Deyerler.org: “Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir)”. (“Rəhman” 60).
İnsan xoşbəxtliyi başqasına ötürə bilməz. Bəlkə onu əldə etmək mümkündür. Xoşbəxtlik mənəvi təcrübədir ki, hər dəqiqəni eşq, qədir bilmək və bağışlamağa sərf edəsən. (Tebyan)
Bəli, qədir bilmək həyatımızda lazımlı əməllərdəndir. Başqalarından əldə etdiklərimizə görə onlara lazımi təşəkkür edirikmi?
Ailəyə nəzər salanda görmək olur ki, heç ata və anamıza təşəkkür etmirik, onların qədrini bilmirik, o ki, qaldı başqalarının.
Misal üçün anamız bizə yemək bişirir və ev əhli ondan yeyir. Anamıza bu yeməyə görə çox vaxt heç təşəkkür də etmirik, sadəcə süfrədən durub gedirik. Halbuki, ata və ananın bütün səy və çalışması övladının rahat yaşaması üçündür. Valideynlərimiz istəyir ki, dərs oxuyaq, gələcəyimiz parlaq olsun. Lakin biz övladlar təşəkkür yerinə, bəzilərimiz hətta bu sözləri belə işlədir ki: “Vəzifələridir, eləməlidirlər. Bizi dünyaya gətirməyəydilər”.
O zaman ki, biz cavan oluruq, valideynlərimiz qocalır və yerlərimizi dəyişməli oluruq. İndi onların bizim yardımımıza ehtiyacı vardır. Bu cavanların bəzisi valdieynlərinin qədrini bilir, lakin bəzisi isə özünü zəhmətə salmayıb onlara qarşı laqeyd olurlar. Vay olsun bizə, əgər biz də o cür insanlardanıqsa. Belə bir övladın xoşbəxtliyi və gözəl gələcəyi ola bilməz.
Heç Quranı sizə öyrədən müəlliminizə təşəkkür etmisinizmi? Və ya əlifbanı sizə öyrədən ilk məktəb müəlliminizə? Bəs Allaha bu qədər nemətinə görə heç təşəkkür etmisinizmi?
Bəli, təşəkkür etmək və hər bir yaxşılığın qədrini bilmək – elə bir əməldir ki, bizi xoşbəxtliyə çatdıra bilər.

/Deyerler.org/


more post like this