Qardaşlıq
Qurani-kərim buyurur: “Həqiqətən, bütün möminlər bir-birləri ilə qardaşdırlar.” [5015]
Digər bir yerdə isə buyurur: “Əgər sizin müxalifləriniz tövbə etsələr, namaz qılıb zəkat versələr onlar da sizin dini cəmiyyətinizdəki qardaşlarınızdır.” [5016] Beləliklə, tövbə etmək və namaz qılmaqla yanaşı zəkat vermək də qardaş olmağın şərti sayılır.
Rabitələrin qurulması ya dərinləşməsi
Dostluğun qayda-qanunlarına aid çoxlu rəvayətlər gözə dəyir. Dostluğun icad olunmasına ya dərinləşməsinə, qorunmasına və genişlənməsinə səbəb olan şeylər xoş niyyət, yaxşı rəftar, insaf, kərəm, bəxşiş, səxavətlik, ehsan, məhəbbət, zöhd, sileyi-rəhm, hədiyyə vermək və bir-birlərinin könlünü ələ almaqdır. Zəkat verməkdə bütün qeyd olunmuş təsirlərin hamısı vardır.
Zəkat verməklə yoxsulların kinəsi aradan gedir və məhəbbətə, dostluğa çevrilir. Bu məhəbbət və dostluq bir-birlərinə yardımçı olmaqda, istehsalın yaxşı və olmasında, İslam cəmiyyəti nailiyyətlərinin qorunub saxlanılmasında mühüm rol oynayır.
Möhtacları insanları dəvət etmək
Aclıq və yoxsulluq insanı dünyadan əlini üzməyə, guşənişinliyə, bədbinliyə, ümidsizliyə, özünü təhqir olunmuş güman etməyə doğru çəkib aparır. Amma xüms zəkat vermək və sair infaqlar etməklə camaatın iqtisadi çətinliyi həll olur, çalışmaqları, işə məsuliyyətli yanaşmaları və müxtəlif səhnələrdəki hüzuru artıb çoxalır.
Camaatın dini əqidəsinin möhkəmlənməsi
İmam Riza (ə) buyurub: “Zəkat verməyin fəlsəfə və dəlili yoxsulların qüvvətlənməsi, . . . onların dirçəlməsi və dini işlərinə dair kömək olunmasıdır. [5017]
Zəkat yığılmış yerlərdə məktəb, kitabxana, məscidlər, sair dini-mədəni mərkəzlər qurmaq olar və ya bundan öncə qurulmuş şeyləri genişləndirmək, din mütəxəssislərindən, alimlərdən və digər məntəqələrin müəllimlərindən dəvət edib camaatın elmi və etiqadi mərkəzlərini gücləndirmək olar.
İctimai fəsadların azalması
Zəkat vermək və cəmiyyəti təmin etməklə camaatdakı yoxsulluq aradan gedir. Şübhəsiz ki, cəmiyyətə hakim kəsilmiş ictimai fəsadların bir hissəsi də aradan gedəcək.
Çətinliklərin həlli üçün səfərbərlik
Zəkat vermək qəlbləri bir-birinə yaxınlaşdırıb cəmiyyəti bütün çətinliklərin həlli üçün hazırlaşdırır. Bəli, əgər fəqirlər özlərini sərvət sahiblərinin gəlirində şərik bilsələr nizam-intizamsızlıqların, çətinliklərin və müsibətlərin qarşısında ayağa qalxıb çətinlikləri bacardıqları qədər həll etmək üçün çalışacaqlar.
Camaatın sınağı
Zəkat verən Allahın razılığından axirətə və mənəviyyata aid olan bərəkətləri qazanmaqdan əlavə digərlərinin qəlbini də özünə tərəf cəzb edir. Cəmiyyətdə tapdığı hörmətə görə gec-tez müxtəlif sahələrdə camaatın himayələriylə də rastlaşır.
Bəli, bəzi adamlar öz sərmayələrini cansız əşayalar (ev, maşın, əkin sahələri, xalça, yaraşıqlı paltar və . . . ) olmağa xərcləyirlər ki, bəlkə də camaatın qəlblərini cəzb edə bilsinlər. Lakin camaatın qəlbi Allah-taalanın ixtiyarında olduğu üçün cəmiyyətdə bu adamlar digərlərinin nəzərində mənfurdurlar. Amma öz sərmayələrinin bir hissəsini (cansız əşayaların yerinə) insanların nicatı, unudulmuş istedadların çiçəklənməsi, toy etmək, ev almaq, əlində sənəti olmayanları sənət sahibi etmək üçün xərclərin təmin olunması yolunda xərcləyənlər həm bütün dəyərlərdə və xalis niyyətlə edilmiş köməklərin nəticəsində əldə olunmuş mükafatlarda şərikdir, həm də camaatın məhəbbət və himayətləri onun ixtiyarında olacaq. Burada baxaq görək ki, cansız əşyalar üçün kəlan pullar xərcləyib özünü xalq və Xaliq (yaradan) qarşısında mənfur edən şəxs ağıllıdır yoxsa, Allahın haqqını ödəməklə özünü xalq və Xaliq yanında sevimli şəxs edən Allahın xalis bəndələri?!
Bəli, imkanlı olan adamlar ağıl və malının ləyaqəti ilə bu iki yoldan birini seçməklə özlərini sınaqdan keçirə bilərlər.
İmam Sadiq (ə) buyurub: “Zəkat sərvətli adamların sınaq vasitəsidir.”
Gələcək nəsildə və sabahkı cəmiyyətdəki təsiri
Bir çox tərbiyəvi və psixologiyaya aid kitablarda tərbiyənin mühüm mərkəzi olan həyat yoldaşının seçilməsinə və halal tikəyə az diqqət yetirilmişdir. İslam dini cinsi əlaqədə olmazdan öncə həyat yoldaşı seçmək məsələsinə, ondan da sonra halal tikənin roluna çox diqqət və təkid edir.
Zəkat vermək ruzinin pak və halal olmasına səbəbdir. O insanın ruzisini yoxsulların haqqından təmizləyir. Pak, halal ruzinin cəmiyyətdə və gələcək nəsildəki rolu, yaxşılığa, kamilliyə meyl göstərməkdə və pisliklərə nifrət bəsləməkdə heç kimə gizlin deyil.
Ümmətdən bəlanın qayıtması
Quranda oxuyuruq: “Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğradı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.” [5018]
İmam Sadiq (ə) bu ayənin şərhində buyurur: “Şübhəsiz, Allah bizim şiələrimizdən zəkat verən kəslərə xatir müxtəlif bəlaları və təhlükələri digərlərindən də dəf edir. Əgər bunların zəkatı olmasaydı, hamı bir dəfəlik nabüd olardılar.” [5019]
Yoxsulluğun aradan qaldırılması
Cəmiyyətin mühüm məsələlərindən biri aclıq, yoxsulluq və sair çatışmamazlıqlardır. Onun mübarizə aparmağın yollarından biri xüms zəkat vermək, infaq etmək məsələsinə ciddi diqqət yetirməkdir.
Əmirəl-möminin (ə) buyurub: “Əgər sərvətli adamlar Allahın haqqını ödəsələr, heç bir fəqir ac qalmaz. Qiyamət günü Allah-taala sərvətli adamları həmin dəlilə görə sorğu-sual edəcək.” [5020] Digər bir neçə müxtəlif rəvayətdə isə oxuyuruq: “Əgər camaat öz malının zəkatını ödəsələr, fəqir müsəlman tapılmaz.” [5021]
İmam Sadiq (ə) buyurub: “Yalnız varlıların günahı ucbatından cəmiyyətdə insan möhtac, ac və çılpaq qalır.” [5022]
İş yeri təsis etmək
Cəmiyyətin mühüm məsələlərindən biri, müxtəlif fəsadlara səbəb olan işsizlikdir. Əgər camaat öz xüms zəkatını versələr, iqtisadiyyat maşını hərəkətə gələr və işsiz adamların böyük bir hissəsi işlə təmin olunarlar. Müzaribə və qərzül-həsənə vasitəsi ilə iş yerləri təsis olunduğu kimi xüms, zəkat, hədiyyələr verməklə savadsızların təhsil alması üçün və peşə məktəbinin təsisi, incəsənət mərkəzlərinin genişlənməsi, maşın yollarının çəkilməsi, körpülərin salınması və digər abadlıq işlərindəki kimi iş yeri qurmaq olar. Beləliklə, xüms və zəkat məsələsinin dirçəlməsində iş yerlərinin təsisi, iqtisadiyyat və mədəniyyətin inkişafı, boş vaxtların səmərəli keçməsi və işsizlik nəticəsində yaranan fəsadların qabağının alınması gizlənibdir. İşsizliyin aradan götürülməsindən əlavə din məktəbinə, ümmətə, İslam dövlətinə təskinlik və istedadların çiçəklənməsinə, cəmiyyət və şəxsin müxtəlif narahatlığına mane olan səbəbdir. Onun müqabilində işsizlik ziyankarlığa, qəmginliyə, şəkk-şübhəyə, fəaliyyətsizliyə, qəlbdə kinəyə, müxtəlif fitnə və qalmaqalların zəminə yaranmasına səbəbdir. Əgər onun şölələri ətrafı bürüsə, hamını yandıracaq. Bəlkə elə buna görə də infaq etməyə sifarişdən sonra Quranda “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” cümləsi müzakirə olunubdur.
Bəli, əgər camaat cəmiyyətdə xüms, zəkat və sakir köməklərində infaq etməkdən əl çəksələr və yoxsullara çətinlik yaransa, bu çətinliklər fitnə və qalmaqala çevrilib yoxsulla varlını onda yandıracaq.
İslam ümmətinin iqtidar vasitəsi
Əgər çatışmamazlıqlar İslami maliyyatlar, xüms və zəkat yoluyla təmin olunsa, cəmiyyətdəki adamlar nisbi bir rifaha əl tapsalar, qəlblər bir-birlərinə qarşı mehribanlaşar, bütün qüvvələr səfərbər olar və hamı bir-birinə arxa durarlar. Belə bir cəmiyyət möhkəm, qüdrət sahibi olacaq və hər şirin vədənin, hədə-qorxunun, başqalarına yem olmağın müqabilində sığortalanacaq. Xüsusilə xüms zəkat verməkdə qəsdi-qürbət (Allaha yaxınlaşmaq) niyyəti olunur, heç cür təhqir və minnətə yer qalmır. Bu pulun təhvil alınması və verilməsi ən ali, təqvalı, pərhizkar şəxs sayılan, İmam Zamanın (ə) canişini və İslam ümmətinin təqlid mərcəsi tərəfindən həyata keçirilir.
Bəli, bunların (xüms, zəkat və . . . ) xalis niyyətli insanlar tərəfindən ödənilməsi ilə nöqsanların aradan qaldırılması, pərhizkar və hörmətli mərcələr vasitəsilə bu ilahi işin icrası insanların qəlblərinin təskinliyinə, arxayınlığına və alim-rəbbanilərə etimadlarına səbəb olacaq. Bunun özü də iqtidar, milli və İslami izzətdir.
Əlbəttə, mümkündür ki, xeyriyyəçi təşkilatlar ya adamlar xeyriyyə fondu və banklar vasitəsilə yoxsullara maliyyə köməkləri etsinlər. Amma məgər İslamın hədəf və məqsədi təkcə acları doydurmaqdırmı? İslami sifarişlərdə yoxsullara yardım göstərməkdən əlavə çoxlu sirrlər yatıbdır.
Birinci: Mali yardım göstərənlərin gərək 100% xalis niyyətləri olsun. Onlarda heç cür riya, özünü nümayiş etmək, şöhrətpərəstlik olmamalı və mədh, tərif, etdiklərinin müqabilində başqasından ona hörmək etmək intizarını çəkməməlidir.
İkinci: Verdikləri mal bəyənilən, ali, halal və minnətsiz olsun.
Üçüncü: Ödəmək qaydası agahlıq, eşqlə və azad şəkildə olmalıdır. Bunların ödəməli olduqları vasitə (yer) gərək ömründə bir günah belə etməmiş təqlid mərcəsi olsun.
Bu şərtlər insanların tərbiyə tapması üçün çox təsirlidir. Onları İslam məktəbinin sərhədlərini qoruyan rəbbani alimlərə müraciət etməklərini aydınlaşdırır və mənəvi bir iqtidara səbəb olur. Çünki bu mali köməkləri həm alan, həm də ödəyənlərin işləri rəbbani alimlərlə oturub-durmaq olacaqlar.
İctimai fəsadın azalması
Sərmayənin artması fəsad üçün zəminə yaradır. Xüms və zəkat verməklə isə sərmayələr ədalətli bölünür və fəsadların qabağı alınır. Yoxsulluq mümkündür oğurluğun, rüşvət almağın, xəyanətin və onun kimilərin baş verməsi üçün zəminə yaratsın. Xüms, zəkat və . . . isə bu zəminəni qurudub aradan aparır.
Abır-həyanın qorunması
Yoxsulluq bir çox vaxtlar cəmiyyətdə insanın abır-həyasını təhlükə qarşısında qoyur. Xüms və zəkat yoxsulluğu aradan aparır və insanların abır-həyasını qoruyur. İmam Sadiqdən (ə) soruşdular: Bizimlə həmfikir və həm əqidə olmayan bir şəxs dünyasını dəyişib və onun yoxsul uşaqları qalıbdır. Zəkatdan onlara verə bilərikmi?
Həzrət (ə) buyurdu: Bəli. O ac uşaqların heç bir təqsirləri yoxdur və doğru yoldan azmış atalarının yoluyla gedirlər. gərək onların cəmiyyətdəki mövqeyi və abır-həyası qorunsun, dolanışıqları büluğ həddinə və boya başa çatana qədər təmin olunsun. Amma əgər bu uşaqlar həddi-büluğa çatsalar və haqqı başa düşsələr, ancaq inadkarlıqla ondan əl çəksələr, zəkatdan onlara verməyin. (Zəkatın möminlərdən alınıb və doğru yoldan azmış inadkarlara verilməsi düzgün deyil.) [5023]
Sərvətin ədalətli bölünməsi
Xüms və zəkat sərvətləri cilovlamaq üçün irəli atılmış bir addımdır.
İslam bir tərəfdən güclü, istedadlı, işgüzar və qurucu adamların əlini sahibkarlıqda açıq qoyur ki, onların inkişafı üçün mane olmasın. O biri tərəfdən oğurluq, rüşvətxorluq, mənimsəmə və . . . kimi qazancları qadağan etmişdir. Digər tərəfdən isə halal qazanc sahiblərinə icazə vermir ki, öz qazanclarını istədikləri kimi xərcləsinlər. İslam onları israf etməkdən, lazımsız yerə xərcləməkdən və sərvət yığmaqdan nəhy etmişdir. Başqa bir tərəfdən də xüms, zəkat, kəffarələri (şəri qayda ilə cərimələr) vacib etməklə və müxtəlif növlü mali köməklərə, sədəqələrə təkidli sifariş etməklə onların mallarının bir hissəsini yoxsul təbəqənin çətinliyinin həlli üçün onlardan elm, iradə, eşq və imanla alır.
Başqalarını cəzb etmək
İslam zəkatın xərclənməsini səkkiz dəstə üçün lazım bilmişdir. Onlardan biri başçı və mühüm sayılan adamlardır. Əgər onlara mali cəhətdən yardım olunsa, əvvəl özləri və sonra isə onların qəbilələri İslama cəzb olunar.
Əlbəttə bu cəzb olunma fikri, mədəni və etiqadi meyllər üçün müqəddimədir. Bu müqəddimə uşağın məktəbə getdiyi ilk gündəki kimi olur. Bu vasitə ilə əvvəl onları məktəblə tanış edirlər. sonra onların elmi və fikri əlaqələri məktəbdə və institutda təmin olunur.
Həzrət Rəsuli Əkrəm (s) zəkatdan bir hissəsini qəbilə başçılarına verərdi. Hər bir zamanda da müsəlmanların vəliyyi-əmri bunu edə bilər. [5024]
Quranda “Əl-muəllifətu qulubuhum” adıyla qeyd olunan həmin hissədən bir az, imanı zəif olan müsəlmanlara vermək olar. Əgər onlar özbaşına buraxılsalar, düşmənlərin vəsvəsələri onlarda şəkk-şübhə yaradar. İslam onların dində möhkəmliyi üçün iqtisadi çətinliyini həll edir. Bu iş onların İslam məktəbinin dəlillərə əsaslanması və dərinliyi ilə daha çox ünsiyyət tapmaları üçün bir müqəddimədir. [5025]
[5015] Hucurat surəsi, ayə 9.
[5016] Tövbə surəsi, ayə 11.
[5017] Vafi, 10-cu cild, səh.51.
[5018] Bəqərə surəsi, ayə 251.
[5019] Camiul-əhadis, 9-cu cild, səh.56.
[5020] Səfinətul-bihar, 7-ci cild, səh.474.
[5021] Vafi, 10-cu cild, səh.50.
[5022] Vafi, 10-cu cild, səh.50.
[5023] Camiul-əhadis, 9-cu cild, səh.285.
[5024] Camiul-əhadis, 9-cu cild, səh.24.
[5025] Camiul-əhadis, 9-cu cild, səh.24.

NUR-AZ.COM


more post like this