842. Zəkat

Quran:

«Onların mallarından sədəqə (zəkat) götür ki, bu vasitələ onları pak edəsən və onlara salam göndər ki, sənin salamın onlara sakitlik bəxş edir. Allah-taala eşidən və biləndir.[1]

«Namaz qılın, zəkat verin. Qabaqcadan özünüz üçün göndərdiyiniz əməlləri Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdikləriniz bütün əməlləri görəndir.» [2]

Hədis:

2695. İmam Sadiq (ə):«Allah-taala (zikri əziz olsun) bu ümmətə zəkat kimi ağır bir şeyi vacib etməmişdir. Onların əksər hissəsi bundan qeyri şeyə görə məhv olmayacaqdır.»[3]

2696. İmam Sadiq (ə):«Zəkat verməyənin namazı faydasız olar və «vərə»ni (günahdan çəkinməyi) olmayanın zəkatı qəbul olunmaz.»[4]

2697. İmam Sadiq (ə):«Zəkat varlıları sınamaq və möhtaclara kömək məqsədi ilə təyin olunub. Əgər insanlar öz mallarının zəkatını versəydilər bir nəfər də olsun möhtac, yoxsul müsəlman qalmazdı və Allah-taalanın onun üçün vacib etdiyinin səbəbinə ehtiyacsız olardı. İnsanlar yalnız varlıların günahlarına görə yoxsul, möhtac, ac və çılpaq olublar.»[5]

 

843. Sərvətlərin artmasında zəkatın rolu

2698. Allahın Peyğəmbəri (s):«Allahdan sərvətinin artmasını istəsən, onun zəkatını ver.»[6]

2699. İmam Əli (ə):«Öz mallarınızı zəkat verməklə qoruyun.»[7]

2700. İmam Həsən (ə):«Zəkat heç vaxt sərvəti azaltmaz.»[8]

2701. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«İnsanlar zəkat verməyi tərk edən zaman, torpaq özünün hər növ tarlalarından, meyvələrindən, mədənlərindən bərəkətini gizlədər.»[9]

2702. İmam Kazim (ə):«Allah-taala zəkatı yoxsulların qüvvəsinin təmini və sizin sərvətinizin artması məqsədilə təyin etmişdir.»[10]

2703. İmam Rza (ə):«Zəkat verilməyən zaman heyvanlar ölümə düçar olarlar.»[11]

 

844. Zəkat verməyən şəxs

2704. İmam Baqir (ə):«Allah-taala Qiyamət günü zəkat verməyən şəxsin sərvətini alovlu və ikihürgüclü əfi ilana döndərər. Həmin şəxsi də onun halqasında yerləşdirər və sonra ilana deyilər ki, «Bu şəxs dünyada sənə yapışdığı kimi, indi sən də onun ətrafını halqaya al.» Allah-taala buyurmuşdur:«Ehsanında xəsislik etdikləri şey tezilklə boyunduruq kimi boyunlarından asılacaqdır…»[12]

2705. İmam Sadiq (ə):«Zəkat verməyən şəxs ölüm vaxtı gələndə həyata qayıtmaq istəyər. Bunu isə Allah-taala buyurmuşdur:«Onların birinin ölüm anı çatanda deyər:«Ey Rəbbim! Əldən verdiyim şeylərin əvəzinə yaxşı iş görmək üçün məni geri qaytar.»[13]

2706. İmam Sadiq (ə):«Oğrular üç dəstədir: zəkat verməyən, qadınların mehriyyələrini (kəbinini) özünə halal bilənlər və borc alıb onu qaytarmamaq niyyətində olanlar.»[14]

2707. İmam Sadiq (ə):«Zəkatından bir qirat[15] verməyən hər bir müsəlmana de ki, istəyir yəhudi kimi, istərsə də xaçpərəst  kimi ölsün.»[16]

 

845. Zəkat düşən şəxslər

Quran

«Zəkat yalnız yoxsullara, miskinlərə, onu toplayıb paylayanlara, ürəkləri (İslama) təzə isinişib-bağlananlara, qullara, borclulara, Allah yolunda və yolda qalanlara Allahın vacibatı kimi məxsusdur.»[17]

Hədis

2708. İmam Sadiq (ə)  («Sədəqələr yalnız yoxsullar üçündür və…» ayəsi barədə): «Yoxsul dilənmək əlini xalqa tərəf uzatmayan kimsədir. Miskinin vəziyyəti yoxsuldan daha pisdir, bais isə vəziyyəti bunların hamısından çətin olandır.»[18]

846. Hər şeyin zəkatı var

2709. İmam Əli (ə):«Qüdrətin zəkatı inşafdır.»[19]

2710. İmam Əli (ə):«Gözəlliyin zəkatı ismətdir.»[20]

2711. İmam Əli (ə):«Varlının zəkatı qonşularına yaxşılıq və sileyi-rəhm etməkdir.»[21]

2712. İmam Əli (ə) :«Sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdır.»[22]

2713. İmam Əli (ə):«Şücaətin zəkatı Allah yolunda cihaddır.»[23]

2714. İmam Sadiq (ə):«Sənə oruc tutmağı tövsiyə edirəm. Çünki o bədənin zəkatıdır.»[24]

2715. İmam Sadiq (ə):«Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.»[25]

2716. İmam Sadiq (ə):«Yaxşılıq nemətlərin zəkatıdır. Himayədarlıq məqam və mövqeyin zəkatı, güzəşt isə qələbənin zəkatıdır. Əgər hər bir nemətin zəkatını versən, həmin nemət yox olmaq təhlükəsindən amanda qalar.»[26]

 

847. Fitrə zəkatı

2717. İmam Əli (ə):«Kim fitrə zəkatı verərsə, bu əmələ görə, Allah-taala həmin şəxsin malından verdiyi zəkatın yerini doldurar.»[27]

2718. İmam Sadiq (ə):«Namaz peyğəmbərə (s) salam göndərməklə tamama yetdiyi kimi, orucun tamamlanmasının şərtlərindən biri zəkatdır, yəni fitrədir. Belə ki, bir şəxs (Ramazan) ayının orucunu tutub, qəsdən fitrəni verməsə orucunun faydası olmaz.»[28]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Tövbə, ayə 103

[2] Bəqərə, ayə 110

[3] Əmali-Tusi, səh.693 , hədis 1474

[4] Mişkəful-Ənvar,səh. 46

[5] Mən la yəhzurhuul-Fəqih, c.2, səh.8 , hədis  1579

[6] Biharul-Ənvar, c.96,səh. 23 , hədis 54

[7] Biharul-Ənvar, c.78,səh. 60, hədis 138

[8] Biharul-Ənvar, c. 96, səh.23 , hədis 56

[9] əl-Kafi, c.2,səh.374, hədis 2

[10] əl-Kafi, c.3,səh. 498 , hədis 6

[11]Biharul-Ənvar, c.73, səh.373 , hədis 8

[12] Biharul-Ənvar, c.96, səh.8 , hədis 3

[13] Biharul-Ənvar, c.96,səh. 21 , hədis  50

[14] Biharul-Ənvar, c.96,səh. 12 , hədis 15

[15] Qirat – karat, qiymətli daşların 0,2 qrama bərabər çəki ölçüsü

[16] Səvabul-Əmal, səh. 281 , hədis 7

[17] Tövbə, ayə60

[18] əl-Kafi, c.3,səh. 501 , hədis  16

[19] Ğurərul-Hikəm, hədis 5448

[20] Ğurərul-Hikəm, hədis 5449

[21] Ğurərul-Hikəm, hədis 5455

[22] Ğurərul-Hikəm, hədis 5455

[23] Ğurərul-Hikəm, hədis 5455

[24] Biharul-Ənvar, c.78,səh. 99 , hədis 1

[25] Biharul-Ənvar, c.78,səh. 247, hədis 77

[26] Biharul-Ənvar, c.78, səh. 268, hədis182

[27] Vəsailuş-Şiə, c.6, səh. 220, hədis 4

[28] Mənla Yəhzuruhul-Fəqih, səh.183,səh. 2, hədis 2085


more post like this