Sual: 110. İllik xərcindən az gəlir əldə edən şəxsin ilin sonunda bir qədər pulu və ya yeməyi artıq qalarsa, ona xüms ili təyin etmək və xüms vermək vacibdirmi?

Cavab: İmam (r), Xamenei, Fazil, Məkarim, Safi, Təbrizi, Sistani və Vəhid: Bəli, əgər onun qazancı il ərzində ehtiyaclarına sərf olmazsa və xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.

Behcət və Nuri: Xeyr. Əgər ilin sonunda pul və ya məunə xərclərindən olan bəzi şeylər artıq qalarsa, onları öz ehtiyaclarına sərf edə bilər. Bu şeylərə xüms düşmür.

Sual: 111. Mənim iki sənətim var. Həm dərs deyirəm, həm də maşınla işləyirəm. Sənətlərimin hər biri üçün ayrıca hesab vaxtı təyin edə bilərəmmi?

Cavab: (Məkarimdən başqa) Bütün müctəhidlərin rəyi: Bəli.

Məkarim: Xeyr, gərək hər iki sənətin gəlirini ilin sonunda birlikdə hesab etsin.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this