Yuxusuzluq zəmanəmizin əsil bəlasına çevrilmişdir. Əgər siz də bu bəlaya düçar olmusunuzsa, yuxu dərmanlarına əl atmağa tələsməyin,bəzi sadə və ziyansız variantlardan istifadə etməyə çalışın.

Rejimə riayət edin.
Özünüzə sutkalıq yuxu rejimi müəyyən edin. Öz orqanizminizə münasib olan vaxtda (7-8 saat olmaq şərtilə) yatıb-durun.

Özünüzü yorun.
Fiziki yorğunluq tez və dərin yuxuya getmək üçün ən yaxşı üsullardan biridir. Mebellərin yerini dəyişin, bostanda işləyin və başqa bu kimi güc tələb edən işlər görün. Nəticədə siz yatağa uzanan kimi dərin yuxuya gedəcəksiniz.

Yuxulamağa çalışmayın.
Özünüzü yatmağa məcbur etməyin. Nə qədər çox çalışsanız, bir o qədər vaxtınız boş yerə gedəcək. Saatın üzünü divara döndərin, çünki o sizə pis təsir edir. Axşamlar problemlər haqqında düşünməyin. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.

İlıq vanna qəbul edin.
Yatmazdan 4-5 saat öncə vanna qəbul etdikdə, əvvəl bədənin temperaturu qalxır, sonraisə yavaş-yavaş aşağı düşür.Bu iş sizə şirin yuxu gətirəcək.

Mütaliə edin.
Bir kitabı götürün və onu mütaliə edin. Beyin eyni işlə çox məşğul olanda, insan yorulur və tez yatır.

Barmaqlarınızı ovuşdurun.
Barmaqlarımızın ucunda “yuxu” nöqtələri yerləşir. Baş barmaqlarınızla həmin nöqtələri masaj edin, bir neçə dəqiqədən sonra siz rahatlanacaqsınız.

Gündüz yatmayın.
Gündüz və xüsusən axşamçağı yatmayın. Yaxşı olar ki, təmiz havada gəzintiyə çıxasınız.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this