Sual: 58. Ehtiyaclı olduğu şeyi gəlirindən alan insan bir müddət sonra bu şeyə ehtiyac hiss etməsə onun xümsünü verməlidirmi?

Cavab: İmam (r): Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa, onun xümsünü verməlidir.

Məkarim, Təbrizi, Xamenei və Vəhid: Bütün hallarda xümsü yoxdur.

Fazil, Safi və Nuri: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa xümsü verilməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa, xümsü yoxdur.

Sistani: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü ödənməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa xümsü yoxdur.

Behcət: Əgər xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.

Sual: 59. Ehtiyacım olan vasitələr almışam; lakin aldığım vaxtdan bir il keçməsinə baxmayaraq onlardan heç istifadə etməmişəm. Bu vasitələrə xüms düşürmü?

Cavab: (Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rəyi: Əgər istifadə olunacağı gözlənilibsə, xümsü yoxdur.

Sistani: Onun xümsünü verməlidir. Evdə olması zərurət doğuran, adətən əvvəlcədən hazırlanan və ehtiyac zamanı dərhal hazırlanması mümkün olmayan əşya olarsa, xümsü yoxdur. (Sistaninin katibliyi)

Vəhid: Xüms düşür.

Qeyd: Mərcələrin risalələrində “kitab” ifadəsinin işlənməsinə baxmayaraq bu hökm təkcə kitaba yox, insanın ehtiyacı olduğu bütün vasitələrə şamil olur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this