Körpənin evə qədəm qoyduğu an övladınızın ömründə ən böhranlı andır. Bəzən bu gəliş faciəyə çevrilir. Böyük övladınız hələ tanımadığı təzə körpə ilə rəqabətə başlayır. Təzə körpəyə hədsiz məhəbbət göstərilir, hamı onu tərifləyir, hədiyyələr bir-birini əvəz edir. Ən dəhşətlisi budur ki, hamı böyük uşaqdan körpəni sevib-sevmədiyini soruşur. Heç kəs onun daxili hisslərini nəzərə almır.
Mən hər şeyi qara rəngdə təsvir etmək fikrində deyiləm. Çünki bəzi uşaqlar yeni körpəni sevinclə qarşılayır. Xüsusi ilə, özünü ana kimi təsəvvür edə bilən qızcığazlar bu gəlişə sevinirlər.


more post like this