İslam alimləri zəkatı dinin zəruriyyətlərindən saymış və onu inkar edəni kafir bilmişlər.
Bir gün imam Sadiq (ə) “Nəhcül-bəlağə”nin 25-ci məktubunda gəlmiş zəkat almağın qayda-qanunları haqda həzrət Əlinin (ə) dilindən nəql etdi. Sonra ağladı və buyurdu: “And olsun Allaha! Hörmətləri tapdaladılar, Allahın kitabına, peyğəmbərinin (s) sünnəsinə əməl etmədilər.” [5009]
Zəkat cəmiyyətin iqtisadi dərdlərinin dərmanıdır. İnsan bədəninin üzvlərindən birində narahatlıq yarananda onu hərəkətdən saldığı kimi cəmiyyətin də həmçinin bir dəstəsi çətinliklə üzləşəndə o cəmiyyətin hərəkəti iflic vəziyyətinə düşür. Zəkat cəmiyyətin çətinliklərini həll etmək üçündür.
İmam Riza (ə) buyurur: “Allah-taala mənə nemətlər vermişdir. Allahın onlarda mənim üçün təyin etdiyini ödəməyə görə daimən nigaranam.”
Həzrətdən (ə) soruşdular: “Bu cür böyük məqama sahib olmaqla yanaşı, siz də zəkatın təxirə düşməsinə görə Allahdan qorxursunuz?”
Həzrət (ə) buyurdu: “Bəli.” [5010]
İmam Sadiq (ə) buyurub: “Allah-taala bu ümmətə zəkat kimi daha çətin olan bir şey vacib etməyibdir. Ümmətlərin əksərinin həlak olmaları onu ödəmədiklərinə görədir.” [5011]
Həmçinin Qurani-kərim buyurur: “Salehlər hökumət başına çatdığı zaman onların ilk planı namaz qılmaq, zəkat vermək, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyə qadağa qoymaqdır.” [5012]
Həzrət Rəsulullah (s) and içdi ki, müşrikdən başqa heç kəs zəkat vermək barəsində xəyanət etməz. [5013] Həmçinin buyurub: “Ya Əli! Mənim ümmətimdən on dəstəsi kafir olarlar. O dəstələrdən biri zəkat verməyən kəslərdir.”
Həzrət Rəsulullah (s) öz xütməsinin axırında buyurdu: “Ey camaat! Öz mallarınızın zəkatını verin. Əgər hər kəs zəkat verməsə, onun üçün nə bir namaz vardı, nə həcc və nə də ki cihad.” [5014]
Zəkat müxtəlif rəvayətlərdə İslam dininin bünövrələrindən biri kimi sayılıbdır və belə buyurublar ki, İslam dininin bünövrəsi beş şey üzərində möhkəmlənibdir: Namaz, həcc, zəkat, oruc və vilayət (imamət).
[5009] Vafi, 10-cu cild, səh.156.
[5010] Camiul-əhadis, 9-cu cild, səh.42.
[5011] Vafi, 10-cu cild, səh.33.
[5012] Həcc surəsi, ayə 41.
[5013] Bihar, 96-cı cild, səh.29.
[5014] Mustədrək, 1-ci cild, səh.507.
NUR-AZ.COM


more post like this