63.Yemək

247.Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»[1]

248.İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.»[2]

 

64.Çox yemək.

249.Allahın Peyğəmbəri(s):«İnsan qarnından pis qab doldurmayıb.»[3]

250.Allahın Peyğəmbəri(s):«Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz.»[4]

251.Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.»[5]

252.İmam Əli (ə):«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.»[6]

253.İmam Əli (ə):«Aclıqla xəstəlik bir yerə sığışmaz.»[7]

254.İmam Sadiq (ə):«Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə səbəb olar: daşürəkliliyə və şəhvətin oyanmasına.»[8]

 

65.Çox yeməyin ziyanları.

255.İmam Əli (ə):«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.»[9]

256.İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.»[10]

257.İmam Əli (ə):«Toxluq pəhrizkarlığı kor edər.»[11]

258.İmam Əli (ə):«Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.»[12]

 

66.Aclıq

259.Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.»[13]

260.Müstədrəkul-vəsail:«Me’rac hədisində deyilir:  Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.»[14]

261.İmam Əli (ə):«Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır.»[15]

262.İmam Hadi (ə):«Gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir.»[16]

 

67.Yeməyin miqdarı.

263.Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.»[17]

264.İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»[18]

 

68.Süfrə qaydaları.

265.Allahın Peyğəmbəri(s):«Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.»[19]

266.Allahın Peyğəmbəri(s):«Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir.»[20]

267.İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.»[21]

268.İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.»[22]

269.İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu:  Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»[23]

270.İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir:  Onların dördü vacib, dördü sünnə (müstəhəbb)  dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə – qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.»[24]

271.İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.»[25]

272.İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.»[26]

273.İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.»[27]

274.İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.»[28]

275.əl-İxtisas:«Nəql edilib ki:  Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.»[29]

 

 

Mizanulhikmətin (xülasəsi)I cild



[1] Tənbihul-Xəvatir, c.1,  səh.46

[2] Müstədrəkul-Vəsail, c.16,  səh.213, hədis 19634

[3] Tənbihul-Xəvatir, c.1, səh.100

[4] Tənbihul-Xəvatir, c.1, səh.100

[5] Biharul-Ənvar, c.77,  səh.182,  hədis 10.

[6] Ğurərul-Hikəm, hədis 8903

[7] Müstədrəkul-Vəsail,  c.16,  səh.222, hədis19652

[8] Müstədrəkul-Vəsail, c.12,  səh.94,  hədis 13615

[9] Müstədrəkul-Vəsail, c.16,  səh.222, hədis 19652

[10] Ğurərul-Hikəm, hədis 4139

[11] Ğurərul-Hikəm, hədis 659

[12] Ğurərul-Hikəm, hədis 9922

[13] Biharul-Ənvar, c.75,  səh.462,  hədis 17

[14] Biharul-Ənvar,  c.77,  səh.22,  hədis 6

[15] Müstədrəkul-Vəsail, c.16,  səh.214,  hədis 19634

[16] Biharul-Ənvar, c.78,   səh.369,  hədis 4

[17] Biharul-Ənvar, c.62,  səh.290

[18] Biharul-Ənvar, c.62,  səh.324

[19] Tənbihul-Xəvatir, c.1,  səh.47.

[20] Biharul-Ənvar, c.62,  səh.291

[21] Vəsailuş-Şiə,  c.16,  səh.484,  hədis 5

[22] Vəsailuş-Şiə,  c.16,  səh.520,  hədis 3

[23] əl-Kafi, c.6, səh.321, hədis 1

[24] Vəsailuş-Şiə, c.16,   səh.539,  hədis 1

[25] əl-Məhəccətul-bəyza, c.3,  səh. 6

[26] Vəsailuş-Şiə, c.16,  səh.518,  hədis 1

[27] Müstədrəkul-Vəsail, c.8,  səh.295,  hədis 9485

[28] Vəsailuş-Şiə, c.116,  səh.510,   hədis 1

[29] əl-İxtisas, səh. 253


more post like this