Cavab: Yezid nadan bir cavan idi, şərab içir, itlə, meymunla oynayırdı. İslam barəsində azacıq belə məlumatı yox idi. Bütün günlərini eyş-işrətlə keçirirdi.
O, Kərbəlada behişt cavanlarının ağası Əba Əbdillah Hüseyn (əleyhissalam)-ı faciəli şəkildə şəhid etdi. Bu faciəli hadisə Peyğəmbəri əzadar etdi, daşlardan qan axıtdı.
Sonra Müaviyənin göstərişinə əsasən Mücrim ibni Əbəqəni Mədinəyə göndərdi.[4606]
O elə çirkin əməllərə mürtəkib olmuşdu ki, qələm onları yazmaqdan həya edir. Misal üçün, o, qoşunu ilə Mədinəyə hücum edib şəhərin bütün qadın və qızlarına təcavüz etməyə icazə verdi, min nəfərdən artıq qızın bakirəliyi aradan getdi.[4607]
Şəbravi yazır: O gün Mədinədə min nəfərə yaxın cavan qızın bakirəliyi aradan getdi. Təqribən min nəfərdən artıq qadın hamilə oldu.
İbni Xəlkan “Vəfəyatul əyan” kitabında “Hürrə” vaqiəsini nəql edərkən yazır: Yezid ibni Müaviyə öz hökuməti dövründə Müslüm ibni Əqəbənin sərkərdəliyi ilə bir qoşunu Mədinəyə göndərdi. Müslüm Mədinəni başdan-başa qarət etdi, şəhər əhalisini şəhərin kənarında olan Hürrə adlı daşlığa qovdu, orada elə hadisələr baş verdi ki, onun şərhi uzun çəkər. Bu, tarix kitablarında qeyd olunmuşdur. Hətta yazmışlar ki, Hürrə hadisəsindən sonra mühacir və ənsardan təqribən minə yaxın cavan qız şam qoşunu tərəfindən təcavüzə məruz qalaraq hamilə oldu.
O gündə mühacir, ənsar və onların övladlarından və sair müsəlmanlardan on min yeddi yüz səksən nəfər qətlə yetirildi. Bu hadisədən sonra Bədr müharibəsində iştirak edənlərdən heç bir kəs sağ qalmadı. Qadınlardan və uşaqlardan da çoxu öldürüldü.
Bu cinayət və faciələrin bir nümunəsi kimi qeyd olunur ki, şamlı bir əsgər südəmər körpəni anasının qucağından zorla alıb onun gözləri önündə elə zərb ilə divara çırpdı ki, uşağın beyni yerə töküldü.
Sonra Şam qoşunu Mədinə camaatından Yezid üçün belə beyət aldılar ki, hamılıqla onun qulları olsunlar. Əgər istəsə onlardan qul kimi istifadə etsin, istəməsə azad etsin. Mədinə camaatının mal-dövlətləri qarət olundu, qanları nahaq yerə axıdıldı, namuslarına təcavüz edildi və belə bir halda Müslüm ibni Əqəbə ilə həmin şərtlə beyət etdilər.
Müslüm ibni Əqəbə kimi bir cani Mədinə camaatından öldürdüklərinin başlarını Yezid üçün Şama göndərdi. Yezdin bu başları qarşısına qoyduqda dedi:
Kaş ki, Bədrdə öldürülən (kafir) əcdadlarım
İndiki hadisəni görüb xoşhal olaydılar!
Bu şerlə Yezid özünün müşrik ata-babalarının intiqamını almaqdan söz açır.
Sonra Müslüm ibni Əqəbə o zaman Məkkədə hakimiyyətdə olan Əbdüllah ibni Zübeyrlə müharibə etmək üçün yola düşdü. (Məkkə əhalisi onunla beyət etmişdilər.)
Amma yolda cəhənnəmə vasil oldu. Yezidin göstərişinə əsasən, Hüseyn ibni Nəmir orduya sərkərdəlik edərək öz ordusu ilə Məkkəyə gəldi. Şəhərin kənarında mancanaqlar qurub göstəriş verdi ki, hər gün Zübeyrin olduğu yerə (Məscidul-Hərama) on min daş parçası tullasınlar. Şam ordusu Məkkə əhalisini məhərrəm, səfər, rəbiyul-əvvəl və rəbiyussani aylarında mühasirədə saxladılar. Bu müddət ərzində onların məlun xəlifəsi Yezidin ölüm xəbəri çatana qədər gündüzlər müharibə edir, gecələr isə istirahət edirdilər. Mancanaq-lardan atılan daş və od parçaları Kəbəni tamamilə yandırıb dağıtmışdı.
Yezidin qısa müddətli xilafəti dövründə törətdiyi acınacaqlı hadisələr və ağır faciələr kitabda yazılmaqla qurtaran deyil. Onun çirkin əməlləri tarix səhifələrini qaraltmış, siyrə kitablarını aludə etmişdir. Atası Müaviyə onun it və tazı oynatmasını, şərab içməsini və təcavüzkarlıqlarını görür törətdiyi faciəli əməlləri əyani şəkildə müşahidə edir və görürdü ki, o mahnı oxuyan qadınlarla necə qaynayıb qarışdığını, çirkinliklərə və rəzilətlərə mürtəkib olduğunu görürdü. O bilirdi ki, oğlu heç bir vəch ilə xilafətə layiq deyildir. Lakin bununla belə onumüsəlmanların və islamın rəhbərliyinə (xilafət kürsüsünə) keçirtdi, camaatın boynuna mindirdi. Halbuki, Buxarinin nəql etdiyinə görə Peyğəmbər buyurmuşdur: “Hər kəs rəiyyətin (idarə olunma) işlərini öhdəsinə alsa, amma onlara qarşı hiyləgərlik edərək dünyadan getsə Allah behişti ona haram edər.” Həmçinin Əhməd ibni Hənbəl Əbu Bəkrdən nəql edir ki, (“Müsnəd”, 1-ci cild, səh.69) Peyğəmbər belə buyurdu: “Hər kəs müsəlmanların (idarə olunma) işlərini əlinə keçirsə və onlara elə bir şəxsi əmir seçsə ki, onlardan sui-istifadə etsin, Allahın lənəti ona olsun; qiyamət günü onun heç bir əməli qəbul edilməyəcəkdir və o, cəhənnəmə gedəcəkdir.”
Buxari Peyğəmbəri Əkrəmdən belə rəvayət edir: “Hər kəs rəiyyətin işlərini öhdəsinə alsa və onlara qarşı xeyirxah olmasa, behiştin iyi onun burnuna dəyməyəcəkdir.”[4608]
Nur-az.com


more post like this