774. Yuxu müjdəsi

2463. Allahın Peyğəmbəri (s) «Onlara müjdə var» ayəsi barədə: «O müjdə, möminin gördüyü yaxşı yuxudur. Onun vasitəsilə dünyada möminə müjdə verilər.»[1]

2464. Allahın Peyğəmbəri (s):«Müjdə verənlərdən başqa nübüvvətdən bir şey qalmamışdır.»Soruşdular:«Mücdə verənlər nədir?» Buyurdu:«Doğru yuxu.» [2]

2465. İmam Rza (ə):«Sübh açılanda Allahın Peyğəmbəri (s) öz səhabələrinə deyərdi:«Bir kəsdə mücdə verən varmı?» Bunu dedikdə Həzrətin məqsədi yuxu idi.» [3]

 

775. Yuxunun növləri

2466. İmam Baqir (ə):«Bəndələr yuxuya gedən zaman ruhları səmaya qalxar. Beləliklə, ruhun səmada gördükləri nə varsa həqiqətdir, fəzada gördükləri isə pərişan edən yuxulardır.» [4]

2467. İmam Sadiq (ə):«Yuxu üç növdür: möminə Allah tərəfindən verilən müjdə, şeytanın vəsvəsə etdiyi qorxu və pərişan (nigaran) edən yuxular.»[5]

 

776. Yuxunu yozmaq və danışmaq

2468. Allahın Peyğəmbəri (s):«Sizlərdən kim yaxşı yuxu görsə, onu yozsun və başqalarına danışsın. Əgər pis yuxu görsə, onu yozmasın və heç kəsə söyləməsin.» [6]

2469. Allahın Peyğəmbəri (s):«Yuxunu paxıllıq və təcavüzdən pak olan mömindən başqa, bir kimsəyə danışmaq olmaz.» [7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.8,səh.90, hədis60

[2] Biharul-Ənvar, c.61,səh.177 , hədis39

[3] əl-Kafi, c.8,səh.90 , hədis59

[4] Əmali-Səduq,səh.125 , hədis16

[5] əl-Kafi, c.8,səh.90 , hədis61

[6] Kənzul-Ummal,hədis  416392

[7] əl-Kafi, c.8,səh.336 , hədis530


more post like this