Yuxarıda qeyd etdiyimiz kimi din alimlərinin və mütəxəssislərinin bu barədə nəzərləri müxtəlifdir. Bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri əmirlərindən deyildir.
Qadının hakim olmağı ilə müxalif olan mütəxəssislərin ümdə dəlilləri hədis və rəvayətlərdir. İmam Sadiq (ə) buyurmişdur: “Baxın görün sizin aranızdakı kişilərdən kim bizim nəzərlərimizi yaxşı bilirsə, onu özünüzə hakim seçin. Belə ki, mən onu sizin aranızda hakim təyin edirəm.
Bu hədisə diqqət yetirsək, hədisdəki “aranızdakı olan kişilər” sözündən belə başa düşülür ki İmam (ə) konkret olaraq bu işin məsuliyyətini kişilərin öhdəsinə qoymuşdur. Yəni hədisin zahirindən kişilərdən başqası başa düşülmür.
Bundan əlacə icma bu nəzərin tərəfdarları üçün ən gözəl söykənəcək yeridir. Çünki icma qəti surətdə elan edib ki, “hakim olmaq kişilərin öhdəsindədir”.
Bu fikirdə olan din alimləri bəzi məsələləri nəzərə alaraq belə nəticəyə gəlmişdirlər ki:
1). Məsuliyyətlərin tapşırılması insanların istedadları və iradələri əsasındadır.
İslam dini nöqteyi nəzərindən qadın və kişi insan olmaq baxımından eyni mahiyyəti kəsb edirlər. Yəni aralarında bir fərq yoxdur.
“Ey insanlar! Qorxun o Allahdan ki, sizi bir bədəndən yaratdı və sizin qadınlarınızı da sizdən yaratdı”.
Deməli yaradılış baxımından qadın və kişinin heç bir fərqi və hər ikisinin özlərinə aid vəzifələri vardır. Amma bu vəzifələr onları insan baxımından bir- birlərindən fərqləndirmir.
Bunu da qeyd edək ki, qadın və kişinin insan baxımından fərqləri olmasa da üzərlərinə düşən vəzifədə bir- birlərindən fərqlənirlər. yəni bir sinifdən olmalarına baxmayaraq geniş fərqlərə malikdirlər.
Qurani kərim buyurmuşdur: “Kişilər qadınların üzərində ixtiyar sahibidirlər. Çünki Allah Taala bəzi işlərdə kişiləri qadınlardan üstün yaratmışdır”. Qadınların fikri, cismi və ruhu kişilərdən incə olduğu üçün onlar bəzi işlərdən azaddırlar. Bu da kişilərin məsuliyyətlərinin artmasına, o cümlədən onların hakim, dövlət başçısı və sair. olmalarına səbəb olur.
Konkret olaraq deyə bilərik ki, kişilər fiziki baxımdan qadınlardan üstündürlər. Bu səbəbdən də onlar xüsusi bir vəzifəni yerinə yetirmək üçün yaradılmışlar. Amma bunu da qeyd edək ki, uşaq dünyaya gətirmək, evdarlıq etmək və sair. qadının üzünə təkamül qapılarını başlamır. Onların bu işi təkamül yolu üçün heç bir çətinlik və məhdudiyyət yaratmır. Əksinə bu və digər fərqlər əsasında onlardan hakimlik vəzifəsi götürülmüşdür. Başqa sözlə desək, kişilərin bu bacaracaqları və qüdrətləri onların özlərindən deyil, əksinə yaradılışları belə olduğu üçündür. Bu da kişilərin məsuliyyətini artırır və bu işə görə Allah yanında heç bir əcr və savabları yoxdur. Əksinə onların vəzifələridir.
2). Hakimlik və mühakimə qətiyyətli olmaq tələb edir. Qadınların ayrılmaz xüsusiyyətlərindən biri də onların fikirlərindən tez daşınmaları, öz hisslərinə qapılmaları və qəlblərinin yumşaqlığıdır. Məsələn qadınlar kişilərdən tez öz fikirlərindən daşına bilirlər. O cümlədən, şadlanmaq, kədərlənmək, nigarançılıqlar və sair. qadınlarda kişilərdən fərqli olaraq daha tez baş verir. Mühakimə məsələlərində isə ciddiyyət və qətilik tələb olunur. Yuxarıda qeyd etdiyimiz xüsusiyyətlər isə ciddi və ya qəti olmağa tam mane olan hisslərdir.
Mühakimə zamanı həddin (şallaq) icra olunması, din əleyhinə ixtişaş edənlərə qarşı hökmün verilməsi və sair. olduqca ciddiyyət tələb edir. Başqa sözlə desək, qadının yaradılışında ülvi və məhəbbətin çox olması, ona mühakimə zamanı mane olur və onu qəti qərara gəlməkdən çəkindirir. Bu səbəbdən də onlar belə bir məsuliyyətdən azad olmuş və bu məsuliyyət kişilərə tapşırılmışdır. Bu məsələ İslam dininin qadına nə qədər dəyər verməsindən və onun nazını çəkməsindən xəbər verir.
Bununla yanaşı bəzi din mütəxəssisləri yuxarıda qeyd etdiyimiz dəlilləri qəbul etmir və qadınların hakim ola biləcəklərini təsdiq edir və deyirlər:
Hakimlik və mühakimə məsələləri konkret olaraq qadınların vəzifəsi deyildir. Belə ki, İslam dini bu məsələdə qadınlar üçün heç bir məsuliyyət təyin etməmişdir. Çünki hədisdə belə gəlmişdir:
«لَیسَ عَلَى النِّسَاءِ جُمُعَةٌ وَ لَا جَمَاعَةٌ … و لَا تَوَلِّی الْقَضَاء…»
“Cümə namazında imam, camaat namazında imam və qazi (hakim) olmaq qadınlara vacib deyildir”. Amma hədis bu məsələni qətiyyətlə rədd etməmişdir.
Bundan əlavə qadının yaradılışı və fitrəti mehribanlıq və lətafətlə doludursa bu onun ictimai məsələlərinə mane olmur. Qadın da kişilər kimi ədalətli hökm verə bilər və bu yolda öz zəkasından və məntiqindən istifadə edə bilər. bunu da qeyd edək ki, ola bilsin qadın bu məsələdə kişidən daha çox çalışmağa və iradə etməyə ehtiyaclıdır. Amma bu o demək deyil ki, qadınlar bu işin öhdəsindən gəlməkdə acizdirlər. Çünki əgər qadınlar çalışmaqla hər hansı bir zəif nöqtəni gücləndirərək kişilərlə eyni səviyyədə olurlarsa, deməli bu işi onlara qadağan etmək üçün heç bir dəlilimiz qalmır.
Bundan əlavə İmam (ə) hədislə kişini bu məqama layiq görmüşdür. Amma biz bundan belə nəticə ala bilmərik ki, bu hökm bununla da qadınlardan götürüldü.
Ustad hadi bu barədə deyir: “Biz keçmiş mətləblərdə “kişi” sözündən istifadə edərək İmamın (ə) sözünü diqqətə çatdırdıq. Yəni İmam demişdir ki, “mən o kişini sizin üçün təyin etdim”. Bu hökm bizim üçün açıq- aşkar hökmdür. Amma fəqih tərəfindən bu hökmün axıra kimi qiayət olunması lazım deyildir”.
Əgər hədisdə kişi sözünün yerinə qadın gəlsəydi və hədisin sənədi də mötəbər olsaydı “zəkuriyyat” kişi olmaqlıq) qadının bəzi məhdudiyyətinə əsasən şəri bir tələb olsaydı bu zaman bu vəzifənin yalnız kişilərə aid olması şəri bir vəzifəyə çevrilərdi.
Bütün icmanın və fəqihlərin bu məsələdə biz qeyd etdiyimiz dəlillərə əsaslanması onların bütün dəlillərinin əsas olmamağını sübut edir.
Nəticə budur ki, bəzi şiə alimlərinin nəzərinə əsasən qadının hakim olaraq mühakimə etməsinin eybi yoxdur”. NUR-AZ.COM


more post like this