719. Yumşaqlıq göstərmək

Quran

«İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».[1]

Hədis:

2257. İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»[2]

2258. İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»[3]

2259. İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»[4]

720. Haqqda yumşaqlıq göstərməmək.

2260. İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»[5]

2261. İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Qələm, ayə9

[2] Ğurərül-Hikəm, hədis 5725

[3] Ğurərül-Hikəm, hədis 9022

[4] Mişkəful-Ənvar, səh.51

[5] Biharul-Ənvar, c.77, səh.291 , hədis2

[6] Nəhcül-Bəlağə, xütbə 24


more post like this