948. Yaşayış yerinin genişliyi

3054. Allahın Peyğəmbəri (s):«Müsəlmanın xoşbəxtliyindən biri də geniş yaşayış yerinin olmasıdır.»[1]

3055. İmam Baqir (ə):«Yaşayışın dərdlərindən biri də mənzilin darlığıdır.»[2]

 

949. Ehtiyacdan artıq tikməkdən çəkindirmək

3056. İmam Əli (ə):«Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi binada yaşamamasıdır. Sonra da Allah-taalanın yanına maldan və binadan məhrum olduğu halda köçəcəkdir.»[3]

3057. İmam Sadiq (ə):«Ehtiyacdan artıq olan böyük bina Qiyamət günü sahibinin boynuna yük olacaqdır.»[4]

3058. İmam Sadiq (ə):«Yaşayış ehtiyacından artıq bina tikən şəxs Qiyamət günü onu daşımağa məcbur olacaq.»[5]

 

950. Evin satılması

3059. Allahın Peyğəmbəri (s):«Kim bir ev satıb puluna onu kimisini almasa, malı bərəkət tapmayacaq.»[6]

3060. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz bir mənzil, ya mülk satanda, bilsin ki, onu kimisini almasa, onun pulu  bərəkətə layiq deyil.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] əl-Kafi, c.6, səh.526 , hədis 7

[2] əl-Kafi, c.6, səh.526 , hədis 6

[3] Nəhcül-Bəlağə, xütbə 114

[4] əl-Kafi, c.6, səh.531 , hədis 7

[5] Əl-Məhasin, c.2, səh. 446 , hədis 2531

[6] Kənzul-Ummal, hədis 5440

[7] Kənzul-Ummal,hədis 5441


more post like this