Həzrət Əli (ə) buyurur: Bir kişi həzrət Peyğəmbərin (s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mənə bir yol göstərin ki, o yol aşağıdakı əməllərə səbəb olsun: 1. Allah məni çox istəsin; 2. İnsanlar məni çox istəsinlər; 3. Mal-dövlətim çox olsun; 4. Sağlam olum; 5. Ömrüm uzun olsun; 6. Allah məni səninlə məhşur etsin. Allahın Rəsulu (s) buyurdu: Bu altı hacəti istəyirsənsə, altı xislətə sahib olmalısan. 1. Əgər istəyirsənsə Allah səni çox istəsin, Ondan qorx və günahdan çəkin; 2. Əgər istəyirsənsə insanlar səni çox istəsin, onlara yaxşılıq et, onların əllərində olanlarda tamahın və gözün olmasın; 3. Əgər istəyirsənsə mal-dövlətin çox olsun, zəkat ver; 4. Əgər istəyirsənsə sağlam olasan, çoxlu sədəqə ver; 5. Əgər istəyirsənsə ömrün uzun olsun, sileyi-rəhim et (qohum-əqrəbayla ged-gəl); 6. Əgər istəyirsənsə Allah səni mənimlə məhşur etsin, Allaha uzun-uzadı səcdə et. Nur-az.com Dilimizə çevirdi: R. Hüseynov


more post like this