Səyid ibni Cəbir bu dastanı belə nəql edir: “Yunisin (ə) qövmi Mosul adlı yerdə yaşayırdı. Onlar Yunis peyğəmbərin (ə) dəvətini qəbul etmir və bundan imtina edirdilər. Yunis peyğəmbər (ə) 33 il insanları haqq yoluna dəvət etdi. Ona cəmi iki nəfər iman gətirdi. Birinin adı Rubil idi və o birisinin adı isə Tənuxa idi.

 

Rubil tanınmış ailədən idi, elm və hikmət sahibi idi. Yunislə əvvəllər də dost olmuşdular. Tənuxa isə taxta və odun satan bir zahid kişi idi.

 

Yunis (ə) nəhayət Allaha öz qövmündən şikayət edir və buyurur: “33 ildir ki, bu cəmiyyəti tövhidə, ibadətə və günahdan uzaq olmağa dəvət edirəm. Sənin əzabından və qəzəbindən qorxuduram. Ancaq üsyandan başqa cavab almıram. Mənə həqarətlə baxırlar, məni öldürməklə hədələyirlər. Allahım! Onlara əzab göndər ki, hidayət olunası deyildirlər”.

 

Xitab gəlir: “Ey Yunis! Bu insanlar arasında cahil və rəhimlərində uşaq gözədirən analar vardır. Zəif qocalar və azyaşlı uşaqlar vardır. Mən Həkim, Adil Allaham və rəhmətim qəzəbimi üstələyibdir. İstəmirəm ki, günahkarlara gözə günahsızlara əzab verəm. Mən istəyirəm ki, onlarla sülhlə rəftar edəm. Tövbələrini gözləyəm. Mən səni onlara tərəf göndərdim ki, onlara gözətçi olasan. Onlarla mehriban rəftar edəsən. Onlarla səbirlə rəftar edəsən. Təbib kimi mehribanlıqla xəstəlikləri olan günahlarını müalicə edəsən. Bir qədər hövsələdən sonra onlara əzab istəyirsən. Səndən əvvəl də peyğəmbər olmuşdur. Adı Nuh idi və səbri səndən çox idi. Qövmi ilə səndən yaxşı söbət edirdi. Onlarla sülh içində yaşayırdı. 950 ildən sonra Məndən onlar üçün əzab istədi. Mən də duasını qəbul etdim”.

 

Yunis dedi: “Allahım! Mən sənə görə onlara əsəbləşmişəm. Onları nə qədər itaət etməyə dəvət etdim bir o qədər günah işlətdilər. İzzətinə and olsun ki, onlarla sülhdə deyiləm və onlara xeyrxahlıqla baxmıram. Onlardan gördüyüm küfrdən sonra onlar heç bir zaman mömin olmayacaqlar və əzabını onlara göndər”.

 

Yunisin bu dəvətini Allah qəbul etdi. Xitab gəldi: “Şəvval ayının ortasında cümə axşamında günəş doğandan sonra onlara əzab göndərəcəyəm. Onları xəbərdar et”.

 

Şəvval ayının ortası gəlib çatır və Yunis (ə) öz qövmünün arasında deyildi. Rubil yüksək bir yerə çıxır və yüksək səslə deyir: “Ey insanlar! Mən Rubil sizə qarşı həmişə xeyirxah olmuşam. İndi Şəvval ayıdır ki, sizə onun əzab vədəsini veriblər. Siz Allahın peyğəmbərini inkar etdiniz. Ancaq onu bilin ki, Allah düz deyir, Allah vədəsinə xilaf çıxmaz. İndi baxın görün nə edəcəkdir”. İnsanlar ona dedilər: “Bizə nicat yolunu göstər. Sən alim və həkimsən və bizə qarşı mehribansan”. Dedi: “Mənim nəzərim budur ki, əzab saatı gəlməmiş bütün cəmiyyət şəhərdən xaric olsun. Hamı bir yerdə Allaha nalə çəksin. Hamı ixlasla tövbə etsin. Desinlər: “Allahım! Biz özümüzə zülm etmişik. Peyğəmbərini inkar etmişik. İndi bizim günahlarımızı bağışla. Əgər bizi bağışlamasan və əfv etməsən ziyankarlardan olarıq. Allahım! Tövbəmizi qəbul et və bizə rəhm et. Ey o Allah ki, rəhmin hamıdan çoxdur”.

 

İnsanlar onun bu sözünü qəbul etdilər və tövbə üçün hazırlaşdılar.

 

Rubil onlardan kənara çəkilir və onların tövbəsinə, naləsinə tamaşa edir. Günəş çıxır və sarı rəngli bir külək şəhərə üz tutur. Çox qorxulu səsi var idi. İnsanlar qorxuya düşürlər. Kişi və qadının, qoca və uşağın səsi hər yeri bürüyür. Onlar ixlasla tövbə etdilər, uşaqlar da analarının nalə səslərinə səs verirdilər. Allah onların tövbəsini qəbul edir. İnsanlar da rahatlaşıb, evlərinə geri dönürlər”.

 

sualcavab.ge

 

 


more post like this