Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət etmək lazımdır:
1. Bidət: Yəni dində olmayan şeyi dinin bir hissəsi bilmək. Peyğəmbər (s) və o həzrətin Əhli- beytinin rəftar və sözlərinin dinin bir hissəsi olması məsələsi öz yerində sabit olubdur. Deməli siz ki, deyirsiz ali- Məhəmməd Quranda yoxdur və bidətdir, doğru deyil. Çünki Quranda gəlməsə də, amma rəvayətlərdə gəlməklə dinin bir hissəsi sayılır və bidət olmayacaq. Azanda vilayətə şəhadətin (Əşhədu ənnə Əliyyən vəliyullah) azanın bir hissəsi qəsdi ilə deyilməsinin bidət olmasını deyən fəqihlərin məqsədləri budur ki, dindən heç bir sübut (ayə və rəvayət) onun azanın bir hissəsi olmasına yoxumuzdur.
2. Allahın insanlar üçün təyin etdiyi təharət, namaz, oruc, xums, zəkat, cihad və… kimi vəzifələrin hamısı Quranda gəlibdir. Amma bütün xırdalıqları, şərait və maneələri açıqlamayıbdır. Əksinə bəzi hissə və şərtlər qısa və ümumi formada açıqlanıbdır. Məsələn: Namazın vacib olması Quranda gəlibdir. Onun ruku, səcdə və təharət kimi bəzi hissə və şərtlərinə də işarə olubdur. Amma ruku və səcdələrin zikri, qiraət, təsbihati- ərbəə, rukuya birləşmiş qiyam, qüsl, və təyəmmümün forması, və… kamil formada və bütün xüsusiyyətləri ilə, heç bir ayədə açıqlanmamışdır.
Müsəlmanların əvvəldən üslubları belə olubdur ki, bu xirdalıqlara əl tapmaq üçün, Peyğəmbərin yanına gedib, xırdalıqlar və vəzifələri necə yerinə yetirmək barəsində sual edib və Peyğəmbər (s)- dən eşitdiklərinə uyğun, əməl edirlər.
Salavat barəsində də belə olubdur. Salavat ayəsi
«ان الله و ملائکته یصلون علی النبی یا ایها الذین امنوا صلوا علیه و سلموا تسلیما»http://kiril.islamquest.com/Printable/13137.ASPX – _edn1
nazil olandan sonra, müsəlmanlar Peyğəmbər (s)- in yanına gedib, ondan Peyğəmbər (s)- ə salavatın forması barəsində sual etdilər. Şiə və sünnilərin çoxlu rəvayətlərində (mütəvatir) gəldiyi kimi, həzrət buyurdu: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd kəma səlləytə əla İbrahimə və …”
«اللهم صل علی محمد و آل محمد کما صلیت علی ابراهیم و…»
Beləliklə müsəlmanlar salavat barəsindəki vəzifələrini bildilər. başqa sözlə, Allah öz Peyğəmbərini Quranın təfsirçisi və açıqlayan edibsə, onun bəyan və təfsirini öz açıqlaması bilir və Peyğəmbər (s)
«یا ایها الذین آمنوا صلوا علیه و سلموا تسلیماً»
ayəsini “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” təfsir etdi. Nəticə budurki, “əla” salavat Quranın özündən başa düşülür.
3. Quranın zahiri mənadan əlavə batini dərin mənası da var ki, Peyğəmbər (s) və onun Əhli- beyti (ə) ondan xəbər verə bilərlər. Buna əsasən, salavat zamanı “ali Məhəmmədi” zikr etməyi deyən rəvayətlərin Quranın batini mənasına işarə etdiyini deyə bilərik. Yəni, “ən- nəbiy” kəlməsinin zahiri mənasının “ali- Məhəmmədə” şamil olmasına baxmayaraq, amma batini mənaya əsasən “ali- Məhəmmədə” şamil olur.
4. Quran ayələrindən nəticə almaq olar ki, Peyğəmbər (s) və onun Əhli- beytini vahid həqiqət olaraq nəzərə alır. Nümunə üçün təthir ayəsinə diqqət edin:
«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»
Allah Peyğəmbər və onun ailəsini vahid həqiqət olaraq nəzərə alır.
Məvəddət ayəsi: ” قل لا اسئلکم علیه اجراً الا المودة فی القربی” Allah Peyğəmbərin risalət mizdunu onun yaxınlarına məhəbbət bilirsə, Allahın nəzərində onların bir- birindən ayrı olmaması məlum olur. yaxud Mübahilə ayəsi:
«قل تعالوا ندعوا ابنائنا و ابنائکم و نسائنا و نسائکم و انفسنا و انفسکم…»
Gördüyünüz kimi, bu ayədə həzrət Əli (ə) Peyğəmbər (s)- in özü və canı kimi yad edilir və duanın qəbul olmasında onların hamısını lazım bilibdir.
5. Çoxlu rəvayətlərimiz var ki, Peyğəmbər (s) və onun Əhli- beytinin vahid nur olduğunu bildirirlər. nümunə olaraq bu rəvayətə diqqət edin: Peyğəmbər (s) buyurur: “Mən Allahın nurundan yarandım. Əhli- beytim də mənim nurumdan yarandılar.”
376. Ariflər də, Peyğəmbər (s) və onun Əhli- beytinin nurunu, həqiqəti- Məhəmmədiyyə və ilk məxluq adlandırırlar ki, vahid həqiqət və çoxlu təcəllilərə malikdirlər.
7. Ürf və ağıl baxımından, eyni əqidə və fikir sahibləri və bir- biri ilə heç fikir və əməl cəhətdən təzadları olmayan bir qurup, vahid bir həqiqət sayılırlar və onlara bir gözlə baxılır.
Nəticə budur ki, Peyğəmbərə salavatda Əhli- beytə salavatı gətirmək bidət deyil, hətta Quranın özü, rəvayət, ağıl və ağıl sahiblərinin ürfünə uyğundur. Əhli- beytə salavat, Peyğəmbər (s)- ə salavatdır hər ikisi eyni həqiqətdir.
Axırıncı məsələ budur ki, Peyğəmbərə salavat mütləq formada vacib deyil, yalnız namazın təşəhhüdü kimi, xüsusi yerlərdə vacibdir. Əlbəttə o yerdəki salavat vacibdir, “ali- Məhəmməd” zikri də vacibdir. Müstəhəb yerlərdə “ali-Məhəmməd” demək də müstəhəbdir. “Ali- Məhəmmədi” deməmək, salavatın naqis olmasına səbəb olacaq. NUR-AZ.COM


more post like this