Zəkatın xərclənməsi gərək dəqiq, yerində, Allahın əmrinə əsasən xərclənməlidir. Rəvayətdə oxuyuruq: Əgər zəkat öz yerində xərclənməsə insan ona zamindir. [5049]
Quran “Tövbə” surəsinin 60-cı ayəsində, zəkatın səkkiz yerdə xərclənməsini bəyan etdikdən sonra axırda buyurur: “Sədəqələr (zəkat) Allah tərəfindən müəyyən edilmiş bir fərzdir. Allah bilən və hikmət sahibidir.”
“Fərz”, “bilən” və “hikmət sahibi”dir sözünün hər birində bir gizlin nöqtə vardır:
Fərzdir, yəni zəkatın bölünməsi vacibdir və gərək onu ciddi tutasınız.
Bilən və hikmət sahibidir, yəni Allah-taala bilir ki, yoxsulların çətinliyinin və narahatlıqlarının həlli, ilahi vaciblərə düzgün əməl olunması və zəkatın düzgün bölünməsi sayəsindədir. Beləliklə zəkat üçün Quranda gəlmiş adlar elm və hikmət üzündəndir. Əgər zəkat öz yerində xərclənməsə elm və hikmətin əksinədir. Bəzi rəvayətlərdə deyilir: “Əgər zəkat Allahın nəhy etdiyi yerdə xərclənsə, Allah onu qəbul etməyəcək.” [5050]
Yaxşı olar ki, biz Quran süfrəsi arxasında oturaq və zəkatın xərclənmə qaydasını vəhyin mətnindən öyrənək. Quran buyurur:
“Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda olan hər hansı bir işə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) bilən və hikmət sahibidir!” [5051]
Bu ayəyə əsasən zəkat səkkiz yerdə xərclənməlidir:
Birinci və ikinci: Yoxsullar və miskinlər
İmam Sadiq (ə) fəqir və miskin sözünün barəsində buyurub: “Fəqir başqalarından kömək istəməyən kəsdir. Lakin miskin isə (çox çətin şəraitdə yaşayır) yoxsulluğun ağır olduğunua görə camaatdan kömək etmələrini diləyir.” [5052] (pa vərəqinə diqqət olunsun)
Bunu da qeyd etməliyik ki, fəqir və miskinliyin şərti işsizlik deyil. İşi, sənəti, ticarət və maliyyədə payı olan adam çoxdur. Ancaq onların qazancı dolanışıq və güzəranları üçün kifayət etmir. Quran Həzrət Xızırın (ə) dəldiyi gəminin barəsində buyurur: “Belə ki, gəmi dənizdə çalışıb, vuruşan miskinə mənsub idi.” [5053]
Yoxsulluğun aradan qaldırılması
İslam yoxsulluğun aradan qaldırılmasını zəkatı xərcləmək qaydalarının önündə qeyd etmişdir. Əgər ayə və rəvayətlərə, İslam Peyğəmbərinin (s) və məsum Əhli-beytinin (ə) sirəsinə nəzər salsaq, məsələnin əhəmiyyətini çox yaxşı dərk edərik. Bir neçə nümunəyə diqqət yetirək:
Ağaclara etinasızlıq Cəhənnəmə düşməyə səbəb olur. Quran buyurur: Qiyamətdə Cənnətdəkilər Cəhənnəm əhlindən soruşarlar: Sizin Cəhənnəmə getməyinizin səbəbi nədir? Onlar cavablarında deyərlər: Biz ağacların fikrində olmadıq? [5054]
Hətta əgər insanın mal və sərvəti də olmasa ehtiyaclı insanlara qarşı etinasız ola bilməz. Bəlkə gərək başqalarında kömək etməyə rəğbət yaratsın. Əks halda məzəmmət olunacaq. [5055]
Quran yoxsullara və aclara yardım etməyi çətin maneə sınağından keçmək bilir. [5056]
Aciz insanlara diqqət yetirmək müsəlman yoxsullarına aid deyil. Bəlkə gərək cəmiyyətdəki bütün insanlar tox olmalıdırlar. Həzrət İbrahim (ə) Kəbə evini tikəndən sonra öz duasında dedi: “İlahi! Məkkə camaatından imanı olanlara ruzi ver.” [5057] Allah-taala buyurdu: “Mən kafirlərin aclarına da ruzi verirəm.” [5058]
Ac insanları doyuzdurmaq ibadətdir. Bizim imamlarımız və Əhli-beyt (ə) özləri şəxsən bunu yerinə yetirərdilər və bu iş üçün heç kimi təyin etməzdilər. Tarixdə oxuyuruq ki, kafirlərin səxavətli adamlarının cərimə və cəzalarını yüngülləşdirərdilər. Nəinki təkcə insanlara hətta heyvanlara və bitkilərə də gərək yaxşı baxılsın. Hədisdə oxuyuruq: Susuz ağaca su vermək susuz müsəlmanı sirab etmək kimidir.
İslamda aclara diqqət yetirmək o qədər mühümdür ki, əgər bir nəfər ac camaatın çörəyini oğurlasa, bir oğru kimi əli kəsilməz.
Əgər bir nəfər öz anbarında camaatın ərzaqını yığıb möhtəkirlik etsə, İslam hakiminin xəbərdarlığından sonra təkrar baş versə, İslam hökuməti onunla qətiyyətlə rəftar edib camaatın buğda və ərzaqını onun anbarından çıxarda bilər.
Üçüncü: Zəkatı yığıb paylayanlar
Zəkatın xərclənəsi yerlərdən biri, zəkat (toplamaq, bölmək və zəkata aid malları qorumaq) üçün çalışan kəslərdir. [5059] Bəli, necə ki qazinin rüşvət almaq fikrinə düşməsi üçün gərək onların dolanışığı təmin olunmalıdır, eləcədə həmçinin zəkat məsələsi ilə məşğul olanların da dolanışığı gərək bir qayda ilə təmin olunsun. Hətta əgər ehtiyacsız olsalar belə onlar üçün gərək zəkatdan bir pay ayrılsın. [5060]
Beləliklə, dolanışıqların yaxşılaşmasına görə xoşagəlməz əməl fikrinə düşməmələri üçün başqaları tərəfdən onlara məhəbbət və rəğbət göstərilməlidir.
Zəkat məsələsi ilə məşğul olanların mənəvi mükafatı
Həzrət Əli (ə) zəkat məsələsi ilə məşğul olanlara sifariş etdikdən sonra buyurur: “Əgər bu sifarişlərə əməl etsəniz, şübhəsiz, böyük mükafata çatacaq və sizin şəninizdə olan təkamülə yaxınlaşacaqsınız. Çünki Allah-taala zəkat mallarına, zəkat məsələsi ilə məşğul olan sizlərə, zəhmətinizə, İslam hakimi və onun himayəsi altında olan yoxsullara qarşı canıyananlığınıza lütf və mərhəmət nəzəri ilə baxar. Hər kəsə Allahın lütf və nəzəri olsa, Cənnətdə bizimlə olacaq.” [5061]
Dördüncü: “Vəl-muəllifətu qulubuhum”
Gərək zəkatın bir qismi də camaatla yaxşı rabitə qurmaq və onların qəlblərini cəzb etmək üçün əqidələrinin möhkəmlənməsi yolunda xərclənsin. Qədimdən deyiblər:
Hər girdəkan girdəsə də,
Hər girdə girdəkan deyil.
Hər bir mömin müsəlmandırsa da, ancaq hər bir müsəlman mömin deyil. Bir çox insanlar müsəlmandırlar, yəni şirkdən uzaq və tövhid dairəsi daxilindədirlər. lakin imanın zəif mərtəbəsində yerləşirlər. İslam dini bu adamların əlindən tutub yüksək mərtəbələrə qaldırmaq üçün bir neçə yolları müzakirə etmişdir:
1-Onların malının, canının abırının, namusunun ehtiramını saxlamaq. Bundan əlavə bütün camaat bir din qardaşı kimi gərək onların barəsində hüququna riayət etsin.
2-Onlarla məsləhətləşmək, müdafiə etmək, təlim vermək, onlarla get-gəl etmək və onlarla görüşüb ziyarət etmək.
3-Bu şəxsləri cəzb etməyin yollarından biri də zəkatdan bir qismini kömək məqsədilə ya da onların dolanışığını asanlaşdırmaq üçün xərclənməlidir ki, mərifət və agahlıq onların canına hopsun. İslam dini ilə isnişmiş insanlar gərək məhəbbətlərlə də bişsinlər. Çünki hər bir istilik soyuyandır. Ancaq hər bir bişmiş şey daha xam (mal) olmaz. (Yəni bişəndən sonra daha əvvəlki vəziyyətinə qayıtmayacaq.)
Bu günə kimi yalnız İslamı qəbul edən kəslərin
“İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman”, bu cür rəftar və məhəbbətlərlə İslam dini onların daxilinə (ruhuna) və canına hopur. Bəli, İslamı qəbul edənlə İslam və imanın canına, ruhuna hopmuş adamlar arasında fərqi vardır.
İmam Baqir (ə) buyurur: “Ayədəki “muəllifətu qulubihim”dən məqsəd tövhidi qəbul edib şirk çərçivəsindən çıxanlardır. Ancaq həzrət Məhəmmədin (s) mərifəti (məhəbbəti) hələ də onların qəlbinə nüfuz etməyibdi. İslam Peyğəmbərindən (s) və o Həzrətdən (s) də sonra möminlər gərək zəkatdan bir qismini bu növ insanlara xərcləsinlər ki, onların da qəlblərində məhəbbət və agahlıqları möhkəmlənsin. [5062]
Yüz dəfə heyiflər olsun ki, hegamon dövlətlər kitablar, keşişlər, dərmanlar, mütəxəssislər, dəvətnamələr, birjalar, elmi-texniki heyətlər göndərməklə və yüzlərlə başqa yollarla öz qələt fikirlərini yaymaq, ya öz mallarını satmaq, ya özlərini nümayiş etdirmək və ya əsarəti altına almaq üçün öz qara kölgələrini digər ölkələrin üzərinə saldılar, hicrətlər etdilər, konfransalar keçirtdilər, zəminələr yaratdılar, insanları pul gücüylə, hədə-qorxuyla və şirin vədələrlə satın aldılar. Turist adıyla qarış-qarış torpaqlarımızı gəzdilər. Texniki mütəxəssis adı altında iqtisadiyyatımızı və hərbi mütəxəssis adı altında da silahlı qüvvələrimizi nəzarət altında saxladılar. Hamısından daha pisi budur ki, bizim öz büdcəmizdən bizim öz əleyhimizə istifadə etdilər. Ancaq təəssüflər olsun ki, müsəlmanların səyahətə, hicrət və təbliğə, şərq və qərbdəki, beşikdən qəbirə, yerdən ulduzlara kimi olan elmi öyrənməyə aid onlarla sifarişi olduğu halda qəflət yuxusunda qərq olublar.
Unutmamalıyıq ki, Həzrət Əli (ə) mübarək ömrünün axırıncı günlərində nalə ilə buyurardı: “Məbada başqaları İslama əməl etməkdə sizdən qabağa düşələr.”
Əgər biz bu gün İlahi haqqı ödəməklə zəiflərin qəlbini cəzb edə bilsək, düşmənin bütün məkrli planlarını, təbliğatını, hücumlarını zərərsizləşdirəcəyik.
Beşinci: “Və fir-riqab”
Zəkatın bir qismi də kölə və qulları azad etmək üçündür. Tarix boyu ziddiyyətlər, savaşlar, müharibələr, qətl və əsirliklər olmuşdur. Mühüm olan şey isə bu ziddiyyətin mənşəyini, məqsədlərini, qayda-qanunlarını və nəticələrini araşdırmaqdır. İslam dini müharibələrin səbəbini fitnəni aradan qaldırmaq, müdafiə və haqqa dəvət etmək bilir. Zaman, məkan, vuruşan adamlar və o cümlədən əsirlər üçün proqramlar, çox ali və hikmətli şəkildə qayda-qanunlar təyin etmişdir.
İslamda əsir
Əsirlər adətən müsəlmanlarla döyüş cəbhəsində əsir düşmüş kəslərdir. Onların barəsində bir neçə şeyi təsəvvür etmək olar:
1-Bütün əsirlərin hamısını birlikdə öldürmək. Bu iş ağıl, atifə və İslam mürüvvəti ilə uyğun deyil.
2-Onların hamısını birlikdə azad etmək. Bu əməl onların azadlığa buraxıldıqdan sonra yenidən qüvvə toplayıb bizimlə döyüşə gəlməsinə səbəb olar.
3-Onları düşərgələrdə saxlamaq. Bu əməl də fikiri, iqtisadi ziyana və çoxlu xərcə səbəbdir.
4-Əsirləri müsəlmanlar arasında bölüb, bir neçə müddətdən sonra tədricən azadlığa buraxmaq lazımdır. Bu fikir və plan İslamın nəzəri hesab olunur və bir neçə üstünlüyə malikdir.
a) Bu planda əsirlərin xərci müsəlmanlar arasında bölünür və İslami dövlət üçün heç bir çətinlik yaranmır.
b) Əsirlər müsəlman ümmətinin cəmiyyəti arasında İslam təlimləri ilə tanış olurlar və onların çoxu şirk və küfrdən əl çəkirlər. tarixdə bir çox müsəlman olmuş qullar təsirli və bərəkətli olmuş, həssas məsuliyyətləri öhdələrinə almışlar. Hətta bizim altı məsum imamızın (ə) anası kənizlərdən olmuşlar və bir çox qulların övladları da dahi şəxslərin sırasında yerləşir.
v) Orucu yeməyin və ya digər bir çox xoşa gəlməz əməllərin kəffarəsi (cəriməsi) qul azad etmək təyin olunubdur.
q) Müsəlmanların zəkatının bir qismi də qul almaq və onları azad etmək üçün ixtisas verilibdir.
Altıncı: “Vəl-ğarimin”
Zəkatdan bir qismi də öz borclarını ödəyə bilməyənlər üçündür. Bəli borclu adamların borcu israf və fəsada görə olmasa, onların borcunu ödəmək imamın və İslam hakiminin öhdəsinədir, gərək zəkatdan ödəsinlər. Belə olmayan halda günahkardırlar. [5063]
Nə qədər çox möhtərəm və həyalı adamlar var ki, borclu olduqlarına görə faizli kredit (sələm) götürürlər və hər gün onların borcu artır, tədricən müflis vəziyyətinə düşüb evini, mağazasını və maşınını satmağa məcbur olurlar. Onların neçə il qazandığı hörmətləri bir dəfəlik aradan gedir və təhqir olunurlar. Əgər İlahi hökümlərin hər birinə düzgün əməl olunsa, cəmiyyətin bütün çətinlikləri həll olar. Hər şeyi bilən və hikmət sahibi olan Allah özünün sonsuz elm və hikməti ilə əmr verir ki, zəkatdan bir qismi borclu olanların borcuna xərclənsin. Bu gün zəkat yardımını təhvil alan adam pas basmış dəmir dəzgahı kimidir. əgər ona bir az yağ vurulsa, yenidən hərəkətə gələcək və iqtisadi fəaliyyətlərinə başlayacaq. Çox çəkməz özü də həmçinin zəkat verənlərdən olar.
Yeddinci: “Və fi səbilillah”
Zəkatın xərclənəcəyi yerlərdən biri də İlahi rəngi olan hər bir işdir. Yəni Allahın sevdiyi və ümumi camaatın məsləhətinə olsun. Bu iş mədrəsələrdən, məscidlərdən, yoxsullar üçün ev tikmək, tibb mərkəzləri açmaq, körpülər tikməkdən tutmuş fitnələri aradan qaldırmağa, evlənməyə, zəlzələdən və müharibədən zərər çəkmişlərə, kitabxanalara, İslam təbliğatına kömək etməyə, İslam şüarlarını uca tutmağa, yetimlərə və yoxsullara yardım etməyə, dini işlərin yerinə yetirilməsinə, müsəlmanları barışdırmağa, işsizlər üçün iş yerinin təsis olunmasına, bacarığı olmayanlara sənət öyrətməyə və bunun kimi onlarla digər işlər aiddir. [5064]
İslam dininin üstün cəhətlərindən biri də budur ki, heç vaxt dalan yerə çatmır, rəsmi və sifariş olunmuş işlərdən əlavə müxtəlif şəkildə azad və könüllü işlər də təyin etmişdir:
Əgər on yeddi rəkət vacib və rəsmi namazımız vardırsa, üç yüz növdən çox könüllü və azad qılınmalı müstəhəb namazımız vardır.
Əgər həcc səfərinin məxsus günləri vardırsa, ümrə səfəri hər bir ayda caizdir.
Əgər həmd surəsini vacib namazda oxumaq vacibdirsə, ondan sonra yüzdən çox digər surələri oxumaq azaddır.
Əgər mübarək ramazan ayında oruc tutmaq rəsmi şəkildədirsə, ilin bütün günlərində (fitr və qurban bayramından başqa) oruc tutmaq könüllü və ixtiyaridir.
Əgər xüms və zəkat vermək müəyyən bir miqdarda vacibdirsə, istədiyi qədər sədəqə vermək və infaq etmək onu ödəyənin iradə və istəyinə, digər şəraitinə bağlıdır.
Əgər zəkatın xərclənməsində borcluların, qulların, yoxsulların və zəkat məsələsi ilə məşğul olanların (işçilərin) adı qeyd olunubdursa, “fi səbilillah” (Allah yolunda) kəlməsi bizə imkan verir ki, Allahın sevdiyi digər hər bir işi də yerinə yetirmək olar.
Mümkündür ki, Allahın sevdiyi iş bir zaman su anbarı tikmək, başqa bir zaman isə kompyüter almaq olsun. Əgər bir zaman kitab çap etmək Allahın bəyəndiyi iş idisə, mümkündür digər bir zamanda və şəraitdə Allahın sevdiyi iş başqa bir şey olsun. Beləliklə “Fi səbilillah” kəlməsi hər bir xeyir işi əhatə edir.
Səkkizinci: “İbnus-səbil”
“İbnus-səbil” yəni yolda qalmış adama deyilir. Elə bir kəs olur hərçənd ki, öz vətənində yoxsul deyil, ancaq başqa bir yerdə yol-qəza hadisəsinə, oğurluğa, xəstəliyə, təhsilə, bahalığa və . . . görə köməyə ehtiyacı vardır. Əgər onlar mali cəhətdən himayə olunmasalar, onun canı, ya abır-həyası təhlükə ilə qarşılaşır. Onun maddi ehtiyacı bir tərəfdən, digər tərəfdən də özünü qürbətdə hiss etməsi, onun üçün xüsusi bir ruhu çətinlik yaradır.Canlı İslam məktəbi bütün işlərində insanların canı, abır-həyası və şəxsiyyəti məsələsinə xüsusi diqqət yetirir. Burada həmçinin, zəkatdan bir hissəsini ayırmaqla həm onların heysiyyətini qoruyub saxlayır və həm də nigarançılıqlarını da aradan qaldırır.
[5049] Camiul-əhadis, 9-cu cild, səh.347.
[5050] Camiul-əhadis, 9-cu cild, səh.347.
[5051] Tövbə surəsi, ayə 60.
[5052] Vafi, 10-cu cild, səh.1640.
[5053] Kəhf surəsi, ayə 79.
[5054] Muddəssir surəsi, ayə 44.
[5055] Fəcr surəsi, ayə 18; Əl-Haqqə surəsi, ayə 34; Maun surəsi, ayə 3.
[5056] Bələd surəsi, ayə 11.
[5057] Bəqərə surəsi, ayə 126.
[5058] Həmin mənbə.
[5059] Vafi, 10-cu cild, səh.160.
[5060] Təhrirul-vəsilə, İmam Xomeyni (rəh.)
[5061] Vafi, 10-cu cild, səh.156.
[5062] Camiul-əhadis, 9-cu cild, səh.242.
[5063] Həzrət Peyğəmbər (s) buyurub: “Əgər bir mömin və ya müsəlman öləndə borclu qalarsa onun bu borcu israf və fəsada görə deyilsə, onun borcunu ödəmək imamın öhdəsinədir. Əgər ödəməsə günah etmişdir.” Sonra ayəni tilavət etdi –Camiul-əhadis, 9-cu cild, səh.259.
[5064] Təhrirul-vəsilə, İmam Xomeyni (rəh.).
NUR-AZ.COM


more post like this