531. Yaxşılıq

1618. Allahın Peyğəmbəri (s) :«Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm.»[1]

532. Yaxşılıqların dəfələrlə artması.

Quran

«Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz.»[2]

Hədis

1619. İmam Səccad (ə) :«Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ.» İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır.»[3]

1620. İmam Sadiq (ə) :«Mömin bir yaxşı iş görərsə, Allah-taala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-taalanın kəlamıdır ki, «Allah-taala istədiyi kəs üçün artırar.»[4]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Kənzul-Ummal, hədis 44084

[2] Ənam, ayə 160

[3] Tuhəful-Uqul, səh.271

[4] Biharul-Ənvar, c.71, səh.247, hədis 7


more post like this