Əşrəf Fəxri

“Yetməz ki,sözün qüdrəti etsin onu təqdir,

Faş eyləyirəm sirrimi bir məqsədə dair,

Hər bəndəyə ibrət ola bu Allaha xatir

Kim,etməyə ol şahə olan eşqimi təsvir

Canım da bəs etməz ki,deyəm canım Əlidir.

Canımdan əziz sevgili cananım Əlidir.

 

Həm ali-Üməyyə yolunu gizli tutan,həm,

Ey səlli əla ali-Muhamməd deyən adəm,

Bilsəydin əgər həqq olanı könlüvə həmdəm

Dəyməzdi sözüm xətrivə,bilsin bunu aləm-

Düşmanım odur kim desə düşmanım Əlidir.

Canımdan əziz sevgili cananım Əlidir.

 

Meracda onun Haqq danışmışsa səsilən

Sən eyni tutursan o kəsi hansı kəsilən?!

Peyğəmbər onu vəsf eləyərkən həvəsilən

Ol pak,mübarək və müqəddəs nəfəsilən

Allah özü bildirdi ki,aslanım Əlidir.

Canımdan əziz sevgili cananım Əlidir.

 

Ərş əhlinə əzbərd,onun adına qurban,

Fərş əhlinə bir lütfdü ol Natiqi-Quran,

Cəbrayilin ustadı odur Sahibi-ürfan,

Aşkardı fəzilətləri,korsanmı müsəlman?!

Elmin dili yoxdur desin ümmanım Əlidir.

Canımdan əziz sevgili cananım Əlidir.

 

Həm Rəbbə o məddahdı,həm Rəbb ona məddah,

Məzlumların ən məzlumu,həm dəhrə olan şah,

Həm sirri Xudanın,həmi hər sirrdən agah,

Fəxri,nə gözəl dərd veribdir mənə Allah,

Dərmanım Əlidir,həmi loğmanım Əlidir,

Canımdan əziz sevgili cananım Əlidir ”

 

* * *

 

 

Ey könül,bütxanədə can ver ki,tərsa bənzəri,

Hər nəfəs ol büt sənə can versin İsa bənzəri.

 

Gün də həsrət,gül də həsrət hüsnünə,cananımın

Daim eylər vəslətin hər bir,-təmənna-,bənzəri.

 

Ey gözüm,həm ağla su ehsan elə səhralərə,

Həm də solğun çöhrəm olsun qoyma səhra bənzəri.

 

Dilbəra,sən bir gülə lütf eyləyib çəksən sığal

Məst olar,boynun bükər gülzar o rəna bənzəri.

 

Qətrə tək dəryadə cəm eylər bütün dəryaləri,

Qərq edər dünyanı könlüm coşsa dərya bənzəri.

 

Ağ varağa qəlbimin,Fəxri,əta hər etdiyi

Batinimçün güzgüdür,zahirdə misra bənzəri.

 

* * *

 

 

Dara,ey şux,o qəra zülfünü naz ilə dara,

Dara hər cuşə gələn tel məni çəkdikcə dara.

 

Hər ölən qəbr evinə ayeyi-Quranla gedir,

Məni sən qəhqəhə altında qoyursan məzara.

 

Zahidin alnına düşmüşsə əgər qarə ləkə

Məndə ariz də qəra,bəxt də qəra,gün də qəra.

 

Daha batmaz ürəyə tə”nə oxu,səthi onun

Qəbər üstündə qəbərdir,yara üstündə yara.

 

Məni xar eyləmisən,eşqdə rüsvalığımı

Hərə bir yolla vurubdur üzümə söhbət ara.

 

Sənə hərgah deyildirsə bərabər Leyla

İndi eşq içrə düşün Fəxri hara Məcnun hara.

canderyasi.com


more post like this