Ruslan Növrəs

Yenə, ey dil, gecə dəmlənmiş idim, dəmdə idim,

Elə halətdə idim mən, elə aləmdə idim.

 

Çəkib üstündən içərkən meyi qurtum-qurtum,

Sanki mən seyri-səmanlıq dolu bir cəmdə idim.

 

Dəmlənən dəm elədim fərz elə cənnətdə idim,

Ayılıb dərk elədim ki, bu cəhənnəmdə idim.

 

Doğulub çəkməmişəm dərdü-qəm üçün kədəri,

Gəlməmişdən elə dünyayə kədər-qəmdə idim.

 

Atəşi-hicrinə səbr etmək üçün ah çəkib,

Gecə-gündüz dəli pərvanə kimi şəmdə idim.

 

Mən ölən dəm güləcəm, vəsli-vüsalımdır əcəl,

Ağlayırdım doğulan dəm, çün o matəmdə idim.

 

Eşq dəştində sənin Kəbeyi-kuyində idim,

Onu divanələr anlar necə görkəmdə idim.

 

Növrəsa! Mən elə bir tərbiyə təhsil aldım,

Ərz edərkən bunu Ustad mənə əbsəmdə idim.

canderyasi.com


more post like this