Sual: 109. Sərmayəsi olan və qazanc əldə edən yetkinlik yaşına çatmamış cavanlara xüms vacibdirmi?

Cavab: İmam (r), Xamenei, Məkarim və Behcət: Vacib ehtiyata əsasən yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü verməlidir.

Təbrizi: Xeyr, yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü vermək vacib deyil.

Sistani, Fazil, Safi, Nuri və Vəhid: Bəli, xümsü vermək onun valideyninə vacibdir. Əgər valideyn onun xümsünü verməzsə, yetkinlik yaşına çatdıqdan sonra uşaq özü bu xümsü ödəməlidir.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this