islamic mənbələri

    1. home

    2. article

    3. Yoldaşlıq

    Yoldaşlıq

    Yoldaşlıq
    Rate this post

     

    343.Kiminlə yoldaşlıq edək?

    1100.Loğman (ə):«Oğul! Alimlərlə otur-dur və onlarla diz-dizə otur! Çünki, Allah yerə göyün yağması ilə həyat bəxş etdiyi kimi qəlbləri də hikmət nuru ilə dirildir.»[1]

    1101.Allahın Peyğəmbəri (s):«İsanın (ə) həvariləri dedilər:« Ey Allahın ruhu! Kiminlə yoldaşlıq edək?» Buyurdu:«Elə insanla yoldaşlıq edin ki, onu görmək Allahı yadınıza salsın, söhbəti elminizi artırsın və əməli sizi axirətə həvəsləndirsin.»[2]

    1102.Allahın Peyğəmbəri (s):«Yalnız alimlərin hüzurunda oturun ki, onlar sizi beş şeydən beş şeyə –şəkk və tərəddüddən əminliyə, riyakarlıqdan saf niyyətə, dünyaya rəğbətdən dünyadan qaçmağa, təkəbbürdən təvazökarlığa və hiyləgərlikdən xeyirxahlığa- də‘vət edərlər.»[3]

    1103.Allahın Peyğəmbəri (s):«Yoxsul təbiətli olun və yoxsulları sevin, onlarla oturun və onlara kömək edin. Varlılarla yoldaşlıqdan çəkinin, onlara rəhm edin və mallarından gözünüzü çəkin.»[4]

    1104.İmam Əli (ə):«Alimlərlə otur ki, elmin artsın, tərbiyə və ədəbin gözəlləşsin, ruhun paklaşsın.»[5]

    1105.İmam Əli (ə):«Müdriklərə yoldaş ol ki, ağlın kamilləşsin, ruhun ucalsın və nadanlıq səndən köçüb getsin.»[6]

    1106.İmam Əli (ə):«Yoxsullarla otur ki, (Allaha) şükr etməyin artsın.»[7]

    1107.İmam Səccad (ə):«Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə də‘vətdir.»[8]

     

    344.Yoldaşın haqqı

    1108.İmam Səccad (ə):«Oturub-durduğun yoldaşının haqqı: onunla mülayim və mehriban olmağın, danışan zaman onunla insafla davranmağın, yerindən yalnız onun icazəsi ilə durmağın, sənin yanında başqa birisi oturanda sənin icazən olmadan durub gedə bilməsi, xətalarını unutmağın, yaxşılıqlarını yadda saxlamağın və ona yalnız xeyirli və yaxşı şeyləri deməyindir.»[9]

     

    345.Nalayiq yoldaşlar

    1109.Allahın Peyğəmbəri (s):«Üç şəxslə yoldaşlıq etmək qəlbi öldürər: nanəciblə yoldaşlıq etmək, qadınlarla söhbətləşmək və varlılarla oturub-durmaq.»[10]

    1110.Allahın Peyğəmbəri (s):«Ölülərlə yoldaşlıq etməkdən çəkinin.» Dedilər:«Ey Allahın Peyğəmbəri, həmin ölülər kimlərdir?» Buyurdu:«Var-dövləti onu məst edən varlı.»[11]

    1111.İmam Əli (ə):«Nəfsinin istəklərinin ardınca gedənlərlə yoldaşlıq etmək imanın unudulması və şeytanın (insanın yanında) hazır olmasına səbəb olar.»[12]

    1112.İmam Sadiq (ə):«Bidət yaradanlarla dostluq və yoldaşlıq etməyin ki, camaatın gözündə siz də onlardan biri olarsınız.»[13]

    1113.İmam Sadiq (ə):«Hökmdarlar və dünyapərəstlərlə yoldaşlıq etməkdən çəkinin. Bu iş sizin dininizi aradan aparar, nifaq və ikiüzlülük gətirər. Bu, ağır və dərmanı olmayan bir dərddir. Həmçinin, daşqəlblilik yaradar və təvazökarlığı aradan aparar. Öz taylarınızla və (cəmiyyətdə) orta təbəqədən olan insanlarla yoldaşlıq edin ki, cəvahir mə‘dənlərini onların arasında taparsınız.»[14]

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Biharul-Ənvar, c.1, səh.204, hədis 22

    [2] Tuhəful-Uqul, səh.44

    [3] Biharul-Ənvar, c.74, səh.188, hədis 18

    [4] Tənbihul-Xəvatir, c.1, səh.120

    [5] Ğurərul-Hikəm, hədis 4786

    [6] Ğurərul-Hikəm, hədis 4787

    [7] Ğurərul-Hikəm, hədis 4723

    [8] Biharul-Ənvar, c.78, səh.141, hədis 35

    [9] əl-Xisal səh.569, hədis 1

    [10] əl-Xisal səh.87, hədis 20

    [11] Tənbihul-Xəvatir, c.2, səh.32

    [12] Nəhcül-Bəlağə, xütbə 86

    [13] əl-Kafi, c.2, səh.375, hədis 3

    [14] Müstədrəkul-Vəsail, c.8, səh.337, hədis 9595

    3 T�CL z�fv|fareast-font-family:”MS Mincho”;mso-ansi-language:AZ-LATIN’>Şiə, c.18, səh.213, hədis 1