Ruslan Növrəs

Yenə könlüm rəhi-cananə gedib-gəlmədədir,

O da, qəsd etmək üçün canə gedib, gəlmədədir.

 

Harə getmiş – dedim: – o büt, dedilər: – eşq əhlin,

Xanəsin etməyə viranə gedib, gəlmədədir.

 

Səri-kuyində nigarın gəzirəm leylü-nəhar,

Dövrü-şəmə necə pərvanə gedib-gəlmədədir.

 

Necə mən yol tapım, ey qönçəüzarım, yox ümüd,

Hələ də, kuyinə biganə gedib-gəlmədədir.

 

O yol hicran yoludur cövrü-cəfalərlə dolu,

Aşiqin səbr ilə mərdanə gedib-gəlmədədir.

 

Müşki-zülfün yayılb aləmə – bihuş kimi,

Neçə yüz-yüz dilü-divanə gedib-gəlmədədir.

 

Yeni bir ayədə sevdayi-bəla gözlənilir,

Iki hindubeçə Quranə gedib-gəlmədədir.

 

Yenə söz xəstəsinin çarəsi sözdür, deyərək,

Məclisə Növrəs həkimanə gedib-gəlmədədir.

canderyasi.com


more post like this