Mal-dövlətin tələf olması
Imam Sadiq (ə) buyurub: “Quruda və dəryadakı malın heç biri, zəkatın verildiyi üçün tələf olmaz.” O Həzrət (ə) digər bir hədisdə isə buyurur: “Öz malınızı zəkat verməklə sığortalayın. Əgər zəkatı verilmiş mal tələf olsa, mən ona zaminəm.”

İki bərabər xərclənir
Rəvayətdə belə oxuyuruq: “Allahın haqqını verməyən, öz malını haqq yolunda xərcləməyən kəs, onun iki bərabəri qədər batil yolda xərcləyəcək.”

Sərvətin şər (adamlar üçün) yolda zəruri xərclənməsi
Həzrət Rəsulullah (s) buyurub: “Hər kəs sərvətini öz ixtiyarı ilə yaxşı adamların yolunda xərcləməsə, Allah onun sərvətini şərr adamların yolunda məcburi xərclədəcək.”

Var-dövlətin günah yolda xərclənməsi
İmam Sadiq (ə) buyurub: “Agah olun! Hər kəs öz malını Allaha itaət yolunda xərcləməsə, onun Allaha məsiyət yolunda xərclənməsinə giriftar olacaq. Hər kəs Allahın vəlisinin çətinliyinin həlli üçün bir addım belə atmasa, Allah onu, Allahın düşməninin çətinliyinin həlli yolundakı səy və hərəkət etməsinə giriftar edər.”

Qıtlıq
Həzrət Rəsulullah (s) buyurub: “Mənim ümmətim madam ki, bir-birlərini çox sevsələr, namaz qılıb və zəkat versələr, xeyir və səadət içində olacaqlar. Ancaq əgər belə olmasalar, qıtlıqda giriftar olacaqlar.”

Dini mərkəzləri təmir etməkdən məhrum qalmaq
Tövbə surəsində oxuyuruq: “Müşriklər məscidləri təmir etməyə haqları yoxdur. Məscidləri yalnız namaz qılıb zəkat verən və şücaətli kəslər təmir edə bilərlər.”

Bərəkətsizlik
Həzrət Rəsulullah (s) buyurub: “Zəkat verilməyən zaman torpaq öz bərəkətini camaatdan alar.” Digər bir hədisdə isə oxuyuruq: “Əgər dövlətli adamlar öz malının zəkatını verməsələr, Allah öz rəhmət yağışını camaata yağdırmaz.” İmam Baqirdən (ə) olan digər bir hədisdə oxuyuruq: “Əgər zəkat verilməsə, bərəkət əkinçilikdən, meyvələrdən və mədənlərdən götürülər.”

Yoxsulluğun artması
Hər zaman zəkat verməsələr camaatın ehtiyacı görsənər və yoxsulların halı pisləşər.

Heyvanların ölümü
Imam Riza (ə) buyurub: “Hər zaman zəkat verilməsə heyvanlar ölər.”

Allahın rəhmətindən məhrumluq
İmam Sadiq (ə) buyurub: “Hər kəs öz malından Allahın haqqını verməsə, Allahın ona nazil olan rəhmətinin kəsilməsinə layiqdir.”

Məsciddən qovulmaq
İmam Baqir (ə) buyurur: Bir gün Həzrət Rəsuli Əkrəm (s) məscidə daxil oldu və “Ey filankəs qalx, ey filankəs qalx, ey filankəs qalx!” cümləsi ilə beş nəfəri məsciddən qovdu və buyurdu: “Siz zəkat vermirsiniz, məsciddən çıxın!”
Bəli, həqiqi namaz qılan şəxs xəsis olmaz.

Nifaq əlaməti
Allah-taala “Tövbə” surəsinin 67-ci ayəsində münafiqlərin simasını bəyan edir və buyurur: “Onlar başqalarına kömək etmək üçün öz əllərini bağladılar və (bu cür) Allahı unutdular. Allah da həmçinin onlarla unudulmuş adamlar kimi rəftar edər.”

Namaz və ibadətlərin qəbul olunmaması
Rəvayətdə oxuyuruq ki, bütün əməllərin qəbul olması namazın qəbul olmasına bağlıdır. Namazın da qəbul olması zəkat verməyə bağlıdır.
İmam Riza (ə) buyurub: “Allah namaz və zəkatı bir-birinə yaxın və həmtay qərar verib. Zəkatsız namaz qəbul deyil.”
Həzrət Musa (ə) cavan bir oğlanın eşqlə (həvəslə) namaz qıldığını gördü. Allah-taalaya buyurdu: Necə də gözəl namaz qılır! Ona vəhy oldu: Onun namazı gözəldir. Ancaq bu cavan oğlan xəsisdir və zəkat verməyir. Zəkat verməyənə kimi onun namazı qəbul deyil.
Həzrət Rəsulullah (s) buyurub: “Zəkat verməyən kəsin namazı köhnə paltar kimi bükülüb, namaz qılan kəsin üzünə vurular.”

Sələm yeyənlərin sırasında
Həzrət Əli (ə) buyurub: “Zəkat verməyən, sələm yeyən kimidir.”
Zəkat verməmək bir növ oğurluqdur. Hədisdə buyurulur: Üç növ oğru vardır. Onlardan biri zəkat verməyəndir. Zəkat verməmək Allaha şirk və xəyanətdir.

ZƏKATI ALANLAR VƏ ONUN XƏRCLƏNMƏSİ QAYDALARI
Zəkat gərək dəqiq, yerində, Allahın əmrinə əsasən xərclənməlidir. Rəvayətdə oxuyuruq: Əgər zəkat öz yerində xərclənməsə insan ona zamindir.
Quran “Tövbə” surəsinin 60-cı ayəsində, zəkatın səkkiz yerdə xərclənməsini bəyan etdikdən sonra axırda buyurur: “Sədəqələr (zəkat) Allah tərəfindən müəyyən edilmiş bir fərzdir. Allah bilən və hikmət sahibidir.”
“Fərz”, “bilən” və “hikmət sahibi”dir sözünün hər birində bir gizlin nöqtə vardır:
Fərzdir, yəni zəkatın bölünməsi vacibdir və gərək onu ciddi tutasınız.
Bilən və hikmət sahibidir, yəni Allah-taala bilir ki, yoxsulların çətinliyinin və narahatlıqlarının həlli, ilahi vaciblərə düzgün əməl olunması və zəkatın düzgün bölünməsi sayəsindədir. Beləliklə zəkat üçün Quranda gəlmiş adlar elm və hikmət üzündəndir. Əgər zəkat öz yerində xərclənməsə elm və hikmətin əksinədir. Bəzi rəvayətlərdə deyilir: “Əgər zəkat Allahın nəhy etdiyi yerdə xərclənsə, Allah onu qəbul etməyəcək.”
Yaxşı olar ki, biz Quran süfrəsi arxasında oturaq və zəkatın xərclənmə qaydasını vəhyin mətnindən öyrənək. Quran buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda olan hər hansı bir işə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) bilən və hikmət sahibidir!”
Bu ayəyə əsasən zəkat səkkiz yerdə xərclənməlidir:
Birinci və ikinci: Yoxsullar və miskinlər
Imam Sadiq (ə) fəqir və miskin sözünün barəsində buyurub: “Fəqir başqalarından kömək istəməyən kəsdir. Lakin miskin isə (çox çətin şəraitdə yaşayır) yoxsulluğun ağır olduğunua görə camaatdan kömək etmələrini diləyir.”
Bunu da qeyd etməliyik ki, fəqir və miskinliyin şərti işsizlik deyil. Işi, sənəti, ticarət və maliyyədə payı olan adam çoxdur. Ancaq onların qazancı dolanışıq və güzəranları üçün kifayət etmir. Quran Həzrət Xızırın (ə) dəldiyi gəminin barəsində buyurur: “Belə ki, gəmi dənizdə çalışıb, vuruşan miskinə mənsub idi.”
YOXSULLUĞUN ARADAN QALDIRILMASI
İslam yoxsulluğun aradan qaldırılmasını zəkatı xərcləmək qaydalarının önündə qeyd etmişdir. Əgər ayə və rəvayətlərə, İslam Peyğəmbərinin (s) və məsum Əhli-beytinin (ə) yoluna nəzər salsaq, məsələnin əhəmiyyətini çox yaxşı dərk edərik. Bir neçə nümunəyə diqqət yetirək:
Ağaclara etinasızlıq Cəhənnəmə düşməyə səbəb olur. Quran buyurur: Qiyamətdə Cənnətdəkilər Cəhənnəm əhlindən soruşarlar: Sizin Cəhənnəmə getməyinizin səbəbi nədir? Onlar cavablarında deyərlər: Biz ağacların fikrində olmadıq?
Hətta əgər insanın mal və sərvəti də olmasa ehtiyaclı insanlara qarşı etinasız ola bilməz. Bəlkə gərək başqalarında kömək etməyə rəğbət yaratsın. Əks halda məzəmmət olunacaq.
Quran yoxsullara və aclara yardım etməyi çətin mane sınağından keçmək bilir.
Aciz insanlara diqqət yetirmək müsəlman yoxsullarına aid deyil. Bəlkə, gərək cəmiyyətdəki bütün insanlar tox olmalıdırlar. Həzrət İbrahim (ə) Kəbə evini tikəndən sonra öz duasında dedi: “Ilahi! Məkkə camaatından imanı olanlara ruzi ver.” Allah-taala buyurdu: “Mən kafirlərin aclarına da ruzi verirəm.”
Ac insanları doyuzdurmaq ibadətdir. Bizim imamlarımız və Əhli-beyt (ə) özləri şəxsən bunu yerinə yetirərdilər və bu iş üçün heç kimi təyin etməzdilər. Tarixdə oxuyuruq ki, kafirlərin səxavətli adamlarının cərimə və cəzalarını yüngülləşdirərdilər. Nəinki təkcə insanlara, hətta heyvanlara və bitkilərə də gərək yaxşı baxılsın. Hədisdə oxuyuruq: Susuz ağaca su vermək susuz müsəlmanı sirab etmək kimidir.
İslamda aclara diqqət yetirmək o qədər mühümdür ki, əgər bir nəfər ac camaatın çörəyini oğurlasa, bir oğru kimi əli kəsilməz.
Əgər bir nəfər öz anbarında camaatın ərzaqını yığıb möhtəkirlik etsə, İslam hakiminin xəbərdarlığından sonra təkrar baş versə, İslam hökuməti onunla qətiyyətlə rəftar edib camaatın buğda və ərzaqını onun anbarından çıxarda bilər.
Üçüncü: Zəkatı yığıb paylayanlar
Zəkatın xərclənəsi yerlərdən biri, zəkat (toplamaq, bölmək və zəkata aid malları qorumaq) üçün çalışan kəslərdir. Bəli, necə ki qazinin rüşvət almaq fikrinə düşməsi üçün gərək onların dolanışığı təmin olunmalıdır, eləcədə həmçinin zəkat məsələsi ilə məşğul olanların da dolanışığı gərək bir qayda ilə təmin olunsun. Hətta əgər ehtiyacsız olsalar belə onlar üçün gərək zəkatdan bir pay ayrılsın.
Beləliklə, dolanışıqların yaxşılaşmasına görə xoşagəlməz əməl fikrinə düşməmələri üçün başqaları tərəfdən onlara məhəbbət və rəğbət göstərilməlidir.

Möhsün Qiraəti

islammektebi.org


more post like this