533. Yaxşılıq etmək

Quran:

«Həqiqətən, Allah-taala ədalətli olmağı, yaxşılığı, qohum-əqrəbaya bəxşiş verməyi əmr və  çirkinlikləri, pislik və zülmü qadağan edir. O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız.»[1]

Hədis:

1621. Allahın Peyğəmbəri (s) :«Qəlblərin xəmiri onlara yaxşılıq edən kəsə məhəbbət və pislik edənə qarşı düşmənçilik və nifrətlə yoğrulmuşdur.»[2]

1622. İmam Əli (ə):«Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir gətirən maldır.»[3]

1623. İmam Əli (ə) :«Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir.»[4]

1624. İmam Əli (ə) :«Zəkat yaxşılıq etməyin qələbəsidir.»[5]

1625. İmam Əli (ə) :«Çox yaxşılıq edən kəsi dostları və qardaşları sevərlər.»[6]

1626. İmam Əli (ə) :«Yaxşılıq etməklə qəlblər ələ alınar.»[7]

 

534. Pislik edənə yaxşılıq etmək

1627.  Allahın Peyğəmbəri (s) :«Sənə pislik edənə yaxşılıq et.»[8]

1628. İmam Əli (ə) :«Sənin öz düşmən və bədxahlarına yaxşılıq etməyin onlara pislik etməyindən daha tə‘sirlidir və onların islah olunmasına səbəb olar.»[9]

 

535. Yaxşılığın izahı

1629. «Nurus-Səgəleyn» kitabında «O kəs ki, üzünü ixlasla Allaha tərəf tuta və ehsan edə…» ayəsi haqda rəvayət olunur ki, Peyğəmbərdən (s) yaxşılıq və ehsan barəsində soruşduqda buyurub:«Ehsan budur ki, Allaha sanki onu görürmüş kimi ibadət edəsən. Çünki, sən Onu görmürsənsə də, O, səni görür.»[10]

 

536. Yaxşılıq edən kəs özünə yaxşılıq etmişdir

Quran:

 «Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz.» [11]

Hədis

1630. İmam Əli (ə) :«Əgər yaxşılıq etsən, özünə hörmət qoyub özünə yaxşılıq etmisən, əgər pislik etsən özünü xar etmiş, özünə zərər yetirmisən.»[12]

537. Müşriklərin yaxşılıqlarının nəticəsi.

1631. Salman ibn Amir Zəbbi:«Ərz etdim:«Ey Allahın Rəsulu! Atam qonaqpərvər və qonşucanlı, əhdinə vəfalı və çətinliklərdə əl tutan olub. Bunların ona xeyri varmı?  Allahın Peyğəmbəri (s) soruşdu:«O müşrik olaraq öldu?» Ərz etdim:«Bəli.» Buyurdu:«Bunların ona bir xeyri olmaz. Ancaq, bu işlərə görə ondan sonra qalan övlad və nəvələri heç vaxt çətinlik, zəlillik və möhtaclıq görməyəcəklər.»[13]

 

 

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nəhl, ayə 90

[2] Tuhəful-Uqul, səh.37

[3] Ğurərul-Hikəm, hədis 6112

[4] Ğurərul-Hikəm, hədis 9912

[5] Ğurərul-Hikəm, hədis 5450

[6] Ğurərul-Hikəm, hədis 8473

[7] Ğurərul-Hikəm, hədis 3439

[8] Kənzul-Fəvayed, c.2, səh.31

[9] Ğurərul-Hikəm, hədis 3637

[10] Nurus-Səqəleyn, c.1, səh.553, hədis 579

[11] İsra, ayə 7

[12] Ğurərul-Hikəm, hədis (3808+3809)

[13] Kənzul-Ummal, hədis 16489


more post like this