1472. Yoxsulluğun pislənilməsi.

5043. Allahın Peyğəmbəri (s): «Yoxsulluq küfrə gedib çıxmağa yaxındır.»[1]

5044. Allahın Peyğəmbəri (s): «İlahi! Mən, küfrdən və yoxsulluqdan Sənə pənah aparıram.» Bir kişi dedi: «Bu ikisi eynidirmi?» Buyurdu: «Bəli.»[2]

5045. Allahın Peyğəmbəri (s): «Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı, yoxsulluğun küfrə keçməsinə az qalardı.»[3]

5046. Allahın Peyğəmbəri (s): «Kasıbçılıq hər iki dünyada üz qaralığıdır (səbəbkarıdır).»[4]

5047. Allahın Peyğəmbəri (s): «Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır.»[5]

5048. İmam Əli (ə): «Yoxsulluq böyük ölümdür.»[6]

5049. İmam Əli (ə): «Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir.»[7]

5050. İmam Əli (ə) (Öz övladı Həsənə (ə): «Öz gündəlik çörəyi üçün çalı­şanı danlama. Çünki özünü saxlamağa qüdrəti olmayanın xətası çox olar. Övladım! Yoxsul insan həqirdir. Sözünü sayan yoxdur, yeri və mə­qa­mı­nı isə tanıyan. Yoxsula, düzdanışan da olsa yalançı deyərlər. Zahid və tər­kidünya olsa, nadan adlandırarlar. Övladım, yoxsulluğa giriftar olan, dörd xislətə mübtəla olar: Allaha yəqinlikdə süstlük, ağlın azalması, dinində  köv­rəklik, üzündə abır-həyanın azlığı. Belə isə Allaha yoxsulluqdan pənah aparıram.»[8]

5051. İmam Əli (ə) (övladı Məhəmməd ibn Hənəfiyyəyə): «Övladım! Mən səninçün yoxsulluq və imkansızlıqdan qorxuram. Onlardan Allaha pənah apar. Çünki yoxsulluq dinin azalmasına, ağlın məyusluğuna, kin və düşmənçiliyə səbəb olar.»[9]

5052. İmam Əli (ə): «Yoxsul öz doğulduğu yerdə belə qəribdir.»[10]

 

1473. Yoxsulluğun təqdir olunması.

5053. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.»[11]

5054. Allahın Peyğəmbəri (s): «Yoxsullar Allahın dostlarıdır.»[12]

5055. Allahın Peyğəmbəri (s): «İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır.»[13]

5056. İmam Əli (ə): «Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır.»[14]

5057. İmam Sadiq (ə): «Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır (və onu hər kəsə vermir).»[15]

 

1473. Yoxsulluğun varlılıqdan üstünlüyünə dair hədislər.

5058. Allahın Peyğəmbəri (s): «Yoxsulluq rahatlıqdır, imkanlılıq isə çətinlik.»[16]

5059. Allahın Peyğəmbəri (s): «(Yoxsulların) haqqını və payını ödəyən və ya çətinlikdə başqalarına kömək edəndən başqa, (bütün hallarda) yoxsul olmaq  imkanlı olmaqdan daha yaxşıdır.»[17]

5060. İmam Əli (ə): «Yoxsulluğun ziyanı imkanlılığın məstliyindən (baş gicəllənməsindən) bəyəniləndir.»[18]

5061. İmam Sadiq (ə): «Böyük Allahın Musaya (ə) münacatında deyilir: «Ey Musa! Nə vaxt yoxsulluğun sənə üz tutduğunu görsən, ona «ey əməli salehlərin geyimi, xoş gəlmisən!», sərvətin sənə üz tutduğunu gördükdə isə «bu cəzası mənə tərəf tələsən günahdır (günaha görədir)» de.»[19]

Məclisi (rizvanullah əleyh) bu haqda buyurur: «Bu barədə olan hədis və xə­bərlərdən çıxan ümumi nəticə bundan ibarətdir ki, yoxsulluq və var-döv­lə­tin hər biri öz növbəsində bir ilahi nemətdir. Allah-taala insanların ka­mil­ləş­məsinə uyğun olaraq, onlara bu iki nemətdən birini verir. Bəndə isə, yox­sul, imkansız olan vaxtı dözümlü olmağa və hətta şükr etməyə borcludur. Al­lah ona mal və sərvət də versə şükr etməli və onun tələbinə uyğun hərəkət et­məlidir. Əlbəttə, çox vaxtı dözümlü yoxsulun savabı şükr edən imkanlının sa­vabından çox olur. Ancaq onların məqamı bir-birindən fərqlənir və hər iki tərəf barədə ümumi hökm vermək olmaz. Aydındır ki, çatacaq qədər ru­zi­yə kifayətlənmək hər iki tərəfdən- yəni yoxsul və varlıdan– daha sağlam, da­ha az təhlükəlidir.  Buna  görə  də,  duaların çoxunda  çatacaq qədər  ruzi

istənilmişdir. Peyğəmbər (s) bunu ailəsi üçün diləmişdir.» [20]

Rağib «Mofrədat» kitabında yazır: «Fəqirlik dörd mənada işlənir.

Birincisi, «zəruri ehtiyacın olması». Bu mənada insanlara, bütün varlıqlara dünyada mövcud olduqları müddətdə şamil olunur. «Ey camaat! Siz Allaha möhtacsınız. Heç nəyə möhtac olmayan Allah tərifə layiqdir» ayəsi, eləcə də, insan barədə olan «Biz onları xörək yeməyən cəsəd etmədik» ayəsi də bu mənada işlənmişdir. [21]

İkinci: «kasıblıq». Bu ayələrdə yoxsulluq aşağıdakı mənada işlənmişdir: «(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar.» və «Sədəqələr, əslində möhtaclar və ehtiyacı olanlar üçündür.»[22]

Üçüncü: «nəfsin yoxsulluğu». Bu hərislik və acgözlükdən ibarətdir. Həzrəti Peyğəmbərin «yoxsulluq küfrə gedib çıxmağa yaxındır.» hədisinin mənası da budur. Bunun müqabilində isə «imkanlılıq nəfsin zənginliyidir» hədisi dayanır. «Kim qənaət etməsə, mal-dövləti onu imkanlı və ehtiyacsız etməz.» cümləsində də məqsəd həmin imkanlılıqdır.

Dördüncü: «Allaha olan ehtiyac və yoxsulluq.» Həzrəti Peyğəmbərin «İlahi, Özünə möhtac etməklə məni ehtiyacsız et və Sənə ehtiyacsız etməklə məni möhtac qoyma» hədisi də həmin mənaya toxunur. Eləcə də, «İlahi! Sənin mənə nazil etdiyin xeyrə və yaxşılığa möhtacam» ayəsi də bu mənada işlənmişdir.[23]»[24]

 

1475. Yoxsulluğun mənası.

5062. «Biharul Ənvar»: İdrisin səhifələrində deyilir: «Məndən ehtiyacsız olanın qüdrəti olmaz. Mənə ehtiyacı olduğunu bildirən yoxsul və imkansız olmaz.»[25]

5063. Allahın Peyğəmbəri (s): «Ey camaat! …Sizcə yoxsul kimdir?» Ərz etdilər: «Var-dövləti olmayan kişi.» Buyurdu:  «Həqiqi kasıb odur ki, özündən sonra çox malı qalsa da, öz var-dövlətindən Allahın hesabına heç nə göndərməsin.»[26]

5064. Allahın Peyğəmbəri (s): «Yoxsul, (əslində) qəlbi yoxsul olandır.»[27]

5065. İmam Əli (ə): «Heç bir yoxsulluq, nadanlıq qədər deyil.»[28]

5066. İmam Əli (ə): «Ən böyük yoxsulluq, ağlın azlığıdır.»[29]

5067. İmam Əli (ə) (Ən ağır yoxsulluq nədirsualına cavabından):

«İmanlı olduqdan sonra küfr.»[30]

5068. İmam Əli (ə): «Nəfsin yoxsulluğu, ən pis yoxsulluqdur.»[31]

5069. İmam Əli (ə): « (Əsl) İmkanlılıq və yoxsulluq, əməllər Allah dərgahına təqdim olunanda bilinər.»[32]

5070. İmam Əli (ə): «Cənnətin mövcud olduğuna görə yoxsul, cəhənnəmin var olduğuna görə isə varlı yoxdur.»[33]

5071. İmam Həsən (ə) Yoxsulluq nədirsualına cavabından):  «Nəfsin hər bir şeyə tamah salması.»[34]

5072. İmam Hadi (ə): «Yoxsulluq nəfsin doymamazlığı və böyük ümüdsizlikdir.»[35]

5073. İmam Sadiq (ə) (Əbuzərdən nəql olunan «Üç şey var ki, camaat onlara nifrət edir, mən isə sevirəm: Mən ölümü, yoxsulluğu bəlanı sevirəm» sözləri haqda suala cavabından): «Bu sözlər camaatın (Əbuzərin söz­lə­rindən) başa düşdükləri kimi deyil. Onun məqsədi budur ki, Allaha ibadət yolunda ölməyi Allaha qarşı günahda yaşamaqdan, Allaha itaətdə yoxsulluğu Allaha qarşı günahla bir olan imkanlılıqdan və Allah yolunda bəlanı, xəstəliyi günahla bir olan sağlamlıqdan çox sevirəm.»[36]

5074. İmam Sadiq (ə): «Yoxsul olub bizimlə olmaq, varlı olub bizdən qeyriləri ilə olmaqdan yaxşıdır. Ölmək və bizimlə olmaq, sağ qalıb başqaları ilə olmaqdan yaxşıdır.»[37]

5075. İmam Sadiq (ə): «Səni zülm etməkdən saxlayan var-dövlət, səni günaha çəkən yoxsulluqdan yaxşıdır.»[38]

5076. İmam Sadiq (ə): «Yoxsulluq qırmızı ölümdür.» Rəvayətçi deyir: «Əbu Abdullaha ərz etdim ki, (məqsədiniz) dinar və dirhəm yoxsulluğudur?» Buyurdu: «Yox, (məqsədim) dini yoxsulluqdur.»[39]

 

1477. Yoxsulun təhqir olunması.

5077. Allahın Peyğəmbəri (s): «Kimsə mömin kişi və ya qadını kasıblığına, var-dövlətinin azlığına görə xar sayıb təhqir etsə, Allah-taala qiyamət günündə onu (bu çirkin əməli ilə) qəbirdən çıxarıb sonra rüsvay edər.»[40]

5078. İmam Əli (ə): «Öz yoxsul qardaşlarınızı təhqir etməyin. Çünki kim mömini həqir saysa, o,tövbə etməyincə Allah onların ikisini cənnətdə bir araya gətirməz.»[41]

5079. İmam Rza (ə): «Kim kasıb müsəlmanla qarşılaşdıqda ona varlı ilə görüşdükdə verdiyi salamdan fərqli salamlaşsa, qiyamət günündə Allah ondan qəzəbli halda görüşünə gələcək.»[42]

 

1478. Yoxsulluğu aradan götürən şeylər.

5080. Allahın Peyğəmbəri (s): «Yaxın qohumlarla mehribanlıq ömrü uzadar və yoxsulluğu aradan götürər.»[43]

5081. İmam Əli (ə): «Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin.»[44]

5082. İmam Baqir (ə): «Yaxşılıq etmək və sədəqə vermək yoxsulluğu aradan götürər.»[45]

5083. İmam Sadiq (ə): «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm.»[46]

 

1479. Yoxsulluq gətirənlər.

5084. Allahın Peyğəmbəri (s): «Yoxsulluqdan dəm vuran yoxsul olar.» [47]

5085. Allahın Peyğəmbəri (s): «Əmanətə vəfalılıq var-dövlət gətirər, (əmanətə) xəyanət isə yoxsulluğa çəkər.»[48]

5086. İmam Əli (ə): «Dünyanın çoxunu istəyən yoxsulluğa məhkumdur. Dünyadan üz döndərənə rahatlıq dost olar.»[49]

5087. İmam Əli (ə): «Kim öz üzünə ehtiyacı (başqasından) istəmək qapısını açsa, Allah onun üzünə yoxsulluğun bir qapısını açar.»[50]

5088. İmam Baqir (ə) (Əbu Nemana buyurduqlarından):–«Bizi camaatdan pul qazanmaq üçün bir vasitəyə çevirmə. Çünki bu işlə Allah sənin yoxsulluğunu daha da artırar.»[51]

5089. İmam Sadiq (ə) (əziz atababalarına istinadən): «Kim Allahın fəzilətindən heç nə istəməsə, yoxsul olar.»[52]

5090. İmam Sadiq (ə): «Övladına qarğayan ata oğluna yoxsulluq miras qoyar.»[53]

 

1480. Pak Allahın yoxsullardan üzrxahlığı.

5091. İmam Sadiq (ə): «(Qiyamət günündə) Allah (cəlli sənavə), qardaş öz qardaşından üzr istəyən kimi möhtac mömin bəndəsindən üzr istəyərək buyuracaq: İzzət və cəlalıma and olsun ki, Mən səni dünyada yanımda xar olduğuna görə möhtac etmədim. İndi bu papağı götür və gör ki, dünyanın yerinə sənə nə vermişəm. O, papağı götürər və deyər: Dünyada məndən aldıqlarına verdiyin əvəzdən mənə nə ziyan olar ki?.»[54]

 

1481. Yoxsulluğun zivəri.

Quran

«(Bu sədəqələr) Allah yolunda calışan və yer üzündə (yaşayış ehtiyacını ödəmək üçün) hərəkət edə bilməyən yoxsullar üçündür. Onlar özlərini o qədər saxlayırlar ki, xəbərsiz insan onları dövlətli sayar. Onları üzlərindən tanıyarsan. Camaatdan (bir şeyi) israrla istəməzlər.»[55]

Hədis:

5092. Allahın Peyğəmbəri (s): «Allah yoxsulluğu bəndələrinin yanında əmanət qoymuşdur. Kim onu gizli saxlasa, Allah gecəni dirigözlü açıb oruc tutanın savabını ona əta edər.»[56]

5093. İmam Əli (ə): «Özünü saxlamaq (və güclü təbiət) yoxsulun zivəri-dir.»[57]

5094. İmam Sadiq (ə): «İşlərin ən çətini və zəhmətlisi yoxsulluğu gizli saxlamaqdır.»[58].

 

1482. Yoxsulların xoş halına.

5095. Allahın Peyğəmbəri (s): «Xoş dözümlü yoxsulların halına, göylərin və yerin məlakutunu (müccəradat aləmini) görən onlardır.»[59]

5096. Allahın Peyğəmbəri (s): «Yoxsullar cənnət əhlinin padşahlarıdır. Bütün camaat cənnətə, cənnət isə yoxsullara müştaqdır.»[60]

5097. Allahın Peyğəmbəri (s): «Cənnətə gözucu baxdım. Gördüm ki, camaatının çoxu kasıblardır.»[61]

5098. Allahın Peyğəmbəri (s): «Kim öləndə özündən sonra bir dinar-dirhəm belə qoymasa, heç kəs ondan dövlətli (halda) cənnətə daxil olmaz.»[62]

5099. İmam Sadiq (ə): «Cənnətə daxil olan son peyğəmbər Süleymandır. Bunun səbəbi də ona verilmiş dünyadır.»[63]

5100. İmam Sadiq (ə) (Məhəmməd Xəzzaza xitabən):–«Bazara getmirsən? Satılan meyvələri, ürəyin istədiyi başqa şeyləri görmürsənmi? (Almağa gücün çatmırmı? Məhəmməd deyir ki,) Ərz etdim: «Nə üçün?» Buyurdu: «Bil ki, gördüyün və ancaq almağa gücün çatmadığı hər bir şeydə səninçün bir savab var.»[64]

 

 

 

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] əl-Kafi, c. 2, səh. 307, hədis 4

[2] Kənzul-Ummal, hədis 16687

[3] Cameul Əxbar, səh. 300, hədis 817

[4] Əvalil lali, c. 1, səh. 40, hədis 41

[5] Cameul Əxbar, səh. 299, hədis 816

[6] Nəhcül-Bəlağə, hikmət 163

[7] Nəhcül-Bəlağə, hikmət 3

[8] Cameul Əxbar, səh. 300, hədis 818

[9] Nəhcül-Bəlağə, hikmət 319.

[10] Nəhcül-Bəlağə, hikmət 56.

[11] Biharul-Ənvar, c. 72, səh. 55, hədis 85

[12] əl-Firdous, c. 3, səh. 157, hədis  4424

[13] Kənzul-Ummal , hədis 16669

[14] əl-Kafi, c. 2, səh. 265, hədis 22

[15] əl-Kafi, c. 2, səh. 260, hədis 2

[16] Kənzul-Ummal, hədis 44144

[17] Biharul-Ənvar, c.72, səh. 56, hədis 86

[18] Ğurərul-hikəm, hədis 5904

[19] əl-Kafi, c. 2, səh. 263, hədis 12

[20] Biharul-Ənvar, c. 72, səh. 31, hədis 26

[21] Fatir, ayə15

[22] Tövbə, ayə 60

[23] Qəsəs, ayə 24

[24] Mofrədatu Əlfazul Quran, səh. 461

[25] Biharul-Ənvar, c. 95, səh. 462

[26] Biharul-Ənvar, c. 77, səh. 150, hədis 86

[27] Biharul-Ənvar, c. 72, səh. 56, hədis 86

[28] Nəhcül-Bəlağə, hikmət 54

[29] Nəhcül-Bəlağə, hikmət 38

[30] Biharul-Ənvar, c. 77, səh. 377, hədis 1

[31] Ğurərul-hikəm, hədis 6547

[32] Nəhcül-Bəlağə, hikmət 452.

[33] Tuhəful-uqul, səh. 216

[34] Tuhəful-uqul, səh. 225

[35] Biharul-Ənvar, c. 78, səh. 368, hədis 3

[36] Məanil Əxbar, səh. 165, hədis 1

[37] əl-Xəraic vəl-Cəraih, c. 2, səh. 739, hədis 54

[38] Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 166, hədis 3614

[39] əl-Kafi, c. 2, səh. 266, hədis 2

[40] Biharul-Ənvar, c. 72, səh. 44, hədis 52

[41] əl-Xisal, səh. 614, hədis 10

[42] Əmali-Səduq, səh. 359, hədis 5

[43] Biharul-Ənvar, c. 74, səh. 103, hədis  61

[44] Ğurərul-hikəm, hədis 5156

[45] Biharul-Ənvar, c. 74, səh. 81, hədis 83

[46] əl-Xisal, səh. 9, hədis 32

[47] Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6

[48] Biharul-Ənvar, c. 75, səh. 114, hədis 6

[49] Tuhəful-uqul, səh. 221

[50] Biharul-Ənvar, c. 103, səh. 20, hədis 4

[51] Biharul-Ənvar, c. 78, səh. 184, hədis 11

[52] Biharul-Ənvar, c. 76, səh. 316, hədis 6

[53] Biharul-Ənvar, c. 104, səh. 99, hədis 77

[54] əl-Kafi, c. 2, səh. 264, hədis 18

[55] Bəqərə, ayə 273

[56] əl-Kafi, c. 2, səh. 260, hədis 3

[57] Nəhcül-Bəlağə, hikmət 68

[58] Biharul-Ənvar, c. 78, səh. 249, hədis  87

[59] əl-Kafi, c. 2, səh. 263, hədis 13

[60] Biharul-Ənvar, c.72, səh.49, hədis 58

[61] Musnədu İbn Hənbəl, c.1, səh. 504, hədis 2086

[62] Biharul-Ənvar, c.71, səh. 267, hədis 17

[63] Biharul-Ənvar, c.72, səh. 52, hədis 76

[64] Biharul-Ənvar, c.72, səh. 25, hədis 19


more post like this