəkat alan seyid olmamalıdır. Lakin, zəkat verən də seyid olsa (ala bilər). Əgər xüms və s. dini vergilər onların xərclərinə kifayat etdiyi üçün çarəsizlikdən zəkat almağa məcbur olsa, seyid olmayan şəxsdən zəkat ala bilər. Lakin, vacib ehtiyata əsasən, yalnız gündəlik xərcləri qədər alsın.

həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this